Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RamazanOrucu açarkən üstünlük verməyə görə savab yazılırmı?

Sual 127: Buna (yaş xurma, olmazsa quru xurma, olmazsa su) üstünlük verməyə görə savab yazılırmı?

Cavab: Kimi bunu Peyğəmbərə sallallahu aleyhi və səlləm itaət etmək üçün edərsə-mübah işlərdən olsa da-buna görə savab yazılır. Çünki mübah olan şeylər savabını Allahdan umaraq yerinə yetirilirsə bunu edən kəsə buna görə savab yazılır.
Buna görədir ki, alimlər belə demişlər: “Adətlər gözəl bir niyyətlə ibadət halını alır”.
İbn Cibrin, Fətəvə əs-Siyam, səh.15 Ardı »

RamazanRamazan ayına hazırlaşmaq

Hörmətli müsəlmanlar, əminəm ki, Allaha təslim olub, iman edənlər məni təsdiq edərlər ki, biz çox hallarda bəzi məclislərdə oturanda bizə sıxıntı gəlir. Bu məclislər içki məclisləri, siqaret çəkilən yerlər, Allahın zikr olunmadığı yerlər, nərd, damino, şahmat və s. kimi boş vaxt keçirilən yerlərdir ki, bu yerlərdə olduğumuz zaman bizə böyük sıxıntı və darıxma gəlir.

Əslində bu cür yerlərin xoşa gəlməyən yerlər olmasını bilməyimiz uca Allahın bizə olan ən böyük nemətlərindən biridir. Çünki çoxlu insanlar ömürlərini bu cür yerlərdə zay edirlər. Ancaq onlar ya bilərəkdən, ya da bilməyərəkdən bu cür yerlərdə olmaqla özlərinin vaxtlarını səmərəli hesab edirlər. İnanın bu cür yerlərdə ancaq Ardı »

RamazanRAMAZANA DAİR TİBBİ MƏSLƏHƏTLƏR

Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Allahın xeyir bərəkəti və salamı peyğəmbərlərin və rəsulların ən əfzəli Muhəmmədə sallallahu aleyhi və səlləm olsun.
Bu məqaləni tərcümə etməkdən məqsədimiz aləmlər üçün rəhmət olaraq göndərilən son nəbi Rəsulullahın sallallahu aleyhi və səlləm ümmətinə müraciət edərək ifadə etdiyi: “Asanlaşdırın, çətinləşdirməyin” hədisinə müvafiq olaraq tez-tez xəstələnən, oruc tutmaqda çətinlik çəkən qardaşlarımıza bu mübarək Ramazan ayında oruclarını yaxşı, rahat tutmağa az da olsa kömək etmək və asanlaşdırmaqdır. Çünki, Ramazan orucundan əsas məqsəd TƏQVA sifətini qazanmaqdır. Aşağıda qeyd olunan problemlərin aradan qalxmasına səbəb olursaq, ümid edirik ki, bunlar TƏK İBADƏTƏ HAQQI OLAN UCA RƏBBİMİZİN qullarına oruc tutmağı əmr Ardı »

RamazanRAMAZAN AYINDA TƏNBƏLLİYİMİZİN QARŞISINI ALAQ!

[color=#f82e00]Bismilləhir-Rəhmanir-Rəhim


Həmd və səna olsun aləmlərin Rəbbi olan Allaha, salat və salam olsun Onun Rəsulu Muhəmmədə (s.a.s), eləcə də Onun (s.a.s) qohumlarına, yaxınlarına və səhabələrinə.

Əziz və hörmətli müsəlmanlar, dəyərli oxucularımız! Dönə-dönə sizə yenə də xatırladırık ki, Ramazan ayı müsəlmanlar üçün Allahdan olan çox böyük nemətdir. Kimlərsə Ramazana 2-3 gün qalmış dünyasını dəyişdi, kimlərsə Ramazan girən kimi, kimlərsə bir neçə gündən sonra. Sən bunu oxuyursan və sən hələ sağsan, bu nemət sənə də nəsib olub.

