Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

AzıxantropAzıxantrop

Azıxantrop — Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov tərəfindən 1968-ci ildə Azıx mağarasında alt çənə sümüyü kəşf edilmiş hominidlər fəsiləsinə aid növ. Azıxantropun çənəsi bir tərəfdən pitekantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın cənubunda olan Kondel-Araqo düşərgəsinin qədim Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış pre-neandertal tipli insanlara daha yaxındır. Lakin son zamanlar aparılmış tədqiqatlardan sonra, bəzi alimlər neandertal tipli insanları müasir insanların əcdadı hesab etmirlər. Azıxantropun çənə sümüyü Azərbaycan Tarix Muzeyində saxlanılır. Ardı »

AzıxantropAzıxantrop Tarixi

1968-ci ilin iyununda M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor D.V.Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır. M.M.Hüseynov tərəfindən tapılmış çənə Azıx paleolit düşərgəsinin elmi əhəmiyyətini və şöhrətini daha da artırmış və dünyanın müxtəlif ölkələrin arxeoloq, paleontoloq, paleoantropoloq və digər mütəxəssislər Bakıya gələrək, Azıx düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqları ilə yaxından tanış olmağa başlamışlar. Ardı »

AzıxantropAzıxantrop Klassifikasiya

Professor D.V.Hacıyevin Azıxdan tapılmış çənə üzərində apardığı elmi araşdırmalar zamanı məlum olmuşdur ki, çənə quruluşundakı spesifik cəhətlərə əsasən, bir tərəfdən pitikantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın cənubunda olan Kondel-Araqo düşərgəsinin qədim Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış pre-neandertal tipli insanlara daha yaxındır.

Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin V təbəqəsindən tapılmış ibtidai insana məxsus çənənin iri olması açıq nəzərə çarpır və onun gövdəsi nisbətən qalındır. Bu baxımdan Azıx mağara düşərgəsindən tapılmış çənə avstralopitek tipli adamlardan fərqlənir və müəyyən cəhətlərinə görə arxantropların arasında xüsusi yer tutur. Fiziki tipinə görə Azıx düşərgəsindən aşkar edilmiş çənə sinantrop tipli insanla neandertal adamı arasında Ardı »

AzıxantropAzıxantrop Tarixləndirmə

Professor D.V.Hacıyev apardığı elmi tədqiqat zamanı müəyyən etmişdir ki, çoxtəbəqəli Azıx paleolit düşərgəsinin V təbəqəsindən tapılmış ibtidai insan çənəsi Azərbaycan ərazisində ən qədim insana məxsus olub, 350-400 min il bundan əvvəl bu ərazidə yaşamış 18-22 yaşlı qadının çənəsidir.

Azıxdan tapılmış ibtidai insana məxsus çənə tamamilə daşlaşmış və rəngini nisbətən dəyişmişdir. Qeyd olunan daşlaşma prosesi və rənginin xüsusiyyətləri həmin təbəqədən tapılmış merka kərgədanı, nəhəng maral, zubr, bizon, ibtidai at, mağara ayısı, mağara kaftarı (bu heyvanların nəsli kəsilmişdir) və başqa heyvan sümüklərindən qəti seçilmir.

Bundan başqa həmin təbəqənin IV horizontundan əl çapacaqları, kobud çapma alətləri və kobud hazırlanmış qaşov tipli alətlər tapılmışdır.Həmin daş alətlər özlərinin Ardı »

AzıxantropAzıxantrop Çənə sümüyü

Azıx mağara düşərgəsindən tapılmış çənə, ibtidai insanın alt çənəsinin sağ hissəsidir.Çənənin əsası və onun üzərində olan üç azı dişinin yerləşdiyi çənə şaxəsinin çox hissəsi yaxşı saxlanmışdır. Çənə üzərində olan dişlərdən sonuncusu tam vəziyyətdədir, ikisi isə qazıntı zamanı sınmışdır. Eyni zamanda şaxənin yuxarı hissəsi ilə birlikdə çənə oyması, çənə tacı və oynaq çıxıntısı qədim zamanlarda sınmışdır.Çənənin alveol hissəsində üçüncü azı (ağıl) dişi tam şəkildədir, ikinci azı dişinin üst hissəsi sınmış, lakin orta və kök hissələrinin qırıqlarına rast gəlinmişdir.

Azıx paleolit düşərgəsindən tapılmış alt çənənin tam olmadığına baxmayaraq, onun qalmış hissəsi Azıx adamının fiziki quruluşunun müəyyən olunmasında ən mühüm paleoantropoloji tapıntı hesab olunur. Beləki, Ardı »