Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarAsqırmaq

Asqırmaq — insan orqanizminin qıcıqlandırıcı maddələr və allergenlərə qarşı olan qoruyucu reaksiyasıdır.

Bu qoruyucu refleks, insan və heyvanlara aiddir. Asqırmaq, həmçinin bir sıra respirator və allergik xəstəliklərin əlamətləri ola bilər. Bu məqaləmizdə sizə, insan niyə asqırır, asqırmağın mexanizmi və asqırmaq haqda bir sıra maraqlı faktları təqdim edirik:

1. Asqırmağa ən çox səbəb olan əlamətlər;

— Müxtəlif allergenlər: bir çox insanlarda allergiya yaradan bitkilərin tozcuqları, adi toz, kəpək, müxtəlif heyvanların tükləri və s.

— Kəskin qoxu: tütün tüstüsü, aerozollar, parfümeriya məhsulları, yuyucu və təmizləyici vasitələr, çirkli hava və s.

— Burunda poliplər.

— Ətraf mühitdə temperaturun kəskin dəyişməsi.

— Bəzi hallarda fiziki yüklənmə hallarında, hiperventilyasiya (intensiv nəfəsalma) zamanı burun Ardı »

Maraqlı MelumatlarFotolarda gözəl düşməyin sirləri

Bəzi insanalr gözəl olmadığı halda fotolarda gözəl düşür. Bəziləri isə həyatda qeyri-adi gözəlliyiə malik olsa da, şəkildə çirkin düşür. Şəkillərinizi çəkinmədən və utanmadan sevdiyiniz insanlara göstərmək üçün 10 məsləhətə əməl edin.

1. Hər zaman təbii olun. Poz verməyə çalışaraq özünüzü sıxmayın.

2. Çiyinlərinizi şəkil çəkdirərkən dik tutun. Belə daha təbii görənəcəksiniz.

3. Alkoqol qəbul etdikdən sonra heç vaxt şəkil çəkdirməyin. 3 qədəhdən sonra gözləriniz axacaq.

4. Küçədə şəkil çəkdirəndə kölgəli yer seçin. Çünki kölgəli yerdə hər qadın gözəl düşür.

5. Şəkil çəkdirəndə çənənizi azca yuxarı qaldırın.

6. Şəkildə arıq düşmək üçün obyektivin yuxarıda, uzun görünmək üçün isə azca aşağıda olmağı lazımdır.

7. Fonun Ardı »

Maraqlı MelumatlarTarixdən itirilmiş üç əsr

Qərbi Avropada orta əsrlərin ilkin dönəmlərdən barədə dünya tarix elmində etibarlı sayılacaq həddən ziyadə az mənbələr var. Hansısa adamın varlığı və ya baş vermiş hadisənin reallığını müəyyənləşdirmək üçün alimlər əksər hallarda bir sıra törəmə, ikinci dərəcəli sübutları bir araya gətirib tutuşdurmalı olurlar. Orta əsrlərdə Avropada baş vermiş hadisənin dəqiq tarixini müəyyənləşdirmək çox çətindir, axı ilkin orta əsrlərdən bəhs edən xronoloji yazılar, kitabələr və salnamələr yox dərəcəsindədir. Dəqiq tarixi yazılmış azsaylı sənədlər isə fantastik təqvim, illərin hesablanması ilə insanı heyrətə salır, ya da ağlagəlməz rəqəmlərdən ibarətdir.

Lakin bir qədər səbr edərək Avropadakı qədim monastır və kilsələrin kitabxanalarında eşələnəndə guya X əsrə şamil edilən, Ardı »

Maraqlı MelumatlarGüllər..

Avropa dillərinin əksəriyyətində “tulipe”, “tulip”, “tulipan” və başqa bir neçə şəkildə mövcud olan və “lalə” mənasını verən sözlər “çalma” mənasını ifadə edən farş mənşəli “dülbənd” kəlməsinin əsasında yaranıb. Laləni Avropaya ilk tanıdan XVI əsrdə Osmanlı sultanının sarayında çalışmış avstriyalı səfir Oqye Busbek olub. Lalənin Avropa dillərinə niyə “dülbənd” kimi daxil olmasının səbəbi hələ də bilinmir. Bir ehtimala görə, lalə açılmazdan öncə çalmanı xatırlatdığından bəzən osmanlılar ona “dülbənd” deyirmişlər. Başqa bir ehtimal da belədir ki, o zamanlar osmanlılar çalmalarına lalə taxırdılar və görünür, Busbek tərcümədə xətaya yol verərək «lalə»ni «dülbənd» kimi başa düşüb.


