Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Cənubi AzərbaycanCənubi Azərbaycanda Teatr

1871-1974-cü illərdə M.F.Axundzadənin 6 komediyasının fars dilinə tərcümə edilərək İranda yayılması Cənubi Azərbaycanda teatr sənətinə marağı artırmışdı. İlk teatr 1905-1911-ci illər İran inqilabı dövründə yaradılmışdı. 1909-21-ci illərdə "Azərbaycan artistləri dəstəsi" fəaliyyət göstərmişdir. 1920-ci ildə Təbrizdə Sidqi Ruhulla, M.Şəfizadə, M.R.Vaizzadə və başqalarının təşəbbüsü ilə ilk teatr binası – "Xeyriyyə teatrı" tikildi. Təbriz, Urmiya və Xoy şəhərlərində Ü.Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulmuşdu. Azərbaycan Milli hökuməti zamanı Təbrizdə ilk Azərbaycan Dövət Teatrı yaradılmışdı. 1946-cı ildə Təbriz Dövlət Filarmoniyasıda fəaliyyət göstərmişdir. 1946-cı ilin dekabrında ölkədə milli azadlıq hərəkatına divan tutulduqdan sonra Azərbaycan Dövlət Teatrı da bağlandı. Yanlız qısa bir müddət ərzində (1948-1949) Tehranın "Ziba" teatr Ardı »

Cənubi AzərbaycanAzərbaycan torpaqlarında ilk insanlar və xalqlar

Miladdan 4-min il öncədən başlayaraq, Orta Asiyadan Dərbənd və Daryal keçidlərilə yaxın şərqə el axınları olmuş və bu axınlar Azərbaycan(Şimali və cənubi), Zaqros(زاگرس) Dağ şərqi və qərbi ətəkləri və ümumiyyətlə İranın qərb ərazisindən keçərkən,onların bəlli el, tayfa və qollarından, əsas toplumlarından ayrılaraq, bu yerlərin müxtəlif yerlərində yurd salaraq qalmışlar.

Şumer, ilam axınları kimi tarixə məlum önəmli el axınlarından əlavə, çox ehtimal başqa axınlar və xüsusilə kiçik el, qəbilə və obalarda həmin yol ilə orta asiyadan gəlib, həmin yaxın şərq məntəqələrində yurd salıb qalmış, soydaşları yerli əhaliyə qarışaraq, xalqlar şəklində mədəniyyət və hakimiyyət qurmuşlar.

Həmin yaxın şərq məntəqəsinin şimaldan mərkəzində yerləşən Azərbaycan (şimali və Ardı »

Cənubi AzərbaycanCənubi Azərbaycan (dili)

Azərbaycanlılar Azərbaycan türkcəsində danışmaqdadırlar.[11]1888-ci ildə M.H.Rüşdiyyə Təbrizdə yeni tipli məktəb təşkil etmiş, Cənubi Azərbaycanda ilk dəfə olaraq əlifbanı yeni-sövti üsul ilə türk dili əsasında tədris etməyə başlamış, ana dilində çoxlu dərsliklər yazmışdır. 1926-cı ildən məktəblərdə türk dilində tədris qadağan edilmişdir. Hakim dairələr Təbriz Universitetində Azərbaycanın tarixi, etnoqrafiyası, sosial-siyası vəziyyəti və s. ilə əlaqəli məsələlərin öyrənilməsinə maneçilik törətmişdir. II dünya müharibəsindən bugünə kimi bütün İran maarif və mədəniyyəti sahəsindəki diqqətəlayiq və yaddaqalan ən mühüm və demokratik işlər Azərbaycan Milli hökumətinə məxsusdur. Belə ki, bu dövrdə onlarca universitet və institut yaradılmışdır. Türk dilində 50-yə yaxın müxtəlif adda qəzet və jurnal, dərslik, bədii-ədəbiyyat nəşr Ardı »

