beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NECƏ ÖLÜRSÜZ, DOSTLAR?

Xoş gördük, qulluğunda
çayçı duran dostlarım…
Təkcə dizinin aşığı
alçı duran dostlarım.

Uduşda qəbir qoyulan
bu oyun bitmir hələ:
yaş üstünə yaş yığırıq,
xalımız çatmır hələ.

Gör haçandı görüşmürük,
necəsiz, əziz dostlar?
İndi necə yaşayırsız,
necə ölürsüz, dostlar?


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 74 Bölmə: Azerbaycan Edebiyyatindan