Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı Melumatlar17 yaş cavanlaşdıran meyvə

Alimlər insanı 17 yaş cavanlaşdıran meyvənin adını açıqlayıblar. Onun tərkibində olan mikroelementlər hesablanıb.
Bu elementlər ürəyi cavanlaşdırır, dan dövranını yaxşılaşdırır, immun sistemini gücləndirir. Britaniyalı alimlərin sözlərinə görə, hər gün müntəzəm olaraq alma yemək insanın ömrünü uzadır, orqanizmi gəncləşdirir. Bu meyvənin tərkibində olan mürəkkəb elementlər ürək-damar sisteminə müsbət təsir edir, qan damarlarının elastikliyini qoruyur.

Alimlər müəyyən edib ki, alma infarkt, ürək xəstəlikləri, insult riski yaradan damarların divarlarının möhkəmlənməsinin qarşısını 21 faiz daha çox alır. Təcrübələrin nəticələrinə görə, müntəzəm olaraq kifayət qədər alma şirəsi qəbul edən könüllülərin ürək-damar sistemi və orqanizmi ümumilikdə 17 yaş cavanlaşma müşahidə edilib. Ardı »

Maraqlı MelumatlarTaksi sürücülərinə xəbərdarlıq

Taksi sürücülərinə xəbərdarlıq

Avropa Oyunlarına artıq 44 gün qalıb. Görülən hazırlıqlar isə demək olar ki, yekunlaşmaq üzrədir.

“Qafqazinfo” ANS TV-yə istinadən xəbər verir ki, paytaxtda keçiriləcək I Avropa Oyunları zamanı ən çox dəyişiklik yol infrasturukturunda həyata keçirilir. Bu idman arenalarına aparan yollarda daha çox nəzər çarpır. Su İdman Kompleksi, Əl Oyunları Sarayı və Kristal Hollun yerləşdiyi Neftçilər prospekti boyu aparılan abadlıq işləri yekunlaşmaq üzrədir.
Su İdman Kompleksi ətrafında yaşlılaşdırma işləri aparılıb. Binaların fasadları yenilənməsi yekunlaşmaq üzrədir. Yol boyu düzülən məlumtaındırıcı lövhələrin sayı artırılıb.

Qeyd edək ki, Avroviziya mahnı müsabiqəsi ərəfəsində yollarda otel və mədəniyyət abidələrinin göstərən lövhələr quraşdırılmışdı. İndi bu siyahıya idman arenalarının yerini Ardı »

Maraqlı MelumatlarDondurmanı kim fikirləşib?

Həqiqətən də görəsən hər bir kəsin rədd edə bilməyəcəyi şirniyyat olan dondurmanı kim fikirləşib? Bu məsələ amerikalılar, fransızlar və italyanlar arasında daimi mübahisəli məsələyə çevrilib. Lakin doğrudan da ilk dondurma satan müəssisə Amerikada açılıb, onun əsasını qoyan isə 1770-ci ildə İtliyanın Qenuya şəhərindən emiqrant olan bir italyan olub. Fransızlar isə iddia edirlər ki, hələ onlar 100 illər əvvəl dondurma istehsal etməyə başlayıblar. 1676-cı ildə fransız konditeri ilk dondurma şirkətini yaradıb.
Əslində həqiqətə qalsa tarixçilər dondurmanın yaradıcılarının əsgərlər olduğunu iddia edirlər və bu antik dövrə təsadüf edir. Onlar dondurmadan şirniyyat kimi yox, yaşamaq üçün qida kimi istifadə edirdilər. Makedoniyalı İsgəndərin əsgərləri isti şlkələrdə Ardı »

Maraqlı MelumatlarƏn qəribə toy adətləri

İnanclar bəziləri üçün uydurma, gülməli görünsə də, bəziləri bu inanclara əməl edilməzsə, uğursuzluq, bədbəxtlik baş verəcəyini düşünür. Məhz buna görə insanlar həmin inancları daim yerinə yetirməyə çalışırlar. Ən geniş yayılan inanc və ənənələrin bir qismi isə evliliklə bağlıdır.

Ən qəribə və qeyri-adi inanc və ənənələri təqdim edirik.
Nikah zamanı ayağa basma ənənəsi ən geniş yayılan ənənələrdəndir. İnanca görə, ailədə məhz ayağa basan adamın hökmü keçəcək.

Bolqarıstanın dağlıq bölgələrində isə nişanlanacaq oğlan qız evinə gələndə qızın qardaşları tərəfindən möhkəm döyülür. Bolqarların fikrincə, bu zaman evlilik uğurlu və sülh içində keçir.
Bəzi ölkələrdə isə nişanlı oğlan bir müddət gəlinin ata-anasına xidmət etməlidir. Əks halda qızı oğlana vermirlər.

