beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakinin Derdi Var(BABA PUNHAN)

Yorğundur, yatmayır haçandan Bakı,
Doyub yad elliden, qaçqından Bakı.
Üzülüb, ölecek acından Bakı,
Meğrur görünse de o can üstedir,
Bakının derdi var Bakı xestedir.
Yaltaqlar destesi baş alıb gedir,
Qeyret yavaş-yavaş boşalıb gedir,
Mektebli qızlar da qaş alıb gedir,
Erli de, ersiz de bir hevesdedir.
Bakının derdi var, Bakı xestedir.
Esrler itirdik iller içinde,
Qanqallar bitirdik güller içinde,
Çaqqallar dolaşır eller içinde,
Aslanlar, pelengler daş qefesdedir,
Bakının derdi var, Bakı xestedir.
O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Kömeksiz qız-gelin deste-destedir.
Bakının derdi var, Bakı xestedir.
Sen ey "Qız qalası" qalasan hele,
Seni hemişe qız qalasan hele,
Derdini Pünhana qala sen hele,
Ta ki, göz yollarda qulaq sesdedir,
Bakının derdi var Bakı xestedir


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 157 Bölmə: Azerbaycan Edebiyyatindan