Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Nazilə GültacÇovğun

Çovğun

Bu gün o çox narahat görünürdü.Tənhalıq və o illərin yorğunluğu ağır qurğuşun tək sanki çiyinlərindən asılmışdı. Otaq bumbuz idi. Yatağından qalxmaq istədi Elə bil vücudu çarpayıya yapışmışdı. Bayaqdan bəri telefonun zəngi otağı başına götürmüşdü. Bu səs bir anlığa ona orta məktəb illərindəki tənəffüs zəngini xatırlatdı..
Məktəb illəri, tələbəlik. İllər boyu arzusunda olduğu həkimlik peşəsi.Minlərlə xəstələrə şəfa verən titrək və yorğun əllərinə baxıb köks ötürdü. Yenə də keçmişi pərdə-pərdə gözləri önündə canlandı.
Gecə növbəsi. Günortadan yağan qar səngimək bilmirdi. Hər tərəf ağappaq , sanki ağ tənziflə sarınmışdı.Dənizdən qalxan külək qar dənələrinin yerə enməsini əngəlləyərək divarlara çırpırdı. Küçələrdə arabir şütüyən maşınların fənərləri asfaltın üstünə yapışıb Ardı »

Nazilə GültacQan...

Qan...

İş saatı çoxdan qurtarmışdı. Gülayə isə hələ evə getməyə tələsmirdi. Son günlər oğlunun evdəki dözülməz münasibəti onu çox pərişan etmişdi.

Xalatını soyunub, şkafdan asdı. Ağır addımlarla xəstəxanadan çıxarkən dəhlizdə gecə növbəsində çalışan Akif həkimlə qarşılaşdı.

Həkim onunla salamlaşanda Gülayənin rənginin avazımasından halının yaxşı olmadığını yəqin etdi.

Axır vaxtlar onun fikirli, qayğılı hərlənməsi iş yoldaşlarının diqqətindən yayınmırdı.

Gülayədən nə baş verdiyini soruşsalar da, o, heç nə olmayıb, - deyərək, həqiqəti gizlədirdi.

Xəlvət bir yerə çəkilib için – için ağlayırdı. Axı, onlara nə deyəydi?

Oğlu Famil əsgəri xidmətdən qayıtdıqdan sonra bir müddət işsiz qalsa da, axır ki, dülgər yanında işə başlamışdı. O, işdən gələn kimi yeməyini yeyib , dərhal Ardı »