beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl-Cəbbar

Əl-Cəbbar (ər. الجبّار) — Allahın adlarından biri. Dilədiyini zorla etdirməyə müqtədir olan

"O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır" (Həşr Surəsi, 23)

Allaha qarşı böyüklənməyin, Ona təslim olmamağın arxasında, insanın özünü Allahdan müstəqil varlıq olaraq görüb, sahib olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlandığını zənn etməsi, buna görə də özünə "mənlik" verməsi dayanır. Halbuki bu, səhv məntiqdir. İnsan bir az düşünsə, bu dünyaya öz iradəsiylə gəlmədiyini, həyatının nə vaxt sona çatacağını bilmədiyini, sahib olduğu fiziki xüsusiyyətlərin öz seçimiylə özünə verilmədiyini rahatlıqla görə bilər. Öz bədəni də daxil olmaqla sahib olduğu hər şeyin keçici olduğunu və sonunda yox olacağını anlayar. Bütün bunlar insanın tamamilə aciz olduğunun, heç nəyin özünə aid və öz idarəsi daxilində olmadığının açıq dəlilləridir. Əgər bir az daha düşünsə, bu dəlillərin saysız-hesabsız olduğunu görə bilər.

İnsanın bütün bu gerçəklər qarşısında özünü yaradan Rəbbinə qarşı böyüklənməyə cəhd etməsinin nə qədər ağılsız hərəkət olduğu aşkardır.

Halbuki insan Allahın böyüklüyünü, hər şeyi yoxdan yaratdığını, insanların sahib olduqları bütün imkan və xüsusiyyətləri verənin Allah olduğunu, dilədiyi anda da hamısını geri ala biləcəyini, bütün canlıların ölümlü olduğunu, tək baqi olanın Allah olduğunu qəbul edib, gerçək sahibinə təslim olmalıdır. Çünki Allah, Özünə qarşı haqsız yerə böyüklənən, acizliyini bilməyən və üz çevirən hər kəsə dilədiyi zaman məcburən boyun əydirməyə qadir olandır.

Quranda sahib olduğu şeylərdən ötəri qürurlanan və sonunda da Allahın Cabbar sifətiylə acizliklərini görən və səhvlərini qəbul edən bağça sahiblərinin vəziyyəti ibrət olaraq izah edilmişdir. Sabahısı gün bağçalarını erkəndən yığacaqlarına dair and içən bağça sahiblərinin başlarına gələnlər belə bildirilmişdir:

... Onlar yuxuda ikən sənin Rəbbindən o bağa bir bəla gəldi. Və o (yanıb) qapqara qaraldı (Qələm Surəsi, 19-20)

(Bağı) bu vəziyyətdə gördükdə dedilər: "Yəqin ki, azmışıq! Xeyr, biz məhrum olmuşuq!" Onların ən ağıllısı dedi: "Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!" Onlar: "Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!" – dedilər. Onlar bir-birini danlamağa başladılar. Və dedilər: "Vay halımıza! Biz azğınlıq edirdik. Ola bilsin ki, Rəbbimiz onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını, bizə mərhəmət əta etməsini) diləyirik!"(Dünyadakı) əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər! (Qələm Surəsi, 26-33)

Mənası

İstədiyini etdirməyə qüdrəti çatan, hər vəziyyətdə iradəsi olan, bütün çətinlikləri asanlaşdıran, məxluqatının ehtiyaclarını təmin edən, əskikliyi tamamlayan və nizam-intizamı tənzimləyən deməkdir.

Qurani-Kərimdə bir yerdə - "əl-Həşr" surəsinin 23-cü ayəsində keçmişdir: "O Özündən başqa heç bir tanrı (məbud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan (əl-Cabbar), (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır..."


Tarix: 24.02.2013 / 17:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 461 Bölmə: ALLAH