beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi liderlərimiz - Fətəli xan Əfşar (hakimiyyət illəri: 1747-1763)

XVIII əsrin ortalarında Urmiya xanlığının əsasını qoymuş və Azərbaycanın bütövləşməsi uğrunda öz səylərini göstərmişdir. 1759-cu ildə Qarabağ xanlığını tutmaqla Urmiya xanlığının güclənməsinə şərait yaratmışdır. Nəticədə Urmiya, Təbriz, Xoy, Qaradağ, Marağa və Sərab xanlıqları, yəni Ərdəbil və Maku xanlıqları istisna olmaqla bütün Cənubi Azərbaycan xanlıqlarını birləşdirməklə tarixi liderlik missiyasını həyata keçirmişdir. Ölkənin paytaxtı əvvəllər Urmiya, sonralar isə Tərbriz şəhəri olmuşdur. Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana da yaya bilmişdir.


Tarix: 06.01.2015 / 17:45 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: Azərbaycan tarixi