beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

223-cü milli atıcı diviziya

223-cü milli atıcı diviziyanın döyüş yolu 1942-ci ilin yayından Şimali Qafqazdan başlayaraq, Ukrayna və Moldaviyadan, Bolqarıstan, Yuqoslaviya və Macarıstandan Avstriyanın paytaxtı Vyanaya qədər uzanmışdı. Diviziya 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olmuş və mayın 12-də Çeski Budlvitse şəhərində Amerika ordusunun hərbi hissələri ilə görüşmüşdü. Diviziyanın əsgər və zabitlərindən 3483 nəfər orden və medalnlarla təltif edilmişdi.

1942-ci ilin fevral ayından 1943-cü ilin iyun ayına qədər Heybət Heybətov diviziyanın komandiri olmuşdu. Onun komandanlığı altında diviziya Mozdokdan Millerova şəhərinə qədər döyüş yolu keçmişdi.

General Heybət Heybətov müharibə illərində general rütbəsi almış Həzi Aslanov və Yaqub Quliyev ilə yanaşı üçüncü azərbaycanlı generalıdır. Müharibə illərində həmin diviziyada komandan olmuş 6 nəfərin arasında general Heybət Heybətovun 17 ay komandirlik fəaliyyəti daha zəngindir. Diviziyanın bütün alayları: 1037-ci alay Suvorov ordeninə, 1039-cu alay Kutuzov ordeninə, 1041-ci alay Suvorov və Kutuzov ordenlərinə, 818-ci alay Boqdan Xmelintski ordeninə layiq görülmüşdü. Diviziyanın döyüşçülərindən 2 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.


Tarix: 07.01.2015 / 16:36 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Azərbaycan İkinci dünya müharibəsində