beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl-Alim

Əl-Alim (ər. العليم) — Allahın adlarından biri.

Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir![1]

İnsanlar düşünə biləcək bir şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və bu cür hesabsız biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir və ya bir neçə mövzu üzrə mütəxəssisləşirlər. Məsələn bir fizika mühəndisi, fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış bir insan, fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yaxın tarix üzə mütəxəssisləşmiş bir tədqiqatçı, yaxın tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər. Çünki bu mövzu ilə əlaqədar öyrəniləcək hər şeyi bilir.

Yuxarıda saydıqlarımız, əlbəttə 'bilmək' felinin insanlarla əlaqədar olan qismidir. Ancaq 'bilmək' felinin, insanların əsla təsəvvür edə bilməyəcəyi, güç çatdıra bilməyəcəyi bir ölçüsü vardır: Allahın bilməsi...

Allah göylərin, yerin, bu ikisi arasında olan bütün canlıların, kainatda işləyən bütün qanunların, hər an meydana gələn bütün hadisələrin məlumatına sahibdir. Çünki hamısının Yaradıcısı Odur. Üstəlik Allahın 'bilməsi' sərhədsizdir; Allah eyni anda dünya üzərində doğan və ölən insanların kim olduqlarını, yer üzündəki hər bir ağacdan düşən yarpaqların sayını, kainatdakı milyarlarla qalaktika içindəki milyarlarla ulduzun hər birinin xüsusiyyətlərini və burada səhifələrlə saysaq da əsla bitirə bilməyəcəyimiz hər şeyi bilir. O, yer üzündə, eyni anda kosmosda meydana gələn hər hadisəni, dünya üzərindəki milyarlarla insanın, heyvanın, bitkinin hüceyrələrində kodlu olan şifrələri də bilir.

İnsanın unutmamağı lazım olan çox əhəmiyyətli bir sirr var: Allah yuxarıda sayılan bütün detalların yanında insanın daxilini, ağlından keçənləri, gizli və ya açıq işlədiyi bütün hərəkətlərini də bilir. İnsan, içində yaşadığı duyğularını, düşüncələrini, sıxıntılarını yalnızca özü bildiyini zənn edir; ama bu böyük bir yanılmadır. Kainatın hər nöqtəsinə tam olaraq hakim olan Allah, insanın daxilinə və xaricinə də hakimdir. Belə ki Allahın bu sonsuz biliyi bir çox ayədə bildirilmişdir:

Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir![2]

(Ya Rəsulum!) Məgər göylərdə və yerdə olanların (mələklərin, insanların, cinlərin), qanadlarını açıb (qatar-qatar) uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını (yaxud onların hər biri öz duasını, şükür-sənasını) bilir. Allah onların nə etdiklərini (layiqincə) biləndir![3]

Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).[4]

Bilin ki, (kafirlər və münafiqlər) Allahdan gizlənmək (küfrlərini, ikiüzlülüklərini Peyğəmbərdən və möminlərdən gizlətmək) məqsədilə ikiqat olarlar (sinələrini bükərlər). Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi (bütün gizli və aşkar əməllərini) bilir. Allah ürəklərdə olanları biləndir. [5]

(Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır! [6]

(Ey möminlər Bədrdə) onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. (Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri (qənimət əldə etmək və zəfər çalmaq üçün) yaxşı bir imtahandan keçirtdi. Allah (hər şeyi) eşidəndir, biləndir! [7]

Mənası

"Keçmişdə olmuş, hazırda baş verən və gələcəkdə olacaq kiçik-böyük, gizli-aşkar hər şeyi, hər hadisəni bilən" deməkdir. Bu ad Qurani-Kərimdə 162 yerdə zikr olunmuşdur: "Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. O, ürəklərdə olanları da biləndir!"[8].

İnsan doğulduğu andan yaşadığı dünyanı, mühiti öyrənməyə, tanımağa başlayır. Həmçinin, elmi sayəsində Uca Yaradanın varlığını dərk edir. Bu yaşamaq eşqidir.

Lakin insanın elmi zaman və məkanla məhdudlaşır. O, hər kəsdən, ən yaxınından belə, ürəyindən keçənləri gizlədə bilər. Yalnız Allah-Təala qəlblərimizdə olanı da, açıq şəkildə etdiklərimizi də bilir. Hətta qeybi də bilən yalnız Odur, peyğəmbərlərinə istədiyi qədər bilgi verən də. Bu barədə Qurani-Kərimdə buyurulur: "...Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər)..."[9].

İnsan bilməlidir ki, etdiklərini, düşündüklərini nə qədər başqalarından gizlətməyə çalışsa da, Rəbbindən gizlədə bilməz. O, daim Rəbbinin nəzarətindədir. Buna görə də, istər açıq, istərsə də gizli şəkildə olsun, fərqi yoxdur, Uca Yaradan hər şeydən xəbərdardır


Tarix: 23.02.2013 / 17:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 578 Bölmə: ALLAH