Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarƏn sürətli internet Cənubi Koreya və Yaponiyadadır

Akamai Technologies şirkətinin apardığı son araşdırmalar nəticəsində Cənubi Koreya və Yaponiyanın vətəndaşların internetə qoşulmalarının orta sürəti üzrə dünyada lider olduqları müəyyən olunub.

Şirkətin təqdim etdiyi hesabatda, Cənubi Koreya bu göstəriciyə görə birinci olub – ölkədə orta internetə qoşulma sürəti saniyədə 14,6 meqabit təşkil edir. Yaponiya isə ikinci yerdədir – saniyədə 7,9 meqabit.

Bunlardan sonra siyahıda Honkonq, Rumıniya, İsveç, İrlandiya, Niderland, İsveçrə, Danimarka və Çexiya yer alıblar. ABŞ isə 3,9 mb/s orta qoşulma sürəti ilə yalnız 18-ci yeri tuta bilib.

Qeyd edək ki, Cənubi Koreyada internet-qoşulmaların 74 faizi genişzolaqlıdır. Yaponiyada bu göstərici 60, Honkonqda isə 46 faizdir. Ardı »

Maraqlı melumatlar500 milyona az qaldı

Dünyanın ən böyük ictimai şəbəkə saytı olan Facebook, tarixində çox əhəmiyyətli bir nöqtəyə yaxınlaşır. 400 milyondan çox üzvü olan saytın çox yaxın bir zaman daxilində 500 milyonuncu üzvünə qovuşacağı iddia edilir.
Allfacebook.com adlı saytda nəşr olunan bir xəbərə görə Facebook rəhbərliyi işləyənlərinə bir e mail göndərərək bu xüsusi ana hazırlanılmasını və istifadəçilərə təşəkkür edilməyə hazır olunmasını istədi.

Ağıllı telefonların istifadəsinin artması, Facebookun üzv sayını son dövrdə böyük sürətlə artırdı. İfadə edilən rəqəmlərə görə bu an Facebookun cəmi 150 milyon mobil istifadəçisi var. Ardı »

Maraqlı melumatlarHakerler internet dünyasını bir-birine qatıb

+
Tek "Hotmail" deyil, "Google", "Gmail", "Yahoo" ve "AOL" servislerinde de elektron poçtların parollarını sındırıblar

Hakerler tek "Hotmail" servisine hücum çekmeyiblermiş.

Internetde "Google", "Yahoo", "AOL" ve diger poçt xidmetlerinin de 30 minden çox istifadeçisinin ve onların elektron poçtların parollarının siyahısı yerleşdirilib.

Poçt akkauntlarını sındırmış hakerlerin fişinq sxeminden (tanınmış şirketler, misal üçün bank, sosial şebeke, poçt xidmetleri adından istifadeçilerden onların şexsi melumatlarının, yeni login ve parolların alınması meqsedile spam gönderişi) istifade etdikleri ehtimal olunur.

İnformasiya texnologiyası tehlükesizliyi üzre mütexessisler bedemel istifadeçilerin hücumuna meruz qalmış resurslardakı parolların deyişdirilmesine dair tövsiyelerle çıxış edibler. Ardı »

Maraqlı melumatlarFacebooku Narahat edəcək Rəqib!

500 milyon istifadəçisiylə gün keçdikcə böyüyən sayt Facebooka qarşı bir rəqib çıxmayacağını düşünmək səhv düşüncə olardı. 15 Noyabrda açılacaq olan və ehtimalla Facebooka meydan oxuyacaq olan Diaspora açıq qaynaqlı bir ictimai şəbəkə olacaq.

Diasporanın hələ tam olaraq nəyə bənzəyəcəyi ya da necə görünəcəyi bilinmir, bunları öyrənmək üçün 15 Noyabrı gözləmək vəziyyətindəyik.
Yeni ictimai şəbəkə ilk çıxdığında bəzi, fotoşəkil paylaşmaq, mesaj yazmaq kimi sadə xüsusiyyətləri olacaq.
Ayrıca Diaspora; Facebook, Twitter ya da Flickrdəki məlumatlarınıza çatıb oradakı yoldaşlarınızla əlaqə qurmanıza da imkan verəcək.

Sayt GNU Privacy Guard şifrələmə sistemiylə qorunacaq. Ayrıca Diaspora-nı yaya bilmək üçün, bir proqram endirilə bilinəcəkdir və bu proqramla Diaspora Ardı »

Maraqlı melumatlar@ nə deməkdir?

