Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiSasanılər dövrü - vergi

III-IV əsrin I yarısında bütün Sasani dövlətində olduğu kimi Adurbadaqanda da (Azərbaycan nəzərdə tutulur) əhali sinfi strukturuna görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döyuşçülər, 3) katiblər, 4) vergi verənlər. Vergi verənlər zümrəsi özündə bütün zəhmətkeş əhalini – əkinçiləri, sənətkarları, eləcə də ticarətlə məşğul olanları birləşdirirdi. Bütün vergi verən zümrənin başında vastarioşan-salar dururdu. Vergi və mükəlləfiyyətlər içərisində ən mühümü qazidağ, maraq və xarq idi. I Xosrovun vergi islahatından sonra qazidağ termini can vergisi mənasında işlənib. Əvvəllər ümumiyyətlə, vergi mənasında olan xaraq termini də elə həmin dövrdə (III-IV əsrlər) torpaq vergisinə aid edilib. Vergilərin başçısı olan xarqbed – Sasani dövlətinin idarə aparatında Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiElxanlılar dövrü - vergi

XIII-XIV əsrlərdə Azərbaycan torpaqlarının çox böyük bir qismi monqol hakim dairələrinin əlinə keçmişdi. Elxanın və sülalə üzvlərinin əlində olan torpaqlar "incu" adlanırdı. Bu dövrdə iqta institutu qüvvətlənmişdi. Torpaqların bir hissəsi kənd icmasının ixtiyarında qalırdı. Vergi verilməsində əvvəlki kimi ellik zəmanət mövcud idi. Monqol zülmü altında olan əhali dövlətə və feodallara 40 cür vergi və rüsum verirdi. Torpaq vergisi xərac natura ilə alınırdı və ilk Hülakülər dövründə taxıl məhsulunun 70%-ni təşkil edirdi. Can vergisi qopçur adlanırdı. Oturaq əhali bu vergini 1-7 dinaradək pulla, köçərilər isə mal-qara ilə verirdilər. Monqol qoşunlarının saxlanması üçün əhali üzərinə xüsusi vergi – tacar qoyulmuşdu. Hökmdarlar əhalidən bazar Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiSovet dövrü - vergi

Azərbaycanda SSRİ tərkibində olduğu dövrdə bir sıra vergilər mövcud olmuşdu: əhalidən alınan gəlir vergisi (1943), subaylardan, tək adamlardan, kiçik ailələrdən alınan vergilər (1944), kənd təsərrüfatı vergisi (1953), tikililərdən alınan vergi, torpaq vergisi, nəqliyyat vasitələri sahiblərindən vergilər, kolxoz bazarlarından birdəfəlik rüsum, gömrük və dövlət rüsumu və s. Müharibədən sonra əhalidən tutulan vergilər nisbətən azaldılmışdı. Hərbi vergi (1946) ləğv edildi və subaylardan alınan vergi azaldıldı.

Sov.İKP-nin XXI qurultayı (1959) vergiyə düşməyən minimum gəlirin və vergi güzəştinin genişləndirilməsində əsas rol oynadı. 1975-ci ildən Azərbaycanda aylıq əmək haqqı 70 manat olan fəhlə və qulluqçulardan vergi tutulmurdu. Aylıq əmək haqqısı 71-90-dək olan fəhlə və qulluqçulardan tutulan vergi Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiAzərbaycanda vergi və mükəlləfiyyət sistemi

Azərbaycanda vergi və mükəlləfiyyət sistemi — Vergilər müəyyən edilmiş qanun çərçivəsində təsərrüfat subyektlərindən və əhalidən dövlət tərəfindən alınan icbari ödənişlərdir. Vergilər dövlətin yarandığı gündən cəmiyyətdə iqtisadi münasibətlərin zəruri həlqəsini təşkil edir. Vergilərin mövcudluğu ilkin ictimai istehlak ilə əlaqədardır. Dövlət quruluşunun inkişafı və dəyişməsi ilə əlaqədar olaraq vergi sistemində də dəyişikliklər baş verir. Müasir sivilizasiyalı cəmiyyətdə dövlət gəlirlərinin əsas formasını təşkil edir. Vergi mexanizmindən dövlətin cəmiyyətə iqtisadi təsiri üçün istifadə edilir. Tarixi keçmişimizə nəzər salıb, Azərbaycan dövlətinin vergi sisteminin və o dövrdə mövcud vergi və mükəlləfiyyətlərinin dövlət xəzinəsinə və əhalinin həyat səviyyəsinə təsirini təhlil edək. Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiXilafət dövrü - vergi

Yerli feodal cəmiyyəti üzərində hakim mövqe tutan Xilafət üsul-idarəsi VIII əsrdə ərəblərin işğalı dairəsinə düşmüş bütün becərilən torpaqları müsəlman icmasının mülkiyyəti elan etdi. Bu torpaqlar əsasən, öz rəiyyətlərinə qarşı münasibətdə bütün hüquq və imtiyazlarını qorumuş əvvəlki sahiblərinin ixtiyarında saxlanılır, ərəblər isə bu sahibkarların müsəlman icması xəzinəsinə (beytülmala) boyun olduqları vergilərlə kifayətlənirdilər.

