Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan toponimləriTosaren

T o s a r e n – Ptolemeyə görə, Kür sahili bölgələrdən birinin adı . Türkcə tus – düz və aran – isti yer, düzən yer, qışlaq yer sözlərindəndir. Türkiyədə Arpaçay boyunda da bir çuxur bölgə Aran (digər adı Diqor-Qarabağ) adlanır. Orta əsr ispan tarixçisi Antonio de Nebrixa (1441-1522) isə onu Ermənistan ərazisi kimi göstərir. Ardı »

Azərbaycan toponimləriAziru

A z i r u – Türkcə izer, izir – aşırım, dağ keçidi, dağ çökəyi sözündəndir (adın asurca yazılışında sondakı u həmin dildə adlıq hal şəkilçisidir). Ardı »

Azərbaycan toponimləriDərbənd Tarixi

Antik müəlliflərin əsərlərində Dərbənd adlı şəhər tipli yaşayış məntəqəsinə təsadüf edilmir. Lakin romalıların Şərqə olan hücumları dövründən (eramızın 68-ci ili) etibarən Kaspi darvazası (Kaspi sözü iki hissədən kas (kassilər) tayfa adından və elam dilində cəm bildirən –pi şəkilçisindən ibarətdir.) adlı yer məlumdur. Birinci əsrin müəlliflərindən olan İosif Flavi də bu yeri Kaspi darvazası adlandırır. Ümumiyyətlə, I-III əsrlərdə yunan və latın dilli müəlliflər Kaspi keçidindən danışarkən onu qapı, darvaza, şəhər qalası, keçid və çıxış sözləri ilə də əvəz etmişlər.

Mənbələrdən aydın olur ki, Kaspi keçidi eramızın birinci əsrindən strateji əhəmiyyətli keçidlərdən biri olmuşdur. Bu keçid Şimali Qafqazı, Zaqafqaziya ölkələrini Yaxın və Orta Şərqlə Ardı »

Azərbaycan toponimləriSanqiu

S a n q i u – Müasir Səhənd dağı ilə lokalizə olunur. E. Qrantovskiyə görə, Avesta dilində sanqha – əmr sözündəndir . Prof. Q. Qeybullayev qeyd edir ki, aydındır ki, əmr, göstəriş sözündən heç vaxt toponim yaranmaz, bu müəllifin Manna və Midiya ərazisində İran mənşəli əhali axtarmaq təşəbbüsündən irəli gəlir. Türkcə çanq, çınq (türk dillərində ç-s əvəzlənməsinə görə sanq, sınq) sıldırım dağ yarğanı, əlçatmaz dağ, çətin alınan zirvə sözündəndir. Altayda Sanqin-Dalay toponimi ilə müqayisə olunur. Hazırda Səhəndabad mahalında Çinibulaq adlı Azərbaycan kəndi vardır. Ardı »

Azərbaycan toponimləriTvarasatap

T v a r a s a t a p – IX əsrə aid gürcü mənbəində Tvarasatap toponimi qeyd olunur. Türkcə tabur – arabalardan möhkəmləndirilmiş düşərgə və təpə sözlərindəndir. XIX əsrdə Borçalı qəzasındakı Tovrətəpə, ya da Qazax rayonundakı Töyrətəpə toponimləri ilə lokalizə oluna bilər. Ardı »

Azərbaycan toponimləriİzzibia

İ z z i b i a – Assur çarı II Sarqonun (er. əv. 721-705) Manna ərazisinə hərbi səfəri haqqında mənbədə qeyd olunur. Güman ki, şumercə izi – od, türkcə issi, izzi (tuvaca iziq, altayca üzü, uyğurca izik, azərbaycanca isti) və Altay dillərində bia – su sözlərindən ibarət olub İsti su mənasındadır. İndiyədək Cənubi Azərbaycanda Ziviyə yaşayış məntəqəsinin adında qalmışdır. Ardı »