Dərhal hər gün e-poçt yazarkən və ya e-poçt ünvanımızı bəzilərinə verərkən bu işarəni istifadə edirik. Yaxşı amma @ işarəsinin gerçək mənasını və haradan gəldiyini bilirsinizmi? Bu işarə 473 il əvvəl, indiki vaxtda ki, mənası və istifadəsindən çox fərqli bir məqsədə xidmət edirdi.
+
@ işarəsinin bilinən ilk istifadəsinə 4 May 1536-cı ilə Francesco Lapi adlı Floransalı bir tacirin yazdığı bir məktubda rast gəlindi. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsini istifadə etmişdi. O zamanlarda, bir çəlləyin 13-də birinə qarşılıq gələn, ticari bir ölçü biri olaraq istifadə edilən @, daha sonra makinalara da girdi. Zaman üçün istifadəsi dəyişən işarə bir müddət Ardı »

Maraqlı melumatlarYouTube-a pul qazandıracaq həll tapıldı!

Xidmət şəbəkəsini hər keçən gün bir az daha artıran Google, bilindiyi kimi gəlirlərinin böyük bir hissəsini onluna reklamlardan qazanır və götürdüyü reklamların sayını artırmaq üçün sıx bir fəaliyyət göstərir. Bu fəaliyyətlər ümumiyyətlə işə yarasa da, internet nəhənginin məşhur video paylaşma saytı YouTube-u heç cür gəlir qapısı halına gətirə bilmədiyi də bilinir.
+
İnternet dünyasının mübahisə bir nömrəli video portalı olan Youtube də (ki Google, 2006-cı ildə YouTube-u almaq üçün 1.65 milyard dolları gözdən çıxarmışdı) Googlenin əlindəki ən böyük sərmayələrdən biridir. Keçdiyimiz gün edilən bir şərhdə, YouTubenin, yalnız Sony ilə deyil, qabaqda gələn bir çox Hollywood studiyasıyla razılaşmağa çatdığı ifadə edildi. Ancaq aydın olan Ardı »

Maraqlı melumatlarGoogle Earth ilə ağla sığmaz bir öğruluq...

Şübhəsiz Google Earth hamımızın həyatında böyük bir asanlıqdır. Heç bilmədiyimiz ünvanları asanca tapmaq, daha əvvəl kəşf etmədiyimiz yerləri kəşf etmək üçün möcüzə bir vasitədir. Ancaq çox təəssüf ki, bu xidmətdən faydalananlar yalnız yaxşı niyyətli, işində gücündə sıravi insanlar deyil. İngilis polisinin təsbitinə görə, oğrular da Google Earth-dən faydalananlar arasındadır.

"Google Earth sayəsində insanların bağçalarını, hovuzlarını, gölcükləri görmək mümkündür" deyir İngilis polisi və davam edir: "Oğrular, yoldan keçən sıravi bir insanın fərqinə vara bilməyəcəyi, divarla çevrili zəngin evləri Google Earth vasitəsilə təsbit edə bilir." Həyatımızın əhəmiyyətli bir parçası halına gələn bu texnologiyanın qorxuducu tərəflərindən birini görürük beləcə. Evlərimizi oğrular xəritədən gözlərinə kəsdirə bilərlər!

Ancaq Ardı »

Maraqlı melumatlarAvtomobil adlarının mənaları - FOTOLAR

Avtomobil markaları ilə bağlı ən maraqlı faktları oxuçularına təqdim edirik

Sevdiyimiz, həvəslə izlədiyimiz, sahib olmaq üçün gecə-gündüz çalışdığımız maşınların markalarının nə məna daşıdığını bilirsiniz? Avtomobil markaları ilə bağlı ən maraqlı faktları təqdim edirik.

"Mitsubishi"- Yaponiyanın nəgəng şirkətlərindən olan "Mitsubishi" adını qədim yapon savaşçıları olan samurayların emblemindən alıb. Emblem Mitsu (üç) və bishi (almaz) kəlmələrinin birləşməsindən yaranıb.

"Mercedes-Benz" - avstraliyalı tacir Emil Jelinek 1897-ci ildə yarış qazanan maşınına qızı Mersedesin adını qoyub. Bunun şərəfinə şirkətin yaradıcıları olan Qottlieb Daimler və Karl Benz istehsal etdikləri maşına "Mercedes" adını qoydular.

"Mazda"- Şirkətin emblemində qanaqlarını açan at təsvir edilir. Bu işadə Zərdüştlərin xeyir tanrısı Ahura Mazdadan alınıb. Ardı »