Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Naxçıvanşahlıq988 – ci ildə Vaspurakana növbəti yürüş zamanı Rəvvadi hökmdarının vəfat etməsi Əbu Düləfin yenidən

1054 – 1055 – ci illərdə Səlcuq sultanı Toğrulun Azərbaycana yürüşü zamanı Əbudüləfilərin hakimlik etdikləri Naxçıvan da hücuma məruz qalır. 1063 – cü ildə ikinci səlcuq sultanı Alp Arslan (1063 – 1072) Azərbaycanda Səlcuqilərin vassalı olan feudal mülklərinin sahibləri üzərində təsir gücünü artırmaq üçün Cənubi Qafqaza yürüş edir.

Reydən Mərəndə, ordan isə İbn əl-Əsirin (XIII əsr) yazdığına görə, "ölkələrin dərələri və sərt dağları ilə Naxçıvana” gələn Səlcuq qoşunu sultanın əmri ilə burada “Araz çayını keçmək üçün gəmilər” hazırlayır. Həmin müəllifin məlumatına görə. Naxçıvanda olarkən “sultanın ətrafında saysız – hesabsız hökmdar və əsgər toplandı”. İbn əl-Əsir səlcuqların “müsəlmanların sərhədyanı dayağı” olan iki qalanı Ardı »

NaxçıvanşahlıqNaxçıvanşahlıq

Naxçıvanşahlıq – X əsrin sonundan XI əsrin 60 – cı illərinə kimi Azərbaycan ərazisində mövcud olmuş feodal dövlət.[1] Naxçıvanşahlıq mənbələrdə Əbudüləfilər və Düləfilər kimi bilinən ərəb mənşəli sülalə tərəfindən idarə olunmuşdur. Ardı »

NaxçıvanşahlıqƏbudüləfilər sülaləsi

Əbudüləfilər adına ilk dəfə IX – X əsr ərəb müəlliflərinin - Bəlazuri, Təbəri, İbn ən-Nədim və başqalarının əsərlərində təsadüf edilir. Həmin mənbələrdə qeyd edilir ki, IX əsrdə ərəb xilafəti qoşununa başçılıq edən sərkərdələrdən biri əl-Qasim ibn İsa əl-İcli Əbu Düləf olmuşdur. Mənbələrdə həm də şair kimi tanınan bu şəxs Abbasilərin hakimiyyəti dövründə (IX əsrin I rübündə) Ərəb Xilafətinin şimal vilayətlərinə köçən və bu yerlərdə məskunlaşan ərəb nəsillərinin birindən idi. Təbəri “Əbu Düləfin başçılığı altında olan könüllülər”in Babəkə qarşı vuruşan ərəblərə qoşulub Bəzz qalasının alınmasında iştirak etməsi haqqında məlumat verir. Ardı »

NaxçıvanşahlıqDövlətin əsasının qoyulması

Əbudüləfilər xanədanı 825 – 898 – ci illərdə Həmədanla İsfahan arasında iqamətgahı Kərəc olan yerlərə sahib idi. Sacilər sülaləsinin Azərbaycanda hakimiyyəti dövründə (IX əsrin sonu) Əbudüləfilər onlara tabe olmuş və sonrakı illərdə də öz mülklərində yaşamışlar. Təqribən yüz il sonar 982 – ci ildə Qoğtən əmiriadlandırılan və həmin məşhur nəslə mənsub olan Əbu Düləf Şəddadilərə məxsus Naxçıvan və Dvini (ərəb dilli mənbələrdə Dəbil) ələ keçirərək Naxçıvanşahlıq dövlətinin əsasını qoyur. Ardı »

NaxçıvanşahlıqSiyasi tarixi

983 – cü ildə Əbu Düləf erməni feodal nəsil olan Artsrunilərin xanədanı olan Vaspurakan (indiki Naxçıvan və qismən Şərqi Anadolu və Güney Azərbaycan) vilayətinə hücum edir. 987 – 988 – ci illərdə Əbu Düləfin qoşunu Rəvvadilər sülaləsinin məşhur nümayəndəsi, hələ Salarilərin hakimiyyəti dövründə Azərbaycan feodalları içşərisində ən qüdrətlisi hesab olunan Əbülheycə ibn Rəvvad tərəfindən məğlubiyyətə uğradılır. Lakin Naxçıvanşahlığın tutulan torpaqları geri qaytarılır. 988 – ci ildə Vaspurakana növbəti yürüş zamanı Rəvvadi hökmdarının vəfat etməsi Əbu Düləfin yenidən Naxçıvan və Dvində möhkəmlənməsinə şərait yaradır. Asogik qeyd edir ki, bu dövrdə Əbu Düləf erməni hökmdarı Smbatla “sazişə girərək, dinc yaşamaq haqqında müahidə”[3] də Ardı »