Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanlı sülalələrƏfşarlar İmperiyası

Əfşarlar İmperiyası (1736-1747) — Səfəvilər dövləti dağıldıqdan sonra meydana gəldi. Nadir şah Əfşar dövlətin banisi oldu. Səfəvilərin itirilmiş nüfuzu və torpaqları birləşdirmək qüdrətləri qalmadığına görə Nadir Şah "Əfşarlar" dövləti adı altında yeni dövlət qurdu və itirilmiş əraziləri geri qaytardı. Ardı »

Azərbaycanlı sülalələrAlmaqulağı döyüşü

21 iyun 1503-cü ildə Səfəvilər dövləti və Ağqoyunlu dövləti arasında baş verən döyüş. Bu döyüşdən sonra Ağqoyunluların ikinci qolu süqut etdi.

1503-cü ilin yazında I Şah İsmayıl Qənbər ağa adlı müridini məktubla Muradın yanına göndəri, ondan itaət etməsini tələb etdi. Səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini xatırladan qızılbaş rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə İraqi Əcəmin bir hissəsini Murada təklif edirdi. Muradın cavabı mənfi oldu.[1][2] Belə olduqda İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçdi və cənuba – Həmədana doğru hərəkət etdi. Murad 70 min nəfərlik böyük qoşun topladı.[3]

I Şah İsmayıl tərəfindən Xüləfa bəy və Mənsur bəy Qıpçaği irəlidə hərəkət etmək üçün başçı Ardı »

Azərbaycanlı sülalələrXurşid xanım Qovanlı-Qacar

Həyatı[redaktə]
Zəri xanım Bəhmən mirzə qızı Şuşa şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi görmüşdü. Xurşid хаnım Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov (Səfərəli bəy Vəlibəyovla) dünyа еvinə girmişdi.Nigar xanım Vəlibəyova, Sürəyya xanım Vəlibəyova аdlı qızlаrı vаrdı. Ardı »

Azərbaycanlı sülalələrƏfşar hökmdarları

Əfşarlar (Avşarlar) sülaləsinin Qırxlı qoluna aiddirlər.

Nadir şah (1736-1747)
Adil şah (1747-1748)
İbrahim şah (1748-1748)
Şahrux şah (1748-1749 (1796))
II Nadir şah (1797-1803) Ardı »

Azərbaycanlı sülalələrGilzayların qiyamı

Herat vilayətində abdali tayfası mühitində qarşıdurmalar davam edən müddətdə, ölkənin mərkəzində vəziyət köklü surətdə dəyişdi 1722-ci ildə qilzaylar İsfahanı və Səfəvi taxtını aldılar. Paytaxt süqut edəndən sonra şah Sultan Hüseynin oğullarından biri Təhmasib də özünü şah elan etdi və bütün narazıları öz ətrafında yığmağa başladı. O Mazandaranı öz əsas bazası etdi. Əfşar tayfasından olan gənc və çox enerjili sərkərdə Nadir ona qoşuldu. Qısa müddət ərzində 1726-cı ilin dekabrında Nadir Məşhədi tutdu. Buranın hakimi Məlik Mahmud Sistani əvvəlcə sürgün , sonra isə edam edildi. Ardı »

Azərbaycanlı sülalələrŞah Məhəmməd Xudabəndə hakimiyyətinin son dövrü və I Şah Abbasın hakimiyyətə gətirilməsi

XVI əsrin son rübündə Şah İsmayılın yaratdığı və Osmanlı imperiyasının sərhədlərindən Hindistana qədər uzanan böyük Səfəvi dövləti ağır böhran içində idi. Taxt-tac kor, iradəsiz və zəif xarakterli Şah Məhəmməd Xudabəndənin əlində idi. Dövlətə faktiki rəhbərliyi onun arvadı Məhdi Ülya ləqəbli Xeyransa bəyim və oğlu, osmanlılar üzərində bir sıra parlaq qələbələr qazanmış bacarıqlı sərkərdə Həmzə Mirzə edirlər. Onlar demək olar ki, tam müstəqil olan və bir-birləri ilə daima qanlı düşmənçilik yeridən əmirlərin – qızılbaş tayfaları başçılarının üzərində özlərinin mərkəzi idarəçiliklərini qurmaq üçün uğursuz siyasət yeridirlər.

Xəzinə talanmış, xalq soyulmuşdu. Ölkədə vəziyyətin ağırlığından istifadə edən Osmanlı imperiyası və Krım tatarları tez-tez Şirvan və Azərbaycan Ardı »

Azərbaycanlı sülalələrBəhram Mirzə Səfəvi - Ailəsi

İmadəddin Şirvaninin bacısı Zeynəbsultan xanım ilə evlənmişdir. Övladları:

Sultan Həsən mirzə Səfəvi - gənc vaxtı öldü.
Sultan Hüseyn mirzə Səfəvi - Sistan, Qəndəhar, Zəmindəvar hakimi.
Sultan İbrahim mirzə Səfəvi - Məşhəd, Ərdəbil, Qain hakimi.
Sultan Bədiüzzaman mirzə Səfəvi - Sistan hakimi.
İrsi[redaktə]
Bəhram Mirzə musiqiçi, şair, xəttat və rəssam idi. Rüstəm əl-Xorasani kimi rəssamlara sarayında yer vermişdi. Əsərləri Topqapı Sarayında qorunur. Ardı »

Azərbaycanlı sülalələrAbbas Mirzə

Həyatı[redaktə]
Аbbаs mirzə Fətəli şаh оğlu (аnаsı Аsiyаbəyim хаnım Fətəli хаn qızı Dəvəli) 1788-ci ildə Lаricаn mаhаlının Nəvа qəsəbəsində аnаdаn оlmuşdu. Müкəmməl аilə təlim-tərbiyəsi və təhsili аlmışdı. Аğаməhəmməd şаhın göstərişi ilə vələhd sеçilmişdi. Nаibəssəltənə ləqəbi dаşıyırdı.

Аbbаs mirzə dörd yаşındа iкən bilinməz хəstəliyə tutulmuşdu. Оnun müаlicəsi üçün аtаsının əmisi Аğаməhəmməd şаh ölкənin dörd bir tərəfindən məşhur həкimləri sаrаyа dəvət еtmişdi. Həкimlər оnun хəstəliyinin çаrəsini tаpа bilmədilər. Şаhzаdə idmаn və bədən tərbiyəsinin кöməyi ilə yеniyеtmə yаşındа хəstəliyini dəf еtdi. Аncаq 30 yаşındаn sоnrа əsəbi gərginliк, psiхоlоji durğunluq оnu yеnidən əsкi хəstəliyinə qаytаrdı.

Аbbаs mirzə 1799-cu ildən Cənubi Azərbaycanın, 1831-ci ildən Кеrmаnın və Хоrаsаnın vаlisi оlmuşdu.

Аbbаs Ardı »