Əziz müsəlmanlar! Allahu Təalanın nemətlərini dərk etmək və onları bir-bir sayıb dəyərləndirmək insana yenidən qüvvət verə bilər, insanın daxilində yenidən bir həvəs oyada bilər. Biz Allaha əhd vermişik ki, Ardı »

RamazanOruclu olarkən bəlğəm və burun suyunun udulması

Sual- Oruc tutana bəlğəm və ya burundan çıxan suyu udmağın hökmü nədir?
Cavab-Bəlğəm və ya burundan çıxan su ağıza çatmayıbsa yekdil olaraq orucu pozmur. Amma ağıza çatandan sonra udubsa bu haqda iki rəy vardır.
a. Bəzi alimlər deyirlər ki, belə halda oruc pozulur. Onlar bunu yemək-içməyə bənzədərək belə deyirlər.
b. Başqa alimlər isə deyirlər ki, belə hal orucu batil etmir. Bu alimlər isə bunu ağız suyuna bənzədərək belə deyirlər.
Çünki ağız suyunu ağzında cəm edib udarsa bu orucu batil etmir. Amma alimlər ixtilaf etdikdə bizim istinadımız Allahın kitabı və Peyğəmbərin ona Allahın salavatı və salamı olsun sünnəsi olmalıdır. Həmçinin biz bir işin ibadəti pozmasında şəkk Ardı »

RamazanOruclu halda ikən ağızda qalan yemək qırıntılarını udmaq

Sual: Oruc tutan insanın dişlərinin arasında yemək qırıntıları qalırsa və oruc tutan bunları udarsa bu orucu pozurmu?

Cavab: Həmd Allaha məxsusdur.

Əgər oruc tutan insan səhər durduqda dişlərinin arasında yemək qırıntılarının olduğunu hiss edərsə bunun onun orucuna təsiri yoxdur. Lakin bu yemək qırıntılarını yüngülcə tüpürərək bunları dişlərindən təmizləməlidir. Yemək qırıntılarını udmadığı müddətcə bunların onun orucuna təsiri yoxdur. Dişlərinin arasında qalan yemək qırıntılarını bilərəkdən udarsa bu onun orucunu pozur. Lakin bu barədə dini hökmü bilmədiyindən və yaxud unutqanlıqdan udarsa orucuna təsiri yoxdur. Müsəlman bir kəs yeməkdən sonra ağız və dişlərinin təmizliyinə fikir verməlidir, istər oruclu halda olsun, istər digər vaxtlarda. Çünki təmizlik Ardı »

RamazanMen atami niyyet edib onun evezine hecc ziyaretine gede bilerem?

sual-
Salam.Esitmisem ki,boyuk ogul atanin evezine ibadet ede biler.Atam nece
illerdir ki,namaz qilir.Amma indi sehheti ona imkan vermir ki,hecce
getsin.Men atami niyyet edib onun evezine ziyarete gede bilerem?Onda atama
"heci"demeliyem?Xatirladim ki,meni momin bir qardasimiz gonderir.Allah
xetrine cavab yazin.Ulu tanri sizden ve yaxinlarinizdan razi olsun.AMIN

cavab-
va aleykum salam.
Atanızın yerinə həccə gedə bilərsiniz.Amma bir şərtlə ilk öncə öz yerinizə həcc etdikdən sonra. Ardı »

RamazanRamazan Müjdəsi

Ramazanın ilk günü ilə birlikdə nur və fəzilət dolu bir mövsüm yaşamağa başlayırıq. Kainat şənlənir, dünya Cənnətdən süzülən nurani bir hava ilə dolub daşır. Rəhmət ölkəsindən müjdələr, kainatın Rəbbindən salamlar və məğfirət ümidləri gətirir, Ramazan ayı…

Müqəddəs kəlamın nazil olmasını möminlərlə birlikdə cinlər, mələklər, ağacı, çiçəyi, böcəyi, qurdu, quşu, dənizi və dəryasıyla yaşlı dünyamız da qeyd edir. Görünən və görünməyən aləmlərdə tam mənası ilə bir bayram havası yaşanır.
Bu ayın Allah Təala qatında müstəsna bir yeri vardır. Uca Rəbbimiz mömin qullarına sonsuz rəhmətini bəxş edir. Başda Qurani Kərim olmaqla! Tövrat, Zəbur və İncil kimi digər səmavi kitabların da bu ayda endirilməsi, bu günlərin Ardı »