beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sagliginda Qiymet Verin Insanlara!!!

Bir arzum var, ay adamlar,
qoyun deyim,
Sağlığında qiymet verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kes esl qiymetini biler onda;
Bu sözlerim düz olmasa töhmet edin.
Sizden rica eleyirem milyon kere,
Şairlere sağlığında hörmet edin,
Sağlığında heykel qoyun ölmezlere...
Geleceye çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zehlem gedir sonralardan,
Vaxtsız dinen zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin temizleri,
Siz heyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xebisleri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülere,
aslan deyin aslanlara;
Sağlığında qiymet verin insanlara...
Her kes bilsin öz yerini
nece sağdır,
Bu, pislerin heyatını qısaltmaqdır,
Yaxşıların heyatını uzatmaqdır...
Bu nedendir ölen kimi, qelbimizde
Adamlara sevgi, hörmet aşıb-daşır.
Ölen kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinler de temiz olur ölen kimi...
Yadlar bele eziz olur ölen kimi...
Xatireler söyleyirik,
nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib
o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kime gerek?
Bundan mezar böyüyecek,
ya ölenmi dirilecek?
Xoşum gelmir
bu köhnelmiş adetlerden,
xoşum gelmir...
Bu serdaba sevgilerden,
hörmetlerden xoşum gelmir.
İstemirem vaxt-vedesiz şöhreti men,
Bir an ömrü milyon qızıl ölüm gele,
deyişmerem...
Diri üçün iyne boyda hörmeti men
Ölü üçün min heykele deyişmerem...
Düz demesem, onda meni bağışlayın,
Üz tutaram uşaqlara,
qocalara, cavanlara,
Sağlığında qiymet verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 278 Bölmə: Azerbaycan Edebiyyatindan