beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Payiz Sevgisi(Kamal Abdulla)

Hərdən oturub özüm-özümə
Mən o gecəni xatırlayıram,
Gözün gözümə, dizin dizimə
Bir də musiqi – sakit, aram.
O uzaq gecə başlanan payız
Hələ nə qədər davam edəcək.
Yağışlı gecə, həyacanlı qız
Hardan gəlmişdi, hara gedəcək…
Payız ömürdən uzun sürəcək -
Payız nəğməsi, payız sevgisi.
Yellədi bizi qəmli yelləncək,
Uçurdu bizi, qaçırdı bizi.
Payız sevgisi gəldi gizlicə,
Gizlicə getdi, gəldiyi kimi.
Mən elə bildim bitməz o gecə,
Hər şey olmayır bildiyin kimi.
Yelləncək uçar boş-boşuna,
Həyat dayanar, yelləncək uçar…
Baxmaz küləyə, baxmaz yağışa -
Sən orda naçar, mən burda naçar.
Payızda gəlməz bir daha sevgi,
Həmən gecə də uzaq bir yuxu.
Həmən gecəylə getdi mənimki,
Bir ümid qaldı, bir də bu qorxu.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 97 Bölmə: Azerbaycan Edebiyyatindan