Fars dilindən Avropa xalqlarının dillərinə köçmüş sözlərdən biri də “gül” Ardı »

Maraqlı MelumatlarMark Sukerberq – Dünyanın ən zəngin səfili

Tam adı: Mark Elliot Sukerberq

Doğum tarixi:1984-cü il, 14 may

Doğum yeri: ABŞ, Nyu-York,

Uayt-Pleyns Vəzifəsi: “Facebook”un prezidenti, baş icraçı direktoru

Həyatı

Dünyada məşhur “Facebook” sosial şəbəkəsinin yaradıcısı kimi tanınan Mark Sukerberq 1984-cü il may ayının 14-də Nyu-Yorkun Uayt-Pleyns şəhərində doğulub. Atası Eduard diş həkimi, anası Karen psixiatr olub. Mark Sukerberq məktəbdə oxuyarkən kompyuter proqramları ilə maraqlanıb. 9-cu sinifdə oxuyarkən “Risk” stolüstü oyununun kompyuter versiyasını hazırlayır. Sonra isə “winamp player üçün mp3” proqramını tərtib edir. Mark, həmçinin qədim dilləri (latın, yunan və s.) öyrənib, qılıncoynatma idman növü ilə məşğul olub. “Time” jurnalı 2010-cu ildə Sukerberqi “ilin adamı” elan edib. Bu il Mark Sukerberq “The Guardian” qəzetinin Ardı »

Maraqlı MelumatlarGörücü Vanqa və onun dedikləri

XX əsrin tanınmış görücülərindən biri də bolqar bilicisi Vanqadır. Vanqa yunan sözü olub, "xoş xəbərlər carçısı" mənasını verir. Vanqa 12 yaşında olanda bibisi qızları ilə kəndin kənarındakı Xan bulağından su gətirməyə gediblər. Gözlənilmədən tufan (fırtına) qopur. Ağacları kökündən qoparır. Dəhşətli burulğan Vanqanı götürüb xeyli (bəzi mənbələrdə 2 km) uzağa atır. Onu ağac budaqlarının, toz-torpağın, ot-ələfin içindən zorla tapıb çıxarırlar. Vanqa gözlərini aça bilmir. Həkimlər ona çarə tapa bilmirlər. Hətta cərrahiyyə əməliyyatı da edirlər. O vaxtdan Vanqa kor olur.
1925-ci ildə korlar evinə qəbul olunur. 1929-cu ildə atası öləndən sonra yetim qalan bacı-qardaşlarına böyüklük eləmək üçün evə dönür. Həyatları çox məşəqqətli keçir. 1923-cü Ardı »

Maraqlı MelumatlarBədənimizdəki elektrik yükündən necə xilas olaq?

Bədənimizdəki elektrik yükündən necə xilas olaq?

Gündəlik vərdişlərimiz bədənimizdəki elektromaqnit kirliliyini artırır. Mütəxəssislər isə bundan xilas olmaq və yenidən enerji yığmaq üçün 3 yol məsləhət görür.

Beyaz.Az lent.az-a istinadən bildirir ki, elektromaqnit kirlilik mobil telefonlar başda olmaqla bütün elektrik cihazlarından yayılan dalğalardan qaynaqlanır, stress və bədən yorğunluğuna səbəb olacaq elektrostatik yükü artırır. Hər səhər duş qəbul etmənin bütün bədəni elektromaqnit yükündən xilas edəcəyi, insanı stress və yorğunluqdan qurtaracağı bildirilir.

İnsanları tənbəlləşdirir

Stressə səbəb olan elektromaqnit kirliliyinin zərərlərindən biri insanı tənbəlləşdirməsidir. Bu təhlükədən qorunmaq üçün sağlam qidalanmaqla yanaşı elektrik cihazlarını mümkün olduqca balanslı istifadə etməlisiz. Gündəlik qidalanmada immuniteti gücləndirəcək qidalara çox yer verməlisiz. Saçınızı saç qurutma aləti yerinə Ardı »

Maraqlı Melumatlarİsveç kibriti

Çox sadə bir əşya olan kibrit ele də qədim tarixə malik deyil. Tanıdığımız kibrit təxminən 150 il öncə icad olunmuşdur.

Kibrit icad ediləndə artıq paroxod da mövcud idi, toxuculuq dəzgahları da və qəribə görsənsə də alışqan da....

Tam əminliklə kibritin üzərinə “Avropada düzəldilib” markasını vurmaq olar. Belə ki, kibritin icad olunmasının nə yeri, nə də ki, müəllifi dəqiq məlumdur. Məlum olan bir odur ki, ilk olaraq Avropada icad edilib. Kibrit Avropanın bir çox ölkələrində 50 il müddətində təkmilləşmə yolu keçmişdir.

İlk dəfə kibriti 1805–ci ildə fransalı Jan Lui Şansel icad etmişdir. Xırda taxta çöplərinin üstünə bertolet düzü ilə şəkər tozunun qarışığı çəkilirdi. Ardı »