Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıQarabağ xanlığı İbrahimxəlil xan dövründə

İbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edirdi. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi. Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı sinfi yaranırdı. Şəhərdə tikinti işləri geniş vüsət almışdı. Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı.

Dövrünün görkəmli şairi olan Molla Pənah Vaqif İbrahimxəlil xanın dəvətini qəbul edərək Qazaxdan Şuşaya gəlir. Şairliklə yanaşı astronomiya və tətbiqi riyaziyyat elmlərini dərindən bilən Vaqif, Qarabağ xanlığının tarixində müdrik dövlət xadimi, uzaqgörən siyasətçi kimi də şərəfli yer tutur. Sarayda xanın 1-ci vəziri vəzifəsini tutan şair xanlığın xarici, daxili Ardı »

Azərbaycan xanlıqlarıHacı Çələbi xan

Hacı Çələbinin xalqın vəkili təyin olunması[redaktə]
Hacı Çələbi xan 1551-ci ildə şəkililərin Səfəvi şahı I Təhmasibə qarşı üsyanına başçılıq etmiş Dərviş Məhəmməd xanın uzaq xələfi idi. Nadir şahın tabeçiliyindən birinci çıxan Hacı Çələbi xan olub, hələ onun sağlığında ikən Şəkinin mustəqilliyini elan etmişdi. Hər şey Nadir şahın Şirvana və Dağıstana qarşı yeritdiyi sərt vergi siyasətindən başlamışdı. Narazılıqlar dalğası uzaq Şəkiyə qədər gəlib çatmışdı.

Nadir şah Əfşar tərəfindən bu vilayəti idarə etmək ucun təyin olunmuş Məlik Nəcəf ağır vergiləri və hədsiz zülmü ilə əhalini özünə qarşı qaldırmışdı. Şəki camaatı onun zülmündən bu vaxt Dərbənddə olan Nadir şaha şikayət edir. Nadir şah Azərbaycanda və Dağıstanda Ardı »

Azərbaycan xanlıqlarıXınalıq mahalı

Xınalıq mahalı — Quba xanlığında mahal.

Quba xanlığı dövrünə aid XVIII yüzilliyin sənədlərində göstərilir ki, Xınalıq mahalının mərkəzi Xınalıq kəndi olmuşdur. Həmin dövrdə xanlıq 10 mahala bölünmüşdü və həmin mahallardan da biri Xınalıq mahalı idi. Tarixi ədəbiyyatda olan bir məlumata görə Xınalıq mahalının kənd icmaları nəinki xəzinəyə vergi və mükəlləfiyyətlərdən azad idilər, hətta xandan bəxşişlər alırdılar.
F.F.Simonoviçin yazdığına görə isə, Quba malikanəsi 8 mahala bölünmüşdü. Buduq və Xınalıq həmin mahallardan idilər və hər biri 9 kəndi birləşdirirdi. İki mahalın ərazisi birlikdə, coğrafi mövqeyinə görə "Dağıstan" adlanırdı. Həmin mahallar Qonaqkənd, Yerfi, Cimi, Xaltan, Utuq, Dərk, Söhüb, Buduq, Zeyid, Cek, Qrız və Xınalıq kəndlərini birləşdirirdi. Ardı »

Azərbaycan xanlıqlarıHacı Əbdülqadir xan

Hacı Əbdülqadir xan — Şəki xanı.

1770-ci ildə qardaşı Cəfər ağanın o vaxtkı Şəki xanı Məhəmmədhüseyn xan tərəfindən öldürülməsindən sonra başına bir dəstə yığıb, Qanıx çayının Kür çayına qovuşduğu yerdə - "Dardoqqaz" adlanan yarımadada, məskən salmış və Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəyə başlamışdı. Qarabağ xanı İbrahim xan və Gürcüstan hakimi Irakli xan da onun Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəsini dəstəkləyirdilər.

Məhəmmədhüseyn xan Hacı Əbdülqadirin digər bir qardaşının oğlu idi, başqa sözlə, Hacı Əbdülqadir Məhəmmədhüseyn xanın doğma əmisi idi.

