Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi PsixologiyaHisslərin fizioloji əsasları və funksiyaları

Hər bir psixi prosesin əsasını insanın beyin fəaliyyəti təşkil edir. Başqa psixi proseslər kimi, emosional halların və hisslərin fizioloji əsası da beyində gedən sinir prosesləri ilə bağlıdır. Hiss və emosiyaların əmələ gəlməsi və idarə olunması vegetativ sinir sisteminin funksiyasına daxildir. Xüsusilə, hisslərin əmələ gəlməsində beynin qabıqaltı sahələrdə baş verən sinir prosesləri çox mühüm rol oynayır. Həmin sahə tənəffüs prosesini, ürək döyüntüsünü, nəbz vurmanı, orqanizmin ayrı-ayrı hissələrinin qan ilə təchizini, hərarəti, bəzi orqanların və ifrazat vəzilərinin fəaliyyətini tənzimləyir. Ona görə də hər hansı hissin baş verməsi müvafiq üzvlərdə müəyyən dəyişikliyin əmələ gəlməsi ilə nəticələnir. Məsələn: tənəffüs ahəngi dəyişir, ürək döyüntüsü ya artır, Ardı »

Ümumi PsixologiyaUşağınız söyüş söyür?

Uşaqların psixi inkişafında ilk “böhranlı” yaş dövrü inadkar olduqları və istədiyi kimi hərəkət etməyə can atdıqları mərhələdir.

Hər bir ailə uşaqların sağlamlığını düşündükləri qədər, onların tərbiyəsinə də önəm verirlər. Uşağın tərbiyyəsi dedikdə onun düzgün davranışı və mədəni nitqi nəzərdə tutulur. Lakin cox zaman valideynlər nə qədər nəzarət etsələr belə uşaqların dilindən xoşagəlməz ifadələr eşidirlər.

Bəs, uşaqlar bu sözləri haradan öyrənir? Uşaqlar işlətdiyi ifadələrin mənasını bilirlərmi? Niyə çox hallarda uşaqlar belə ifadələri işlətməkdən zövq alırlar? Uşaqların nitqindəki xoşagəlməz ifadələri necə tərgizmək olar?

Öncə onu demək istəyirəm ki, uşaqlar adətən 3-12 yaş arasında xoşagəlməz sözlərdən daha çox istifadə edirlər. Lakin 6 yaşdan sonra uşaqlarda daxili plan Ardı »

Ümumi PsixologiyaTəxəyyül və oyun

Təxəyyül və oyun bir-biri ilə sıx əlaqəyə malikdir. Məktəbəqədər yaş dövründə istər evdə ailə tərbiyəsi, istərsə də bağçada aparılan tərbiyə nəticəsində uşaqların oyun prosesində onların təsəvvür ehtiyatı xeyli artır, yaddaş fəaliyyəti, təfəkkürləri inkişaf edir, uşaqlarda yeni tələbatlar əmələ gəlir. Bütün bunlar isə onların təxəyyüllərinin geniş və məzmunlu xarakter alması ilə nəticələnir.
İstər əvvəlki dövr, istərsə də məktəbəqədər yaş dövrü olsun, ümumiy­yətlə, uşaqlarda təxəyyül oyun prosesində inkişaf edir.
3-4 yaşlı uşaqlarda da belə bir tələbat əmələ gəlir. Uşaq edə bilməyə­cəyi bir iş görmək istəyir, özünü kiməsə oxşatmaq, bənzətmək istəyir. Oyun pro­se­­­sində uşaq özünü atın üstündə oturan, at çapan atlıya, təyyarəçiyə, sürücüyə, mü­­əllimə, Ardı »

Ümumi PsixologiyaMeyn balıqçısının "bəxti"

Bir vaxtlar Meyn balıqçısı adlı bəxti ilə məşhur olan bir adam var idi. Çünki bu adam nə vaxt balığa çıxsafisher boat with sunset(hətta Meyn sahillərində balıq çox az olsa belə), səbət-səbət balıqla qayıdırdı. Çox keçmədi ki, adam bu yolla həm varlandı, həm də dillərdə dastan oldu. Hətta o qədər ki, birinin bəxtindən danışanda «Meyn balıqçısı kimi bəxti var» demək adətə çevrildi…

Bir gün Meyn balıqçısı öldü. Cənazə üçün evə gələnlər balıqçının evində balıq və su ilə bağlı çox böyük bir kitabxana olduğunu gördülər. Və elə o vaxt adamın niyə balıqdan boş qayıtmadığını başa düşdülər.

