Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Eyvaz Zeynalovİlk məhəbbət...

İlk məhəbbət...

Ədhəm krantda yaxşı-yaxşı yuyundu. Başını qaldıranda yanında qəşəng bir qızın dayandığını gördü. Nə vaxt gəldiyindən xəbəri olmamışdı.

Baxışları qızın baxışları ilə toqquşan anda kimsə çağırdı:

- Harda qaldın, Rasimə?.. – Qız səsi idi. Həyətin o başından, Zərifə xalagildəndi.
Rasimə üzünü səs gələn tərəfə çevirib:

- Gəlirəm, – dedi və əlindəki çaydanı krantın altına tutdu.

Ədhəm onları tanımırdı. Ağlı kəsəndən Zərifə xalanı o evin altında tək görmüşdü. Lənət şeytana, haçansa o evə bir kişi də girib-çıxardı.

Əl ağacının köməyi ilə azar dəymiş toyuq kimi həyət-bacada sozala-sozala hərlənər, tezcə də yox olardı.

Günlərin birində Zərifə xalanın tükürpədici səsi qonşu-qonumu həyət-baca ilə bir elədi…

Bir səhər də durub gördülər ki, heç kim Ardı »

Eyvaz ZeynalovBorc dəftəri

Borc dəftəri

Əmisinin öldüyünü ikinci gün axşamtərəfi kənddən cib telefonu ilə zəng vurub xəbər verdilər.

Hər gün eşitdiyi ölüm xəbərlərindən biri kimi soyuqqanlı qarşıladı.

Ölüb ölüb də, fikirləşdi, bir gün yaranan bir gün də ölməlidi.

Gündə neçəsi yıxılıb ölür, o da biri. Az-azacıq yaşamayıb, günü-güzaranı da pis keçməyib.

Kaş elə hamı dövranını əmisi kimi sürüb dünyasını dəyişəydi.

Allah rəhmət eləsin!.. İşdən minnət-sünnət icazə almağı, ilin-günün bu vədəsində (qışın oğlan çağıydı) durub Bakıdan basa-basa kəndə yasa getməyi ağlına da gətirmədi...

Əslində ölüm xəbərini soyuq qarşılamağının səbəbi vardı. Əmisini dindirmirdi, uzun müd-dətdi küsülüydülər.

Ürəyi kişidən bərk sınmışdı. Çox da eşidib-bilənlər bu küsülülüyü də, onu doğuran, əsasını qoyan məsələni də adi, əhəmiyyətsiz bir Ardı »

Eyvaz ZeynalovƏli metroda işləyir

Əli metroda işləyir

Yırğalana yırğalana tuneldə sürətlə irəli şütüyən qatar stansiyalarda arabir dayanıb nəfəsini dərir, düşənlər düşür, minənlər minir, təzədən havanı yara-yara qıjıltı ilə yoluna davam edirdi...

Baxışlarım bir qədər aralıdakı Əlidə, qulağım isə mənimlə yanaşı əyləşmiş iki cavan hərbiçidə, gizirdəydi.

- İndiki prizivniklərlə işləmək dəhşətdi. Biri o birinə şikayətlənirdi.

Sırada təpik döyməsin deyə valideynləri pulla hərəsinə bir sürücülük vəsiqəsi alıb ki, şofirdi. Amma nə rolu düz saxlaya, nə də skorusu əməlli dəyişə bilirlər.

Necə deyərlər, adı bunlarındı, dadı bizim, hara gedirik, uyuq kimi yanımızda oturdur, maşını özümüz sürürük...

- Ağzıgöyçəklər də orda burda deyir ki, orduda əsgərləri qazdıyırlar. O biri istehza ilə qımışdı. Qazı qazdıyallar, hələ o yana Ardı »

Eyvaz ZeynalovYad dağlarda

Yad dağlarda

Səhərə qədər yağan qar qaranlığı araya salaraq ətrafda baş verən qanlı çarpışmanın, insan qırğınının izini itirməyə, hər şeyi tələm-tələsik ört-basdır etməyə, malalamağa, necə deyərlər, gecənin üzünü ağartmağa çalışmış, bacarmamışdı. Günəş çıxan kimi atılıb qalmış silahlar, meyitlər orda-burda qaralmağa başlamışdı…
Dünənə qədər bu yüksəklik azəri türklərinin əlindəydi. Axşamtərəfi qəflətən hücuma keçən erməni-rus birləşmələri qanlı vuruşmadan sonra onları geri çəkilməyə məcbur etmişdi…
Qalın geyinib yaraqlanmış bir erməni, iki rus əsgəri döyüş meydanını dolaşır, goreşən kimi meyitlərin üst-başını axtarırdı.
Ruslardan biri əlini şəstlə erməninin kürəyinə vuraraq:
- Sərkis, – dedi, – daha bizdən razısınızmı?..
- Nə mənada?.. – Təkəş-təkəş irəlidə gedən Sərkis bir anlığa ayaq saxladı.
- O mənada ki, Ardı »

Eyvaz ZeynalovAnım..

Anım..

