Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siyasi tarixi

983 – cü ildə Əbu Düləf erməni feodal nəsil olan Artsrunilərin xanədanı olan Vaspurakan (indiki Naxçıvan və qismən Şərqi Anadolu və Güney Azərbaycan) vilayətinə hücum edir. 987 – 988 – ci illərdə Əbu Düləfin qoşunu Rəvvadilər sülaləsinin məşhur nümayəndəsi, hələ Salarilərin hakimiyyəti dövründə Azərbaycan feodalları içşərisində ən qüdrətlisi hesab olunan Əbülheycə ibn Rəvvad tərəfindən məğlubiyyətə uğradılır. Lakin Naxçıvanşahlığın tutulan torpaqları geri qaytarılır. 988 – ci ildə Vaspurakana növbəti yürüş zamanı Rəvvadi hökmdarının vəfat etməsi Əbu Düləfin yenidən Naxçıvan və Dvində möhkəmlənməsinə şərait yaradır. Asogik qeyd edir ki, bu dövrdə Əbu Düləf erməni hökmdarı Smbatla “sazişə girərək, dinc yaşamaq haqqında müahidə”[3] də bağlayır. X əsrin son illərində Şəddadi hökmdarı Arranşah titullu I Fəzl (985 – 1031) müstəqil hakimlik etməyə çalışan bir çox feodal mülklərini – Xaçın və Sünik knyazlıqlarını, Gorusu, o cümlədən Naxçıvanı Şəddadilər dövlətinin tərkibinə qatır, Dvini tutur və qərbə doğru irəliləyərək bir neçə erməni vilayətini də özünə tabe edir.

1018 – 1021 – ci illərdə Araz çayını adlayaraq Rəvvadilərin tabeliyində olan cənub istiqamətindən Arran torpaqlarına yürüş edən oğuzlar Naxçıvan, sonra isə Dvinə yürüş edərkən bu ərazilərin Əbudüləfilərdən olan hökmdarı ciddi müqavimət göstərə bilmir. 1029 – cu ildə Rəvvadi hökmdarı Vəhsudanın icazəsi ilə Güney Azərbaycanda məskən salan oğuzlar tezliklə razılmaşmaya əməl etməyərək Marağa, Urmiya və başqa böyük şəhərlərə də girirlər.

Bu dövrdə Naxçıvanda yaşayan məşhur Azərbaycan şairi Qətran Təbrizi “Naxçıvan qalasında düşmənə qalib gələn” Əbu Düləfi mədh edir. Qətran Təbrizinin qəsidələrində Əbu Düləfi şişirtmələrlə “şahi Naxçıvan” (Naxçıvanşah), “Şah Əbu Düləf”, “ədalətli şahənşah”, “bəndəpərvər padşah məlik Əbu Düləf” titulları ilə tərifləməsinə baxmayaraq. O, həmin dövrdə yalnız Şəddadilər dövlətinin tərkibində olan Naxçıvanın hakimi - əmiri olmuşdur.

Şəddadilərə tabe olan başqa mülk sahibləri kimi Əbudüləfilər də onların xəzinəsinə vergi ödəyir, dövriyyədə olan pullarını işlədir, cümə xütbələrində öz adlarından əvvəl süzerenlərinin adlarını çəkirdilər.Mənbələrdə Əbudüləfilərin Rəvvadilər və Artsrunilərlə qohumluq əlaqələrinə malik olması haqqında məlumatlar vardır.


Tarix: 08.01.2015 / 02:49 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Naxçıvanşahlıq
loading...