Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan toponimləriDasxoran

D a s x o r a n – Albaniyada yaşayış məntəqəsi idi. Türkcə das – daş və oran, oren, uran – yer, heyvan üçün hasarlanmış yer , yaxud Altay dillərində oron – köçəbə, düşərgə, oba sözlərindən ibarətdir. Ardı »

Azərbaycan toponimləriAbşeron yarımadası Əsas magistral yolları

Abşeronda və Bakıda respublikanın əsas nəqliyyat magistralları - Heydər Əliyev adına Beynəlxalq hava limanı, Bakı buxtasındakı böyük dəniz limanı, Bakıdakı dəmiryol vağzalı və respublika paytaxtını regionlarla birləşdirən şosse yolları vardır.

Neftin və qazın nəql edilməsi üçün əsas magistral boru kəmərləri də buradan başlanır. Bakı TRASEKA (Avropa-Qafqaz-Asiya) beynəlxalq nəqliyyat dəhlizinin əsas məntəqəsidir. Bu layihə çərçivəsində Azərbaycan tarixi Böyük İpək Yolu marşrutunun bərpa olunmasında iştirak edir. Ardı »

Azərbaycan toponimləriUrikat

U r i k a t (er. əv. 719-cu il). Bu toponimi üç cür izah edilir. Türkcə ur-yarğan, sıldırım və kat – dağın meşəsiz gündüşən tərəfi, yaxud qat – tərəf, yan, sözlərindən ibarətdir. Altayda Uluq-Kat, Kadır-Kat və b. dağ adları ilə müqayisə olunur. Urqa – yüksəklik, sıldırımlı yer sözündəndir. Erkən orta əsrlərdə Albaniyanın Artsak əyalətində Urekat toponimi vardı (qədim ermənicə yazılışında bu da Urek kimidir, lakin həmin dildə adların sonluqlarının düşməsi səciyyəvi haldır, məsələn Tusluk toponimi Tus kimi yazılırdı.) Musa Kalankatlının Alban tarixində sonluqları kat sözü ilə bitən Kalankat, Karnakat, Şaqat və b. toponimlər çəkilir. Ardı »

Azərbaycan toponimləriZakruti və Tadiruti

Z a k r u t i və T a d i r u t i (er. əv. 744-cü il). Midiyada dağ adları. Yerli Saqirutu və Tadirutu oronimlərinin assur dilində yazılışıdır. Cənubi Azərbaycanın Qaradağ mahalında lokalizə olunurlar. Babək üsyanı ilə əlaqədar hadisələrdə Zəhrqaş və Dav-ər-Rud dağ adları kimi qeyd olunur. Zakruti oronimi türkcə saqir – dağ burnu, möhkəmləndirilmiş yer sözü, u birləşdirici səsi və türkcə tu – dağ sözündən ibarətdir. Şumer dilində an-zaggar (yazılışı semit mənşəli akkadcadır) – qala, möhkəmləndirilmiş yer sözü ilə türk dillərindəki saqir və çakar – qala, möhkəmləndirilmiş yer sözlərinin mənşə birliyinə görə həm də güman etmək olar Ardı »

Azərbaycan toponimləriUauş

U a u ş – Mannada bir dağın adı. Assur mənbəyində bu dağ əlçatmaz (sıldırım mənasında) dağ adlandırılır. İ. M. Dyakonova görə, indiki Səhənd dağının bir hissəsinin adıdır. Ehtimal ki, oronim qədim türk dillərindəki yoquş (yoxuş), yəni dağ zirvəsi, yüksəklik, yaxud youş, yəni pis, düşmən sözlərinin təhrifidir. Q. Qeybullayevə görə İ. M. Dyakonovun Uauş dağını Səhəndlə lokalizə etməsi düz deyil. Savalanda indi də bir sıldırım dağ Yaş adlanmasına görə güman ki, assur mənbəyindəki Uauşdur. Ardı »

Azərbaycan toponimləriKuakinda

K u a k i n d a (er. əv. 834-cü il). Türkcə kiya (qırğızca, özbəkcə, və qazaqca kiya, altayca kayu)-dik, sıldırım, yalçın yamac, çətinliklə gedilə bilən qayalı yamac, eniş, kin-"qala sözlərindən və -da (la) şəkilçisindəndir. Ardı »

Azərbaycan toponimləriSanar

S a n a r – Kürlə Arazın birləşdiyi yer. Türkcə sənqər – burun (qurunun suya girmiş burun şəkilli hissəsi) sözündəndir. Suqovuşanda yaranmış burun şəkilli quru ərazinin adıdır. Ardı »

Azərbaycan toponimləriKindutauş

K i n d u t a u ş (er. əv. 820-ci il). E. A. Qrantovskinin ehtimalına görə, İranmənşəli addır. Türkcə kin-qala, -du (lu) şəkilçisi və tauş, taus – səsküylü (çay sözlərindəndir (toponimin sonundakı komponent Azərbaycanda Tavusçay hidronimləri ilə müqayisə olunur). Ardı »