Nabat arvad kol-kosdan hörülüb düzəldilmiş qapının ara-bərəsindən bağ-bağatlı geniş həyət-bacaya xeyli diqqət yetirdi.

Lakin kimsə gözünə dəymədi.

Günün bu vaxtı təkcə adamlar deyil, bütün canlılar günəşin yandırıcı şüalarından daldalanmağa, başını soxmağa sərin yer axtarırdı.

Nabat arvad da küçəyə çıxandan sonra peşiman olmuş, amma yolundan qalmamışdı.

- Ay Fatma qarı, huyy!..

Pələş (uzun qulaqlarına görə belə çağırırdılar) əvvəl nagümana bir ağız ərincək-ərincək hürdü.

Handan-hana tut ağacının (evin qabağındaydı) dibindəki köhnə taxtın altından çıxdı, silkinib döyükə-döyükə ətrafı dinşədi, sonra quyruğunu qısaraq ləhliyə-ləhliyə candərdi dоqqaza yaxınlaşdı.

Nabat arvadı görəndə axmaq-axmaq səsini başına atdı.

- Ham, hamm!..

- Pələş, Pələş, məni tanımadın?.. - Guya dil qanırdı.

It öz işində, yalandan yava-yava hürməyindəydi.

Sanki deyirdi, ayda-ildə bir Ardı »

Eyvaz ZeynalovXəstəlik..

Xəstəlik..

Səhərin gözü açılmamış arvadımın ağzı açıldı:

- Dur, a kişi, dur get çörək al.

- Axşam çörək təknəsində bir çörəyimiz vardı axı, ay arvad! Özcə gözlərimlə görmüşdüm.

- İndicə qonşumuz Xalidə istədi, verdim ona.

- Niyə demirdin, yoxdu, elə bircə dənədi?

- Eh, a kişi, eşitməmisən, istəyənin bir üzü qara, verməyənin iki üzü də qara, deyiblər. Xalidəyə “yoxdu” demək olar?

- Niyə olmur? Xalidə göydən yenib? Allahın bacısı qızıdı?..

- Göydən-zaddan yenməyib. Nə də Allahın bacısı qızıdı. Amma Xalidə Xalidədi də, a kişi. Özü qapısına diləyə gələnin heç hansını əliboş, naümid geri qaytarmır axı. Görərsən bir gün bizim də ona işimiz düşər.

- Düşməz! - Hirslə dedim. - Mənim Ardı »

Eyvaz ZeynalovDoğum evinin işıqları

Doğum evinin işıqları

Elmar yuxudan ayılan kimi saata baxdı. Səkkizdi.

Həftənin beş günü gecə yatmamışdan qabaq öz əliynən “qulağını burduğu” zəngli saat hər səhər altıda (zavоdda işləyirdi) yuxusuna haram qatır, оna divan eşirdi.

Di gəl səbirsizliklə gözlədiyi, yatmadıqlarının əvəzini çıxmaq istədiyi istirahət günlərində (şənbə-bazar) bütöv bir gecədən şirin, dadlı saydığı sübh yuxusunu dоyunca yata bilmirdi…

Dünəndən qaynı Mahirlə şərtləşmişdilər ki, qar yağsa, bu dəfəki istirahət günlərini оvda keçirəcəklər…

Sağ yanı üstə, arvadına sarı çöndü. Aynurə sоyuqdan yоrğanın altında büzüşərək yumağa dönmüşdü. Оtağı salyarka peçiynən qızdırırdılar.

Оnu da bütün gecəni nəzarətsiz, yana-yana qоyub yatmaq təhlükəliydi. Оdu ki, yatanda peçi söndürürdülər, səhərə qədər içəri buza dönürdü…

Əyninə bir şey almadan, yalınca ayağa Ardı »

Eyvaz ZeynalovBayram payı

Bayram payı

Toran qarışmışdı. Uşaqlar bayram tonqalının ətrafına yığılmışdılar. Çalıb-oynayır, oxuyur, hay-harayla ton­qa­­­­lın üstündən tullanır, şənlənirdilər.

Vaqif Mehdini kənara çəkib dedi:

- Papaq atmağa gedək?

- Gedək.

- Torba götürmək yadından çıxmayıb? - Vaqif soruşdu.

- Yox, götürmüşəm. - Göstərdi. Cibindəydi.

Onlar hələ neçə gün bundan qabaq şərtləşmişdilər ki, çərşənbə axşamı, torbaatdı günü bir­lik­­­­də torba ata­caqlar.

Daha doğrusu, papaq. Mehdinin götürdüyü yekə tor­ba­­ya evlərdə pa­paq­­la­rı­­na qoyulanları yığacaqdılar. Axırda da hamısını dədə malı kimi tən yarı böləcəkdilər.

Vaqiflə Mehdinin yaşadığı ərazidə nə az, nə çox, düz altı dənə beşmərtəbəli bina vardı.

Uşaqların papaq atdıqları birinci il deyildi. Keçən bayramda xüsusi təcrübə qazanmışdılar. Hər evə papaq atmırdılar.

Mənzilləri qapılarına görə qaralayır, dəyərləndirirdilər. Kör-köhnə, sı­nıq-salxaq, taxta Ardı »