Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RamazanRAMAZANIMIZ HƏDƏR GETMƏSİN

[color=#039b80]Birimiz həkimə getsək, müəyyən xəstəlikdən və ya ağrıdan şikayət etsək, çox güman ki, həkim əvvəl bizi muayinə edib, sonra diaqnoz qoyacaq. Tam olaraq xəstəliyimizin səbəbini aydınlaşdırmaq istəyəcək. Ondan sonra isə münasib bildiyi dərmanı və müalicə üsulunu yazacaq. Təbii ki, yazdığı dərmanların da qəbuledilmə üslubunu başa salmağı unutmayacaq. Məsələn, bu dərmanı yeməkdən sonra, bu dərmanı yeməkdən yarım saat əvvəl, bu dərmanı gündə 3 dəfə, bu dərmanı gündə bir dəfə, filan dərmanı yatmamışdan öncə və s. Dərmanları mütləq tövsiyə etdiyi formada və vaxtda dəqiqliklə qəbul etməyi bərk-bərk tapşırdıqdan neçə gün sonra ona təkrar müraciət etməyimizi gözləyəcək.
Vəsf olunmuş müalicə müddəti bitər-bitməz xəstə həkimin Ardı »

RamazanXOŞ GƏLDİN, AMMA XOŞ GÖRMƏDİN

[color=#a476af]Ey Ramazan!
Ey içərisində “min aydan daha xeyirli bir gecəni” daşıyan ay!
Ey Quranın doğum ayı, ayların ən çox gül ətri verəni!
Ey vəhyin dirildən nəfəsini həyata, Məhəmmədi əbədi bir məhəbbətə, varlığın mənasını Allahsızlaşdıqca anlamsızlaşan çağa, insanın itirdiyi insanlığı, rəhməti, bərəkəti, ehsanı, hidayəti və şəfqəti insana çatdıran ay!
Xoş gəldin!

14 əsrdir hər ilə gəldiyin kimi, min ümidi qoynunda saxlayaraq gəldin. Həmişə olduğu kimi, gətirdiklərinə qarşılıq görəcəyini umaraq gəldin. Hamısından da ötə xoş gördüklərini daha xoş etmək, naxoş olanları da təkrar xoş etmək üçün gəldin!
Kim bilir keçmişdə necə xoş gəlişlərin, necə xoş görüşlərin olmuşdur!

Başı dik, alnı açıq, üzü ağ, ürəyi pak, gözü iti, sözü güclü, Ardı »

RamazanRamazan ayı və Orucu gerçəkliyi ilə dərk edək

Bəzi Müsəlmanlar təəssüflər olsun ki, Ramazan ayı haqda məlumat baxımından yoxsuldurlar. Çünki, bu müsəlmanlar Ramazan ayının nə olduğunu, hikmətini dərk etmirlər. Bilik, yaxud iman əvvəl gəlir? deyə soruluşarsa əlbəttə ki, cavabımız bilik əvvəl gəlir olacaqdır.İnsan iman etdiyi şeyi bilməli və ondan qafil olmamalıdır. Oruc qul ilə Allah arasındakı ibadətdir. Amma insanlar orucluykən göstərə-göstərə yemək yemək oruc tutan insanlara hansı dərəcədə hörmət göstərməkdir?

Oruc tutan bir insan, oruc tutmayan insan haqqında pis fikirdə olmamalı, buna əlavə olaraq da oruc tutmayan bir insan oruc tutan insanın yanında yeyib-içməməli, bu şəkildə ona hörmət etməlidir. Xüsusilə iftar vaxtları azanın oxumasını gözləyən və mədəsi aclıqdan qovrulmuş orucluların Ardı »

RamazanƏN XEYİRLİ QONAQ: RAMAZAN AYI

Ey müsəlmanlar!.. Bu ay, qəbul və xoşbəxtlik ayıdır. Bu ay, bağışlama və comərdlik ayıdır. Bu ay, yüksəliş və irəliləyişin başlanğıcıdır. Vay tənbəl olanların halına… Ənəs ibn Malik (radiyallahu anhu) qüdsi bir hədisdə Peyğəmbərdən (Sallallahu aleyhi və səlləm) belə buyurduğunu nəql edir:
“Qul mənə bir qarış yaxınlaşsa, mən ona bir arşın yaxınlaşaram. O mənə bir arşın yaxınlaşsa mən ona bir qulaç yaxınlaşaram. Mənə doğru iti addımlarla gəlsə, mən ona doğru qaşaraq gələrəm.” (əl-Buxari.)

