Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Aqil Abbas - "Ölülər"1ci hissə.

1ci hissə.

Həsənqulunun evi. İsgəndərin otağı. Küncdə dəmir çarpayı, qabağında bir miz, üstündə 2-3 kitab, 2 stul. Müəllim Cəlala dərs deyir.

Cəlal: (qabağında kitab, duruxa- duruxa oxuyur) Moy neym Cəlal.

Mirzə Hüseyn: (ucadan) Moy yox, ay tupoy, moy yox!

Moy uruscadı. Urus çezdi ey, day urus yoxdu. Leninlə qurtardıq. İndi day pulun üstə Leninin şəkli yoxdu ey, Vaşinqtonun şəkli var. İndi amerikalı var, indi ingilis var, Çörçill, Elton Con, qandın? May! May!

Cəlal: Qandım müəllim, qandım. May!

Mirzə Hüseyn: Di bir də oxu.

Cəlal: May nəyim

Mirzə Hüseyn: Nəyim nədi, ə? Yox bir bəyim! Neym! Neym! Oxu!

Cəlal: May neym iz Cəlal.

Mirzə Hüseyn: Ay maşallah

(Bu vaxt bir nəfər girir içəri, tövşüyə-tövşüyə.)

Kişi: Ardı »

Aqil Abbas - "Ölülər"5ci hissə.

5ci hissə.

(Pərdə)

Məşədi Oruc: (Əlində "Ədalət" qəzeti ləhləyə-ləhləyə girir içəri və ucadan soruşur) Hanı Həsənqulu əmi? (onun dalınca Baxşəli, Hacı Kazım, Mir Bağır ağa, Heydər müəllim və başqaları girirlər içəri, otağa sığışmadıqlarından açıq qapının arxasında qalırlar. Həsənqulu girir içəri, təəccüblə camaata baxır və üzünü onlara tutub soruşur)

Həsənqulu: Nədir ə? Nə vay-noysə salmısız? Nə xəbərdi? Ermənilər yenə əsgərimizi vurublar?

Məşədi Oruc: Əşi onsuz da hər gün bir-iki əsgərimizi vururlar, belə olsaydı dərd yarıydı.

Həsənqulu: Yoxsa müharibəni yenidən başladılar?

Məşədi Oruc: Müharibəni başlasaydılar nə dərdimiz vardı, basıb gözlərini çıxarıb İrəvanadək qovardıq.

Həsənqulu: Ə, bəs nə olub?

Məşədi Oruc: (kövrələ-kövrələ) Həsənqulu əmi, İtqapanın qaytarılması söhbəti yalandı. (İsgəndər şaqqanaq çəkib gülür və Ardı »

Aqil Abbas - "Ölülər"4cü hissə.

4cü hissə.

Həsənqulu: Atət-ə qanımız fəda. Atət-in hökmünə, kəramətinə inanmayan kafirdir!

Hamı: (Bir ağızdan) Kafirdir!

Təsye: Məgər eşitməmisiz ki, Atət olan yerdə sülh var, əmin-amanlıq var, demokratiya var. Bax, İraqda, Əfqanıstanda demokratiyanı, əmin-amanlığı bizlər yaratdıq. Atət olan yerdə kimsə kimsənin toyuğuna nəinki daş ata bilməz, heç kiş də deyə bilməz! Avropanın istəyi nədir?

Hamı: (Bir ağızdan) Nədir?

Təsye: Avropanın istəyi odur ki, siz qansız-qadasız yaşayasız, xoşbəxt yaşayasız. Avropalılar kimi yaşayasız!

Bir cavan: Cənab Təsye, bu düzdürmü ki, Avropada kişi kişi ilə evlənə bilər, mavilər böyük vəzifələrə təyin edilə bilər.

əli bəy muəllim: Ə, tərbiyəsiz-tərbiyəsiz danışma. Kişi Parisdə ev-eşiyini, arvad-uşağını buraxıb bizdən ötrü düşüb çöllərə. Sən də ağzına gələni danışırsan, Ardı »

Aqil Abbas - "Ölülər"2ci hissə.

2ci hissə.

Həsənqulu: Arvadsan, arvad işinə qarış. Görunur kişilər belə məsləhət biliblər. Mən çıxım görüm nə hazırlıq görürük.

Fatmanisə: (əllərini göyə qaldırıb) Ey yeri-göyü yox yerdən var eləyən Allah, məni neçə ildi ağlar qoymusan, ciyərimə dağ basmısan! Ay rəhim Atət -Allah bizə kömək olmadı, mən şəhərimizi səndən istəyirəm (ağlayır. İsgəndər girir içəri. Gəlib durur anasının yanında, anasının başını bağrına basır).

İsgəndər: Yazıq ana!

(Həsənqulunun evi. Fatmanisə və qızı Nazlı, qonşusu Zeynəb evi səliqəyə salırlar)

Nazlı: (sevinclə anasına) Ana, başına dönüm, ana, qadan alım! Ana, deyirlər bu gələn qonağımız İtqapanı qaytarıb! Qadan alım ay ana, bu doğrudu? (anasın qucaqlayır).

Fatmanisə: Ay qız, mən nə bilim?! Mən də sənin kimi. Ardı »

Aqil Abbas - "Ölülər"3cü hissə.

3cü hissə.

Əli bəy muəllim: Niyə televizora baxmırsan, qəzet oxumursan. Bilmirsən fransızların cücə-plovu qurbağadı. Tez uşaqları göndər beş-on qurbağa tapıb gətirsinlər, bizi kişinin yanında pərt eləməsinlər. Amma qurbağalar bir az canlı olsunlar.

Həsənqulu: Ə, qurbağadan çox qurbağa var ey, amma onu kim bişirəcək.

əli bəy muəllim: Əşi köməkçisi var, o bişirər. Sən uşaqları göndər.

Həsənqulu: Ay uşaq, ordanCəlalı çağırın.

(Cəlal gəlir)

Həsənqulu: Ə, qaç gölməçəyə, bir vedrə qurbağa tut gətir.

Cəlal: Ata, vallah mən qurbağadan iyrənirəm.

Həsənqulu: Axmaq-axmaq danışma, o boyda kişi yol gəlib yorulub, acdı, qurbağa istəyir. Uşaqları da götür, qaçın gölməçəyə.

Cəlal: Ata, vallah uşaqlar da iyrənir. Əlimizə ziyil çıxacaq.

Həsənqulu: Ə, tərpən dedim sənə, tez elə, bir-iki dənə də Ardı »