Cənubi AzərbaycanCənubi Azərbaycan Ədəbiyyatı

XIX əsrin I yarısında bütün Azərbaycan ədəbiyyatında olduğu kimi, onun cənub qolunda da aşıq şeiri və lirik poeziya əsas yeri tuturdu. Nəbati, Heyran xanım, Ə.Qaracadaği, M.Aciz, M.Dilsuz, H.M.Şükuhi, H.R.Sərraf, M.Ə.Ləli, M.Hidəci və başqaları lirik şeirin gözəl nümunələrini yaratmışdır. Ə.Raci və bir çox başqa şairlər lirik şeirlərlə yanaşı, dini mövzulu əsərlər də yazmışlar. M.Xəlxalinin əsərlərində ictimai qüsurlar tənqid edilirdi. XIX əsrin II yarısında maarifçi ədəbiyyat yarandı. Bu dövrdə M.F.Axundzadənin bilavasitə təsiri ilə dram əsərləri yarandı. M.F.Axundzadənin davamçıları Z.Marağayi və M.Ə.Talıbovun əsərləri (həmçinin Türkiyədəki Tənzimat inqilabı, Rusiyadakı inqilab, Təbrizdəki xalq hərəkatları) 1905-ci illər inqilabının ideoloci və siyasi cəhətdən hazırlanmasında mühüm rol oynadı.

20-ci əsrin Ardı »

Cənubi AzərbaycanCoğrafiyası

Azərbaycan Respublikası ilə sərhəddi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir. Cənubi Azərbaycan əhalisinin sayı baxımından dünyada azərbaycanlıların ən kompakt yaşadığı bölgə sayılır.

Necəki biz izah edirdik, Türkmanlar ölkəsi nə İran dövlətinin əyaləti deyil, nə də onun şəhərlərindən biri deyil, buna görə biz onun haqqında əyalət kimi danışmırdıq. Lakin onlar başqa İran xanədanı xalqları arasında çox böyük əhəmiyətə malikdirlər, çünki onlar ən igid xalqdırlar, və yetərincə çoxsaylıdırlar. Ardı »

Cənubi AzərbaycanCənubi Azərbaycan İranın inzibati bölgüsündə əsasən aşağıdakı ostanlardan ibarətdir:

Qərbi Azərbaycan ostanı
Şərqi Azərbaycan ostanı
Ərdəbil ostanı
Zəncan ostanı
Qəzvin ostanı
Gilan ostanı (qismən)
Həmədan ostanı (ərazisinin 3/4-ü)
Kürdüstan ostanı (qismən)
Mərkəzi ostan (qismən)
Qum ostanı (qismən)
Kirmanşah ostanı (qismən)
Tehran ostanı (qismən)
Cənub Azərbaycan əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Ardı »

Cənubi AzərbaycanTəbii coğrafiyası

Cənubi Azərbaycanda əsasən əkinçilik və heyvandarlıq geniş yayılmışdır. Bunun əsas səbəbi kənd təsərrüfatının bu sahələri üçün burada münasib iqlim qurşaqlarının olmasıdır. Dağlıq ərazilərdə dəmir, mis, alüminium, gümüş, qızıl yataqları var. Ardı »

Cənubi AzərbaycanƏhalisi

Azərbaycanlılar İranda say etibarilə farslardan sonra ikinci yeri tuturlar. XIX əsrin sonlarında İranda azərbaycanlıların sayı 2 milyona yaxın idi. Onlardan 1 milyonu kənd əhalisi, 0,5 milyon şəhər əhalisi, 0,5 milyonu isə yarımköçərilərdən ibarət idi. XX əsrin ortalarında İrandakı azərbaycanlıların sayı 16-18 milyon (32-36%) olmuş və bunlardan 7-9 milyonu Cənubi Azərbaycanda məskunlaşmışdır. 90-cı illərin əvvəllərində aparılmış hesablamalara görə, İranda, 28.315.000 azərbaycanlı yaşayır. Onların böyük bir qismi (təxminən 20 mln.) Cənubi Azərbaycanda, qalanı isə İranın digər ərazilərində məskunlaşmışdr. Ardı »