P.S. «Bir il sonrasını düşünürsünüzsə, toxum yetişdirin. On il Ardı »

Ümumi PsixologiyaAdımızın taleyimizə hansı təsiri var?

Uşaqlara ad seçərkən adın gözəlliyindən çox, uşağın taleyinə necə təsir edəcəyini öyrənmək lazımdır
Adlar da geyim kimidir, bəziləri insana tam uyğun olur, bəziləri böyük, bəziləri kiçik. Ümumiyyətlə, adların insan taleyinə böyük təsirinin olduğu deyilir. Belə ki, ad daşıdığı məna ilə insan həyatına təsir edir. Çünki adların yarandığı hərflər hərəsi ayrılıqda bir məna daşıyır.

Hərflərin sözlərə və adlara, ümumiyyətlə, bütün varlıqlara təsirini öyrənən elm huruf adlanır. İnsan adının taleyinə təsiri mövzusu ilmi hurufun əsas istiqamətidir.

Qədim Misirdən Roma İmperatorluğuna qədər bütün cəmiyyətlər elmi hurufla yaxından maralanıblar. Romalılar «nomen est omen» yəni «adımız taleyimizdir» deyəcək qədər qəti bir inanca sahibdilər.

Hərflərin sirri İsrail oğulları tərəfindən də Ardı »

Ümumi PsixologiyaNomofobi

Mobil telefondan məhrum olmaq qorxusu xüsusən gənclər arasında getdikcə artmaqdadır.

İngiliscə «no mobile phobia» sözündən yaranan «nomofobi» — «mobil telefondan məhrum olmaq qorxusu» xüsusən sosial şəbəkələrə daha çox üstünlük verib bütün vaxtını orada keçirən gənclərə təsir edir.

İngiltərədə aparılan bir araşdırma zamanı iştirakçıların yüzdə 66-sı hətta mobil telefonsuz qalmaq düşüncəsinin belə onları stressə saldığını bildirib.

Bu nisbət 18-24 yaş arasındakı gənclərdə yüzdə 76 təşkil edir. Araşdırmaya qatılanların yüzdə 40-ı 2 telefon işlətdiklərini etiraf ediblər.

Ağıllı telefonlar ortaya çıxdıqdan sonra bu fobiya sürətlə irəlilədi. Artıq hər kəsin fərqli xidmətləri var. Hər şeyi telefon vasitəsi ilə əldə edə bilirlər.

Bir neçə il əvvəl isə sms bir fobiya adlanırdı Ardı »

Ümumi PsixologiyaSubliminal mesajlar

Görmədiyimiz kadrlar
Şüuraltı sözünü, yəqin ki, bir çoxlarınız eşitmisiniz. Şüuraltına təsir, şüuraltı fikir və s. Bəs nədir şüuraltı? O heç vaxt yatmır. Hətta biz yuxudaykən belə. O həmişə fəaliyyətdədir. O, gün ərzində gördüklərimizin, eşitdiklərimizin yığıldığı bir “evdir”. Gün ərzində siz avtobusa minirsiniz, yemək yeyirsiniz, müxtəlif insanlarla və hadisələrlə qarşılaşırsınız. Ancaq siz bunların bir çoxunu günün sonunda xatırlamırsınız. Ancaq şüuraltımız bunların hər birini qeyd edir. Siz istəsəniz də, istəməsəniz də. Uşaq yaşlarınızdan indiyə qədər yaşadığınız, yaddaşınızda olan və olmayan hər şey oradadır. Amma bəzən görmədiklərimiz də şüuraltına yazıla bilir. Necə? 25-ci kadr və ya digər adıyla subliminal mesaj vasitəsilə.

Məsələn: 1957-ci il, Amerika Birləşmiş Ardı »

Ümumi PsixologiyaHafizə

İnsanın duyub və qavradıqlarının, psixikasında baş verənlərin hamısı izsiz ötüşmür, müəyyən mənada orada hifz olunur. Bəziləri isə ömürlük qalır. Keçmişdə baş verənlərin psixikada "izi", işarələri, kodu, sürəti qalır. Bizlərdən hər birimiz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o şəkildə yaşadığımızı söyləyərik.
Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də informasiyanın fasiləsiz olaraq toplanması qabiliyyətidir. Bu proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə bir çox hallarda avtomatlaşır, hətta az qala qeyri-şüuri mahiyyət kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər tarixi fakt kimi göstərilən hadisəni vermək istərdik.
Tamamilə savadsız qadın xəstələnir və həyəcanlı, yüksək tonla mənasını özünun də Ardı »