beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qış gecələrinin birində camaat bir evə yıüışıb vaxt keçirirmişlər.

Qış gecələrinin birində camaat bir evə yıüışıb vaxt keçirirmişlər.
Oradan-buradan söz düşür, hərə öz gücündən, qüvvətindən danışır.
Növbət Mollaya çatanda deyir:
– Düzdü, mən qocalmışam, ancaq ona baxmayın, gücüm elə əvvəlki
kimidi. Heç azalmayıb.
Soruşurlar:
– Nədən bilirsən?
Molla deyir:
– Ondan bilirəm ki, bizim həyətdə bir yekə daş var. Mən uşaqlıqda
da onu götürə bilmirdim, cavanlıqda da götürə bilmirdim, indi də götürə
bilmirəm.


Tarix: 31.05.2013 / 19:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Azeri Letifeler