Toya Ardı »

Maraqlı MelumatlarXX əsrin ən qəddar adamları

Ginnesin rekordlar kitabında «XX əsrin ən amansız» canisi 1949-cu ildə anadan olan Pedro Alonso Lopes hesab edilir. Ekvadorda, Kolumbiyada, Peruda 300 azyaşlı (10 yaşdan az) qız uşağını öldürdüyünü boynuna alan bu cinayətkar, öz əməllərini 1973-cü ildən 1980-ci ilin mart ayınacan törətmişdir. Onun etirafından son­ra meyitlərin yalnız 53-nü tapmaq mümkün olub.

Həmin dövr üçün ən qorxulu canilərdən biri də (Ginnesin rekordlar kitabına gö­rə) alman seksual manyakı, 1909-cu il təvəllüdlü Bruno Lyudkedir. Lyudke etiraf edib ki, 1928-ci ildən 1943-cü il yanvarın 29-na qədər 85 qadın öldürüb. Lyudke 1944-cü il aprelin 8-də Vyanada edam olunub.

Seksual səbəblərə görə dəli olmuş Cənubi Koreya polisi Vou Bom Kon Ardı »

Maraqlı MelumatlarSaqqizi udsam ne olar?

İngilis Daily Mail qezeti, her bir
insanın uşaqlıq dövründe tez-
tez soruşduğu ancaq çox vaxt
cavabsız qalan meşhur sualı
hekimlerden soruşub: “Saqqız
udsam ne olar?”
Uşaqlıqda bu suala
ümumiyyetle, saqqızın bağırsaq
divarına yapışıb orada illerle
hezm edilmeden qaldığı ve.s bu
kimi efsanevi cavablar verilirdi.
Hetta bunu şişirdib saqqızın.
üreyin etrafına sarıldığını
söyleyenler de olub. Bes, eslinde,
saqqız udularsa ne olar?
Bedenimizde ne kimi
deyişiklikler baş verer?
Mütexessislere göre, saqqızın
hezm edilmesi xeyli güclü bir
madde olduğundan mededen
çox vaxt hezm olunmadan keçir.
Eyni şekilde bağırsaqlardakı
uzun yolu da heç hezm
edilmeden yeni hell olunmadan
keçen saqqız eynile geldiyi kimi
bedenden çıxır ve son
dayanacağı ise olan kanalizasiya
olur.
Lakin saqqıza vurulan süni
qatqılar, rengler uşaq
orqanizmine zererlidir. Ağız
boşluğundan qana sorulma
prossesine kimi orqanizm üçün
tehlüke yaradır. Uşaqlara saqqız
evezine arı mumunu saqqız kimi
çeynemeyi verdiş Ardı »

Maraqlı MelumatlarƏn qədim futbol növü – Tsu-cu

Futbolun vətəninin İngiltərə olduğunu düşünənlər çoxdur yəqin ki. Amma sən demə, müasir futbola çox oxşayan oyun nə az-nə çox 2000 il əvvəl Çində mövcud imiş. Adı da tsu-cu imiş.

Bu oyun içinə quş tükü doldurulmuş dəri topla oynanırdı. Topa yalnız əllə toxunmaq olmazdı, ayaqla, başla, sinəylə, bir sözlə əldən başqa bütün bədən üzvləri ilə toxunmaq, vurmaq mümkün idi.

Müasir terminlə desək, daha çox qol vuran qalib olurdu. Qapılar dirəklərdən və tordan düzəldilən müasir futbol qapılarına çox oxşayırdı. Fərq onda idi ki,torunortasında diametri təxminən 30 santimetr olan deşik olurdu və topu məhz həmin deşikdən keçirmək lazım idi.

Komandalarda 2-dən 16-ya qədər oyunçu ola bilərdi. Ardı »

Maraqlı MelumatlarMəşhur avtomobillərin loqotipləri necə yaranib?

Bəzi avtomobillərin loqotiplərinin mənası belədir.

Audi avtomobil markasının loqotipindəki dörd halqa nişanı 1932-ci ildə yaradılmışdı. Bu Auto Union şirkətini təşkil edən 4 avtomobil şirkətini – Audi, Horch, DKW və Wanderer simvolizə edirdi.

1919-cu ildə rəqiblər Avqust Horxanı onun adını daşıyan «Horch» zavodunun idarə heyətinin tərkibindən çıxardılar. Buna cavab olaraq o, yeni bir rəqib şirkət yaratdı. Yeni müəssisənin adı Audi – yəni, onun soyadının latın dilinə tərcüməsi (horch – qədim alman dilində «qulaq as») qoyuldu. Audi markası altında o dövrdə yalnızca yarış maşınları buraxılırdı.

BMW 1916-cı ildə Münhendə aviasiya mühərrikləri zavodu kimi yarandı. Buradan da BMW-nin loqotipi – fırlanan ağ-mavi rəngli propeller Ardı »