Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Gülüstan qalası (Şamaxı)Gülüstan qalası (Şamaxı)

Gülüstan Qalası – Azərbaycan respublikasının Şamaxı rayonu ərazisində yerləşən IX – XII əsrlərə aid qala. Qaladan əldə edimiş arxeoloji tapıntıların ən qədimi IX yüzilə aid olsa da, Gülüstan qalası XII yüzildə – XIII yüzilin başlanğıcında köklü şəkildə yenidən qurulmuş və möhkəmləndirilmişdir. Ardı »

Gülüstan qalası (Şamaxı)Tarixçəsi

El əfsanələrindən birində bu qalanın Şamaxı hakiminin öz qızı üçün tikdirdiyi yaylaq imarətinin yerində yarandığı söylənilir. Adətən çox səfalı, gül-çiçəkli yerləri gülüstan adlandırırlar. Yəqin ki, qala tikilməmişdən öncə yaylaq yeri olan dağ Gülüstan adını daşıyırmış və sonra da bu ad onun üstündə tikilən qalaya keçmişdir. Şamaxılı şair Xaqani Şirvaninin "Şamaxı Gülüstanın ətəyindədir" və Arif Ərdəbilinin "Şamaxı Gülüstanında bir qala var" deyimləri də bu fikri təsdiqləyir.

Gülüstan qalasında tikinti mədəniyyətinin yüksəkliyi onun böyük dövlət əhəmiyyəti ilə bağlı olmuşdur. Müdafiə tikilisində yarı və yaxşı yonulmuş daşlar işlədilməklə yanaşı, başqa daş plastikası örnəklərinin olması qalanın sahiblərinin yüksək mövqeyini bildirməliydi. Arif Ərdəbili Gülüstan qalasını öyərkən Ardı »

Gülüstan qalası (Şamaxı)Mövqeyi

Gülüstan qalası Şamaxı şəhərinə çox yaxın (3 km) olub, keçmişdə onun panoramını zənginləşdirmişdir. Şamaxı yüzillərcə həm fiziki olaraq, həm də təhlükəsizlik anlamında bu dağ qalasına söykənmişdir. Gülüstan qalası Şamaxının başı üzərində qaldırdığı qalxana bənzəmişdir.

Qala şimal-qərbdən cənub-şərqə doğru genişlənən və enişlənən dağın belində tikilmiş və onun mürəkkəb konfiqurasiyasına uyğun biçim almışdır. Qalanın şimal-qərb qurtaracağında içqalası yerləşir. Dağın çay yatağına yönələn yanı sıldırım qayalıqdır. Qalan yerlərdə də dağ belini qayalar və sərt enişli yamaclar dövrələyir. Yalnız dağın şəhərə baxan cənub yamacı nisbətən az enişlidir. Qalaya qalxan dolama tək cığır bu yamacdadır. Beləliklə Gülüstan qalası üçün seçilən dağ təbii müdafiə üstünlükləri ilə yanaşı, şəhərlə Ardı »

Gülüstan qalası (Şamaxı)Gülüstan qalası (Şamaxı) Memarlıq xüsusiyyətləri

Şiddətli dağııntıya uğradığından Gülüstan qalasının bütöv qapalı quruluşundan dövrümüzə dağ relyefində pərən-pərən düşmüş, tək-tək bürc və divar bölümləri qalmışdır. Ən monumental bürclər qalaya qalxan cığırın başında, dağılıb aradan getmiş giriş darvazasının yanlarındadır. Onlardan qərbdə isə daha bir yarımdairəvi bürcün qalıqları yüksəlir. Planda düzbucaqlı biçimdə olan bu bürc dağın qərb yamacındadır.

Dağın dərəyə baxan alt terrasında da divar uçuqları var. Bütün bu divar və bürc qalıqları vaxtilə dağ belinə qurşaq kimi dolanan möhkəm qala divarları içərisində olmuşdur. Yaxın keçmişdə isə Gülüstan qalasının daha çox tikintisi gözə dəyir və onun memarlığı haqqında daha dolğun təsəvvür yaradırdı.

Ötən yüzildə səyyah Hacı Çələbinin təsvirinə görə Şamaxı Gülüstan Ardı »