Məhəmmədhüseyn xan öz oğlu Məhəmmədhəsən ağanı sülh və barışıq üçün əmisi Hacı Əbdülqadirin yanına göndərdikdə isə Hacı Əbdülqadir Məhəmmədhəsən ağanı tutub, Məhəmmədhüseyn xanın düşməni olan Qarabağ Ardı »

Azərbaycan xanlıqlarıŞahbaz xan Dünbili

Həyatı[redaktə]
Şahbaz xan Mürtəzaqulu xan oğlu Xoy şəhərində anadan olmuşdu. Nəvab Mahmud xanın tarixinə görə Şahbaz xan, H.1125 (M.1713) ildə Azərbaycandaki bütün Dünbili elinin əmiriydi. Fətəli xan Araşlı-Avşar ilə biriikdə Kərim xan Zəndə qarşı girdiyi savaşda əsir düşdü. Ancaq Kərim xan ona çox hörmət göstərdi. Şahbaz xan qızını onun oğlu Əbulfəth xana verərək dostluq ilişgisi qurdu. Ardı »

Azərbaycan xanlıqlarıBərgüşad mahalı

Ümumi məlumat[redaktə]
Mahal güneydə və günbatanda Çulundur mahalı, quzeydə Qapanat mahalları, gündоğanda isə Dizaq-Cəbrayıllı mahalı ilə sınırlanırdı. Mahalın paytaxtı Xocahan kəndi idi. Bu kənddə məscid, mədrəsə, hamam və həftəbazar vardı. Mahalın naibi Şəfi bəy Xocahanlı idi. Mahalın şenliklərindən Xocahan, Yeməzli, Üdgün, Gödəkli, Baydaqlı, Ucanis kəndləri xəzinə mülkü, qalanları sahibkar mülkləri statusundaydı. Ardı »

Azərbaycan xanlıqlarıHüseyn xan (Şəki xanı)

Hüseyn xan — sonuncu Şəki xanı. Şəkinin yerli xanlarından biri olan Səlim xanın oğlu idi. II Rus-İran müharibəsi (1826-1828) başlayanda Hüseyn xan İranda yaşayırdı. Çox güman ki o, İrana yalnız 1806-cı ilin sonunda — Şəkidən mühacirət edən atası ilə birlikdə getmişdi. II Rus — İran müharibəsinin əvvəllərində İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən o, Hüseyn xana qoşun verib Nuxaya göndərir. Hüseyn xan 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olur və heç bir müqavimətlə üzləşmir. Çünki rus əsgərləri onun gəlişindən 3 gün əvvəl — 8 avqust tarixində, artıq Nuxanı tərk etmişdilər. Hüseyn xanın Nuxaya gəlməsi, Ardı »

Azərbaycan xanlıqlarıArşaq mahalı

Adının anlamı[redaktə]
"Arşaq" sözünün etimologiyasına gəlincə bir çox tədqiqatçılar onun Çində Tanrı dağın ətəyində yaşamış türk Ağhun tayfalarından bir qolunun adı olduğunu qeyd edirlər və həmin tədqiqatçılara görə, "Arşaq" sözü – şak, sak tayfalarının yaşadığı ərazi mənasını bildirir. Şəki şəhərinin adı da bu tayfa ilə bağlıdır. Tədqiqatçı alimlər, xüsusilə tanınmış türkoloq Mirəli Seyidov Arsağın və Arşaqın türk xalqlarına mənsub olmasını bildirmişdir. Türk xalqlarının fəxri sayılan Arşağın tarixi şəxsiyyət, həm də dövlət başçısı, sərkərdə olması barədə çox az məlumat gəlib dövrümüzə çatmışdır. Roma tarixçisi Pompey Troq Makedoniyalı İskəndərin ölümündən sonrakı hadisələri şərh edərkən Arşaq barədə də bəzi mülahizələr söyləmişdir. O, 44 kitabdan ibarət Ardı »