beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl-Muqaddim

Əl-Muqaddim (ər. المقدّم) - Allahın adlarından biri.

Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. [1]

Allah dilədiyini təxirə salan, geridə buraxan, dilədiyini də önə alan, irəli keçirəndir. Hər şeyin tək Yaradıcısı olduğu üçün kainat üzərindəki hər cür canlı və cansız varlıq üzərində dilədiyini etmək gücünə malikdir. Dünya üzərində reallaşan hər hadisənin zamanı Allah Qatında əvvəldən təsbit edilmişdir. Hər şeyin varlığının gerçək sahibi olan Allah, bu varlıqların həyatları ərzində görüb keçirəcəkləri bütün hadisələri vaxtıyla təyin edib. Günü, saatı, hətta saniyəsi gəldiyində reallaşacaq olan hadisə mütləq reallaşar. Və bu reallaşan hadisə ancaq Allahın diləməsiylə olar; Onun xaricində heç kim hər hansı bir hadisəni qabaqlaya və ya təxirə sala bilməz. Necə ki, bu gerçəyə Quranda belə diqqət çəkilir:

Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər.[2]

Təyin edilən bu vaxtları Allahdan başqa heç kim bilməz. Allahın təqdir etdiyi an gəlməzdən əvvəl bir yarpaq belə düşməz. Var olan hər şey doğumundan ölümünə bu ilahi zamanlamaya tabedir. Heç kimin Allahın özü üçün təyin etdiyi vaxtın xaricinə çıxamağa, heç bir hadisəni təxirə salmağa, ya da qabağa keçməyə gücü çatmaz. Ancaq və ancaq Allah təqdir etsə, dilədiyini təxirə salar, dilədiyini də qabağa keçirər. Allah ayələrində bunu belə bildirir:

Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. (Allah) sadəcə onları (cəzalandırmağı) gözlərin bərələ qalacağı günə saxlayır.[3]

Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər.[4]

Bu vəziyyətdə Allaha iman edən bir qulun boynuna düşənsə, Allahın nəyi irəli çəkdiyini, nəyi təxirə saldığını araşdırmadan Ona yaxınlaşmağa çalışmaq, Allahın özünə verdiklərindən tam razı olmaqdır. Çünki ayələrdə də bildirildiyi kimi insan "tələsəndir"[5]. Bəzən bir hadisənin dərhal reallaşmasını istər, bəzən də bir hadisənin dərhal bitməsini istər. Amma insan üçün ən xeyirli olanı bilən, təsbit edən Allahdır. İnsanın xeyirli gördüyü bir şey özü üçün bir şər ola bilər. Bu səbəbdən mömin üçün əhəmiyyətli olan Allahın təqdir etdiyi hadisələrdən tamamilə razı olmasıdır.


Tarix: 24.02.2013 / 17:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 432 Bölmə: ALLAH