beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan İkinci dünya müharibəsində

Azərbaycan İkinci dünya müharibəsində — İkinci dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolu. Azərbaycan övladlarının böyük qəhrəmanlıqları, Azərbaycan neftinin əhəmiyyəti.

İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.

Azərbaycanın eks-prezidenti Heydər Əliyev demişdir: "Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir".


Tarix: 07.01.2015 / 16:32 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Azərbaycan İkinci dünya müharibəsində