beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azıxantrop Çənə sümüyü

Azıx mağara düşərgəsindən tapılmış çənə, ibtidai insanın alt çənəsinin sağ hissəsidir.Çənənin əsası və onun üzərində olan üç azı dişinin yerləşdiyi çənə şaxəsinin çox hissəsi yaxşı saxlanmışdır. Çənə üzərində olan dişlərdən sonuncusu tam vəziyyətdədir, ikisi isə qazıntı zamanı sınmışdır. Eyni zamanda şaxənin yuxarı hissəsi ilə birlikdə çənə oyması, çənə tacı və oynaq çıxıntısı qədim zamanlarda sınmışdır.Çənənin alveol hissəsində üçüncü azı (ağıl) dişi tam şəkildədir, ikinci azı dişinin üst hissəsi sınmış, lakin orta və kök hissələrinin qırıqlarına rast gəlinmişdir.

Azıx paleolit düşərgəsindən tapılmış alt çənənin tam olmadığına baxmayaraq, onun qalmış hissəsi Azıx adamının fiziki quruluşunun müəyyən olunmasında ən mühüm paleoantropoloji tapıntı hesab olunur. Beləki, azıxantropun çənəsinin morfologiyası, qalınlığı, dişlərinin quruluşu və ölçülərinin paleoantropoloji müqayisə üçün çox mühüm elmi əhəmiyyətə malikdir.Azıxdan tapılmış alt çənə avstralopitek, arxantrop, sinantrop və pitikantropla müqayisə edilmişdir. Aparılmış elmi araşdırmalar maraqlı elminəticələr vermişdir.Azıxantropun çənəsinin aşağı hissəsi qırılıb düşdüyündən onun qalınlığı ikinci azı (A2) ilə üçüncü azı (A3) aralığı bərabərliyindəki qalınlıqla ölçülmüşdür.Həmin sahədə onun qalınlığı 19,5 mm-dir.

Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, avstralopiteklərin alt çənə lərindədə həmin sahə, yəni ikinci azı və üçüncü azı aralığında olan hissə 33,5 mm-ə bərabərdir. İndoneziyanın Yava adsında tapılmış pitikantrop çənəsinin qalınlığı 26,3 mm, Çində tapılmış sinantrop tipli insanın çənəsinin qalınlığı 19,6 mm, Almaniyanın Heydelberq kəndi ərazisində ntapılmış Heydelberq adamının çənəsinin qalınlığı 21,4 mm-dir. Bu ölçülərə görə azıxantropun çənəsi pitikantropun çənəsindən fərqlidir.Aparılan elmi tədqiqata əsasən müəyyən olunmuşdurki, Azıx adamının çənəsi sinantrop tipli insanla Heydelberq adamı arasında özünə xüsusi yer tutur.

Aparılan elmi araşdırmalar zamanı müəyyən edilmişdir ki, qədim Azıx adamı dişinə görə də arxantrop və paleoantroplardan da fərqlənmə xüsusiyyətinə malikdir.Bu xüsusiyyətlərdən ən başlıcası Azıx adamında dişlərin kiçik olmasıdır. Beləki, azıxantropun azı dişinin uzunluğu 35 mm-dir. Ona görədə professor D.V.Hacıyev bu tapıntını xırdadiş adamına aid edir.

Paleoantropoloqların apardıqları elmi tədqiqatlar zamanı azı dişlərin uzunluğunun pitikantroplarda 40 mm, sinantrop tipli insanlarda 36,9 mm, Heydelberq adamında 36,1 mm, azıxantrop tipli insanlarda isə 35 mm olması müəyyən edilmişdir.

Azıxantropun dişlərində başqa cəhətlər də qeydə alınmışdır. Xüsusən dişlərin düzülüşü maraqlı xüsusiyyətlərə malikdir. Azıx adamının çənəsinin şaquli istiqamətində linqval divarına doğru keçir. Lakin bütün qazıntı və müasir adamlarda azı dişləri çənənin linqval divarının lap qırağında düzülmüşdür. Belə bir xüsusiyyətin olması da Azıx adamını fərqləndirə bilir.Bu axırıncı xüsusiyyətin oxşarlığı heç bir qazıntı insanında yoxdur.


Tarix: 07.01.2015 / 11:57 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: Azıxantrop