Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Rafiq TağıQatilə didaktika dərsləri

Qatilə didaktika dərsləri

Bizim doqquzmərtəbənin görüm dairəsində yastı-yapalaq gecəqondular var. Sahibləri özlərindən hündür bu gecəqonduların qabağında - kiçik süfrə kimi həyətləri. Hər həyətin də diz gözü bərabəri - şiferdən-taxtadan çəpərləri. Burdakı ailələr siyahıyaalmada barmaqsayı simvolik çəpərlərlə hesablana bilər.

Soldan dördüncü, sağdan beşinci gecəqondunun sakinləri səliqə-sahmanlıdır – evi əhatələyən al-əlvan güllər çəpərə paralel yarımçevrə yenilik şəklində nəzərə çarpır. Həyət - büsbütün çəmənlik; yaz ağzı novruzgülülərdən ona rəng qatılır. Gündüzləri kim ordan keçsə, yaşıl fonda hökmən 3 ağ qaz görəcək. Bağça uşaqları, hətta ibtidai sinif şagirdləri də, bu həyətdəki rənglərlə tutuşdurub, özlərinə karandaş seçə bilər. Qazlar çəmənlərdən hey qırpır, adam görəndə də qaqqıldaşırlar. Yad görməyə gözləri yoxdu.

Sağ-sol Ardı »

Rafiq TağıMeqapolis qonağı

Meqapolis qonağı

Rübabə xala oğlugilə ildə iki dəfə - Novruzla Ramazanda gəlir. Ramazan hərlənib-fırlanıb Novruzla üst-üstə düşəndə, bu “iki” “bir” olacaq, deyir.

Çətini ölənəcəndi.

Panel doqquzmərtəbəmizdə onun gəlişi bizdən üstdə çöl qapının şaqqıltıyla açılıb, külək vururmuş kimi, zərblə örtülməsindən bilinir.

Onun törətdiyi şaquli zəlzələlərdən divarlarımızdakı qurumuş rənglər qopub tökülər.

Hər səhər yoldaşım döşəmədən ovuc-ovuc boz-yaşıl qırıntılar yığacaq.

Rübabə xalanın gəlişi həm də eyvanlarının qabağında əksəri ağ, nədənsə, biri göy olan, iplərdən sallanan gen darbalaqlardan bəlli.

Təzə yuyulanda, bu motala bənzər darbalaqlardan həyətə enli “yağışlar” yağar. Aşağıdakı, göydələnə oxşar binamıza heç cür yaraşmayan nazik, düzbucaqlı torpaq kəsiyində, darbalaq “yağış”larından tala-tala çəmənlər bitər. Çəmənləri qonşu gecəqondulardan gəlmiş sarı-sarı cücələr qırpar.

İndiyəcən mən Ardı »

Rafiq TağıAtam və heykəllər

Atam və heykəllər

Bakıya səfərlərimiz ancaq tətildən-tətilə olurdu. Vağzaldan tutmuş, qarşımıza çıxan mağazaların hamısına dəyər, ancaq hələ bir şey götürməzdik. Atam tələskənlik etməz, pulu “indidən korlamazdı”. Özlüyündə hansı mağazadasa yaxşı (yəni ucuz, möhkəm) bir şeyi nişanlayar, hər yeri fırlanıb, ondan da yaxşısını (yəni lap ucuz, lap möhkəm) tapmayanda, təzədən dönərdik həminkinə.

Onda aldığımız təzə şalvarların, köynəklərin qoxusu indiyəcən xatirimdədir.

Həyatda nə sevinc gördümsə, elə o vaxt gördüm.

Atam təsadüfən həndəvərindən ötdüyümüz heykəlləri göstərib deyərdi:

- Bax, adam budur ha! Yoxsa Əlikramla Fərrux da adamıq deyirlər.

Əlikramla Fərrux atamın mərtəbə-mərtəbə müdirləri idi.

Mən də heykələ altdan yuxarı zənlə baxar, tanımadığımı ondan soruşardım:

- Kiminkidir bu?

Hərdən atam özü də heykəlin kimliyini dolaşdırır.

- Get Ardı »

Rafiq TağıLazım gələndə əsgər olanlar

Lazım gələndə əsgər olanlar

Ev tikirlər.
Axşamçağılar mənim evə dönməyim onların işinin axırına düşür. Pivə köşkü – arı pətəyi: çiyinləşir, “yoptuvaymat”laşırlar. Xoşuma gəlir bu.

Nə qədər də fikrli olam, ordan keçəndə ürəyim açılır.
İçlərindəki arıq-uruq, sısqa qadınlar belə kombinezonda gonbul görsənərlər.

Maaş günləri – bayramlarıdır. Onda kişilər qadınları dadlı-ləzzətli şeylərə qonaq edəcək. Yayınkı da nədir – dondurma; ancaq elə qışınkı da.

Burda öpüşmə-zad qısqanclıq səbəbi deyil.

Hərdən “kollektiv surətdə” teatra getmələri var; bunun üçün neçə həftə qabaqdan atışırlar. Şərtləşdikləri yer də həmişə metronun ağzı olur. Onda onları güclə tanıyarsan: bəh, təzə kostyumlarda, yaraşıqlı donlarda…

“İş yerimiz göyün altı, yerin üstüdür”.

Yağışlarda doluşarlar binaların girəcəyinə. Havanın açılmağını gözləyər, göyə baxa-baxa qalarlar.

Qardan qorxmazlar.

Qarlar vaxtı inşaat Ardı »

Rafiq TağıOt tayası ili

Ot tayası ili

Uşаqlıqdа çох əziyyət çəkənlər görmüşəm ki, ölməyib qаlаnı indi də çəkir. Əziyyəti əvvəl görən elə ахırаcаn görür.

Оt yığımı vахtı Bilаl kişiylə qоnşu düşəndə, аtаm оnu, yа о, аtаmı, səkçədə gətirdikləri bumbuz suyа, yа nаnəli аyrаnа qоnаq еdərdilər.

Ətrаfdа qаdın хеylаğı gözə dəymədisə, qurşаğаcаn sоyunаn bu kişinin qıvrım əzələlər оynаşаn bədəni suyu, yа аyrаnı tоrpаq çаtı kimi sümürərək özünə çəkərdi. Аyıb оlmаsın, bu bədənin sаyəsində bеş-аltı uşаq dünyаyа gəlmişdi.

Həyətindəki sаyаgəlməz mаl-dаvаr dа оnun gücünə hаmınınkındаn “uzunömürlü”ydü.

Dünyаsındа о nə bir inək, nə cаmış sаtаr, öldürəsən, nə dаnа, nə bir qоç kəsərdi. Hətta Qurbаn bаyrаmlаrındа dа.

Bəzi qarayaxalar daldada adını “kafir” çağırırdısa da, o, fəxrlə dеyərdi: Ardı »