beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sovet dövrü - vergi

Azərbaycanda SSRİ tərkibində olduğu dövrdə bir sıra vergilər mövcud olmuşdu: əhalidən alınan gəlir vergisi (1943), subaylardan, tək adamlardan, kiçik ailələrdən alınan vergilər (1944), kənd təsərrüfatı vergisi (1953), tikililərdən alınan vergi, torpaq vergisi, nəqliyyat vasitələri sahiblərindən vergilər, kolxoz bazarlarından birdəfəlik rüsum, gömrük və dövlət rüsumu və s. Müharibədən sonra əhalidən tutulan vergilər nisbətən azaldılmışdı. Hərbi vergi (1946) ləğv edildi və subaylardan alınan vergi azaldıldı.

Sov.İKP-nin XXI qurultayı (1959) vergiyə düşməyən minimum gəlirin və vergi güzəştinin genişləndirilməsində əsas rol oynadı. 1975-ci ildən Azərbaycanda aylıq əmək haqqı 70 manat olan fəhlə və qulluqçulardan vergi tutulmurdu. Aylıq əmək haqqısı 71-90-dək olan fəhlə və qulluqçulardan tutulan vergi orta hesabla 1/3 qədərdən çox azaldılmışdı. Dövlət büdcəsinə 1979-cu ildən etibarən aşağıdakı vergilər daxil edilmişdir: dövriyyə vergisi, dövlət müəssisələrinin mənfəətindən vergi, əsas vəsaitlərdən və dövriyyə fondlarından ödənişlər, renta ödənişləri, mənfəətin sərbəst qalığı, kinofilmlərin baxışından alınan gəlirdən vergi, kolxoz və kooperativ təşkilatlarından gəlir vergisi, meşə vergisi, dövlət əmlakının satışından alınan gəlirdən vergi, digər vergilər və rüsumlar.


Tarix: 07.01.2015 / 17:51 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: Azərbaycanda vergi və mükəlləfiyyət sistemi