Qurani Kerim → 91. Əş-Şəms (Günəş) surəsi
1. And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta).
2. And olsun (günəşin) ardınca çıxan aya.
3. And olsun onu (günəşi) parlaq edən gündüzə.
4. And olsun onu (günəşi) örtən gecəyə.
5. And olsun göyə və onu yaradana.
6. And olsun yerə və onu döşəyənə.
7. And olsun nəfsə və onu yaradana (ona biçim verənə).
8. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,
9. Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!
10. Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.
11. Səmud (qövmü) azğınlığı üzündən (Saleh peyğəmbəri) təkzib etmişdi.
12. Onların ən rəzili (Allahın bir möcüzəsi olaraq qayanın içindən çıxartdığı dəvəni öldürməyə) qalxdığı zaman
13. Allahın peyğəmbəri onlara Ardı »