Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani KerimMəryəm surəsi

.19.
Məryəm surəsi
(Məkkədə nazil olmuşdur, 98 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Kaf, Ha, Ya, Eyn, Sad!
2.(Ya Rəsulum!) Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır!
3.(Zəkəriyya) Rəbbinə gizlicə dua edib yalvardığı zaman
4.Belə demişdi: “Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. (Nə dua etmişəmsə, qəbul olunmuşdur).
5.Mən özümdən sonra gələn qohum-əqrəbamdan (yerimə keçəcək əmioğlularımın və digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki,
6.O həm mənə, həm də Yəqub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də Ardı »

Qurani Kerim48. Əl-Fəth (Fəth) surəsi

48. Əl-Fəth (Fəth) surəsi

1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatının başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik!

2. Allah (bununla) sənin əvvəlki sə sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!

3. Allah sənə yenilməz qələbə verəcəkdir!

4. Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından) arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur. Göylərdəki və yerdəki ordular (mələklər, cinlər, insanlar, heyvanlar, ildırım, qasırğa, fırtına, sel, zəlzələ, ayın tutulması, günəşin batması və i. a.) Allahın ixtiyarındadır (Allah istədiyindən onlar vasitəsilə intiqam alar) Allah (hər Ardı »

Qurani Kerim23. Əl-Muminun (Möminlər) surəsi

23. Əl-Muminun (Möminlər) surəsi

1. Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)

2. O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)

3. O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər.

4. O kəslər ki, zakat verərlər.

5. O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar.

6. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.

7. Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).

8. O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər).

9. Ardı »

Qurani Kerim5. Əl-Maidə (Süfrə) surəsi

5. Əl-Maidə (Süfrə) surəsi

1. Ey iman gətirənlər! Əhdlərə sadiq olun. İhramda olarkən ov sizə qadağan edilməklə, (aşağıda) adları çəkiləcək heyvanlar müstəsna olaraq, qalanları sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyini hökm edər!

2. Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqədə, zülhiccə və məhərrəm aylarına), (Kəbəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! [Onlara qarşı nalayiq işlər görməyi özünüzə halal (rəva) bilməyin!] İhramdan çıxdığınız zaman (istəsəniz) ov edin. (Vaxtilə) sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz Ardı »

Qurani Keriməl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi

.112.
əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi1
(Məkkədə nazil olmuşdur, 4 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);
2.Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O əzəlidir, əbədidir!)
3.O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)
4.Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” Ardı »

Qurani Keriməl-Hədid (Dəmir) surəsi

.57.
əl-Hədid (Dəmir) surəsi
(Mədinədə nazil olmuşdur, 29 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
2.Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!
3.Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir).
4.Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da Ardı »

Qurani Keriməl-Muzzəmmil (Örtünüb bürünən) surəsi

.73.
əl-Muzzəmmil (Örtünüb bürünən) surəsi
(Məkkədə nazil olmuşdur, 20 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)!
2.Gecə -az bir hissəsi istisna olmaqla2- qalxıb namaz qıl!
3.(Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az;
4.Və ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir hissəsindən az, üçdə ikisindən çox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla (ağır-ağır) Quran oxu3!
5.Həqiqətən, Biz sənə (məsuliyyəti) ağır bir kəlam (Quran) vəhy edəcəyik.
6.Şübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz demək (Quran oxumaq, dua etmək) daha münasibdir!
7.Çünki gündüz (ya Peyğəmbər!) sənin Ardı »

Qurani Keriməl-Furqan (Fərqləndirmə) surəsi

.25.
əl-Furqan (Fərqləndirmə) surəsi
(Məkkədə nazil olmuşdur, 77 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)
2.O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.
3.(Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və Ardı »