Əsasən silah gücənə ələ keçirilmiş şimallı-cənublu Azərbaycanın tabe edilmiş əhalisi ilə qarşılıqlı münasibətlər işğalçılarla yerli əhali arasında bağlanmış müqavilələrlə tənzimlənirdi. Hər bir belə müqavilə başqa şərtlərlə yanaşı, birdəfəlik və illik vergilərin ödənilməsi təəhhüdü haqqında maddəni də nəzərdə tutur, yerli əhaliyə məxsus torpaqları onun ixtiyarında saxlayırdı. Zimmi, yəni başqa dinə mənsub yerli Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiSəlcuqlular dövrü - vergi

IX-XI əsrlərdə Azərbaycanda feodal münasibətləri inkişaf etmişdi. Torpaq mülkiyyəti forması olan mülk (və ya əmlak torpaqları) xüsusi mülkiyyət olub, onu almaq, satmaq, irs vermək, bağışlamaq, girov qoymaq olurdu. Mülk sahibi (malik) və ya mülkədar dövlətə xərac, yəni yeni torpaq vergisi verirdi. Dövlətə məxsus, yəni gəliri birbaşa xəzinəyə gələn torpaqlara divani deyilirdi. Bu dövrdə şərti torpaq mülkləri – iqta sistemi inkişaf etməkdə idi. Zaman keçdikcə iqta torpaqları iqtidarların xüsusi mülkiyyətinə çevrildi. Bu dövrdə icma torpaqları da mövcud idi. İcma torpaqları dövlətin mülkiyyətində idi. Buna görə də həmin torpaqlardan elliklə istifadə edən camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi. Torpaqdan istifadə Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiQaraqoyunlular və Ağqoyunlular dövrü - vergi

XV əsrdə Azərbaycanda Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin mövcud olduğu bir dövrdə otuzdan çox adda vergi və mükəlləfiyyət mövcud idi və bu ağır vergi sitemi əhalini əzirdi. Məlcahət (və ya bəhrə) əsas vergi olmuşdur. Uzun Həsənin Qanunnaməsinə əsasən bəhrə əldə edilən məhsulun 1/5 hissəsini təşkil etmişdir. Kəndlilər istifadə olunmuş suyun müqabilində də bəhrə vergisi ödəyirdilər. Hərbiçilərin, mülki və ruhani vəzifələr tutan şəxslərin xeyrinə toplanan vergilərin məcmusu ixracat adlanırdı. Qeyri-qanuni surətdə, özbaşına toplanan vergilər şiltaqat arlanırdı. Kəndlilər feodal ziyafətlərinin təşkilinin ağırlığını çəkirdilər (şilənbəha, süfəbəha və b. mükəlləfiyyətlər). Yerli inzibati-polis məmurunun (dərucəki), vergiyığan məmurların (mümayizane), ruhani başçıların (rəsm əl-vüzarə) xeyrinə toplanan vergilər mövcud idi. Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiSəfəvilər dövrü - vergi

XVI-XVII əsrlərdə Azərbaycan kəndlisi aşağıdakı vergiləri və mükəlləfiyyətləri ödəyirdi: torpaq və gəlir vergisini – malcəhət, bəhrə, xərac – natura ilə ümumi məhsulun 1/5, 1/3 hissəsini təşkil edirdi. Bu vergi sahibkar ilə dövlət arasında bölünürdü. Birinciyə 1/10, ikinciyə 2/10 hissə çatırdı. Bağbaşı – məhsulun 1/10-nə bərabər idi. Çobanbəyi, çöl pulu – örüşdə heyvanları otarmaq üçün alınırdı. Dəh-yek (onda bir) – iri feodal torpaqlarından götürülən gəlirlərin 10 faizi alınırdı. Cüftbaşı – torpağı əkib-becərmək üçün bir cüt qoşqu vasitəsi olanlardan alınırdı. Dəzgahbaşı – hər bir toxucu dəzgahından istehsal edilən məhsuldan alınan vergi idi. İxracat – XVI əsrdə ümumi və müxtəlif vergilərin məcmusu mənasında işlənirdi: Ardı »