Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi liderlərimiz - Şah I Abbas (hakimiyyət illəri: 1587-1629)

Şah I Abbasın hakimiyyətə gəldiyi zamanlar Azərbaycan, demək olar ki, bütünlüklə (Hazırkı cənub bölgəsi və Ərdəbil istisna olmaqla) Osmanlının nəzarətinə keçmişdi. Şah I Abbas sülh bağladıqdan sonra keçirdiyi islahatlarla tarixi liderlik statusu qazandı. Qeyri türklər, əsasən də farslar üzərində hakimiyyəti möhkəmləndirmək üçün paytaxtı 1598-ci ildə onların sıx yaşadığı İsfahan köçürdü. Ordunu yenidən təşkil etdi. Belə ki orduda qızılbaşlarla yanaşı tüfəngçi, topçu və qulamlar adlanan birliklər yaratdı. Böyük tikinti işləri apardı, bəzi şəhərləri vergidən azad etdi. 1612-ci il Sərab və 1618-ci il Mərənd sülh müqavilələri ilə yenidən Səfəvilər dövlətinin əvvəlki sərhədlərini bərpa etməyə nail oldu və Portuqaliyalıları 1620-ci ildə Hörmüzdən çıxarmaqla müstəqilliyə olan zərbələri birdəfəlik dəf etdi. Bununla da Səfəvilərin süqutunun qarşısını aldı və yenidən inkişafına rəvac verdi.


Tarix: 06.01.2015 / 17:44 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Azərbaycan tarixi
loading...