Ey müsəlmanlar!.. ALLAH`dan layiqincə qorxun!.. Çünki ALLAH`dan layiqincə qorxmaq axirətdə ən gözəl sonluqdur.
“Ey iman gətirənlər! ALLAH`dan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!” (Ali İmran surəsi, 3/102.) Ardı »

RamazanON BİR AYIN SULTANI

[color=#173bd3]Bütün ötən günlər ömür təqvimindən düşən yarpaqlara bənzəyirsə, Ramazan ayının mübarək günlərindən ötən hər gün, hər saniyə, hər an belə, daha dəyərli olduğu üçün itkisi də daha ağrılı olur. Ömürdən necə Ramazanlar getmiş... Allahım, daha gözəl və daha bərəkətli Ramazan günləri yaşat bizlərə.

Ramazanın gecələri kimi, gündüzlərinin də qədrini öyrət bizə. Allahım, hər günümüzü Ramazan günləri kimi bərəkətli et. İki günü eyni olan artıq itkidədir, deyə müəllimimiz bizi öyrədib. İtkidən Sənə sığınırıq, Allahım.

Nədir oruc? Nədir Ramazan?... Oruc könül gövhəri olan qəlbimizi Ramazanın aclıq və susuzluq atəşində yandıraraq paslardan təmizlənməsidir...Pas atmış dəmiri odda yandırmadan təmizləmək mümkünmü?

Ərəb dilində Ramazan Ardı »

RamazanOruclu ikən dişləri yumaq

sual-
assalamu aleykum varahmatullahi va barakatuhu.
Oruclu ikən dişləri yumaq olarmı?

va aleykum salam varahmatullahi va barakatuhu.
Bəli oruclu ikən dişləri yumaq olar.
Onsuzda hər dəfə dəstamaz alanda ağızı yumaq vaciblərdəndir.Bundan başqa diş fırçası ilədə oruclu ikən dişləri yumaq olar.
Peyğəmbərimiz(sav) oruclu ikən çisvakdan istifadə edərdi.Buna görədə dişləri fırça ilədə yumaq olar.
Orucdam məqsəd o deyil ki,uüsəlan natəmiz gəzsin.İslam dini təmizliyə çox önəm vermişdir. Ardı »

RamazanRAMAZAN AYININ SON 10 GÜNÜ

[color=#9690ea]Bismilləhir-Rəhmanir-Rəhim


Həmd olsun aləmlərin Rəbbi və bizə Ramazan ayında oruc tutmağı nəsib edən Allaha.
Salat və salam olsun Onun Rəsuluna (s.a.s), eləcə də Rəsulullahın ailəsinə, yaxınlarına və səhabələrinə.

Əziz və hörmətli müsəlmanlar, dəyərli oxucularımız! Ramazan ayının son 10 günü Ramazan ayının ən əsas və ən əhəmiyyətli günləri sayılır. Necəki Ramazan ayında müsəlmanlar ibadətlərini və xeyir əməllərini başqa aylara nisbətən artırırlar, Ramazan ayının da son 10 günündə müsəlmanlar, Ramazan ayının əvvəlinə nisbətən ibadətlərini daha da gücləndirməlidirlər.
Möminlərin anası Aişədən (r.a) rəvayət olunurki: "Ramazan ayının son 10 günü daxil olarkən, Rəsulullah əyninə geydiyi paltarı bərk sıxardı (bir işə ciddi başlamağa və qadınlara yaxın durmamağa kinayədir), gecələri yaşadardı Ardı »

RamazanQƏDR GECƏSİNİN ƏMƏLLƏRİ

Hər şeydən əvvəl Qədr gecəsində (gecələrində) yatmayıb oyaq qalmaq hədislərdə tövsiyə edilib. Buna ərəb dilində "ehya" deyirlər (xalq arasında Qədr gecələrini "ehya gecələri" adlandırırlar). Amma sadəcə olaraq yatmayıb oyaq qalmaqla iş bitmir. Bu gecəni ibadətlə, dua ilə, Allahın böyüklüyü, əzəməti və qüdrəti barədə düşünməklə, savab işlər görməklə keçirmək əsas şərtdir. Qədr gecələrində istənilən cür ibadət etmək, istənilən qədər namaz qılmaq və dua oxumaq olar. Hər kəs bacarığına və istəyinə uyğun olaraq öz ibadət proqramını təşkil etməkdə azaddır.
Peyğəmbər Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. 23-cü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, ehya saxlasınlar; yuxulu olanların üzünə su çiləyərdi.
Qədr gecələrində yerinə yetirilməsi Ardı »