Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dunya ve tarixiAşina Mişe

Aşina Mişe - Tan sülaləsinin işğalından sonra tululara təyin olunan xaqan idi. Böri şadın oğlu, Xallıq İşbara Yabqu xaqanın və Aşina Buçjenin qardaşı idi. İmperator tərəfindən verilən titulu Hsinqhsivanq xan 興昔亡可汗 (Məhv olunmuşu yüksəldən xan) idi. 660-cı ildə Koreyaya qarşı yürüşdə yer almışdı. 662-ci ildə Kuça şəhərinə yürüşdə məğlub olduğu üçün qardaşı Aşina Buçjenin istəyi üzərinə edam edildi. İmperator onun yerinə Aşina Yuankini təyin etdi. Ardı »

Dunya ve tarixiÇyançü

Şanyü Çyançü bir hun əyanı idi. Hunların Qiyan qəbiləsindən olan Çyançü imperator tərəfindən şanyü təyin edilmişdi. Qiyan qəbiləsi hun qanunlarına hökmdarlığa iddia edə bilməzdi və bu qəbilə üzvləri şanyü ola bilməzdi. Ancaq Luanti sülaləsindən çıxanlar şanyü olurdu. Bu hadisəyə etiraz edən hunlar qərbə köçdülər. Çyançü 9 il hakimiyyətdə olduqdan sonra üsyançı hunlar 100.000 əsgərlə onu devirərək öldürdü. Onun qəbiləsindən gələnlər Qanqlılar adlanır. [1]
↑ Pulleyblank, Edwin George (1963). "The consonantal system of Old Chinese. Part II". Asia Major 9: 206–265. Retrieved 2011-02-06. Ardı »

Dunya ve tarixiSultan Məsud Qəznəvi

Məsud Qəznəvi - Qəznəvilərin üçüncü sultanı.
[redaktə]
Həyatı

Sultan Mahmudun oğlu Məsud (1030-1041) hakimiyyətə gəldi və qardaşı ona müqavimət göstərdi. Məsud əyanlara arxalanaraq qardaşını zərərsizləşdirə bildi. Məsud əyanlardan asılı oldu. Ölkədə rüşvətxorluq baş alıb gedirdi. Xarəzm Qəznəvilərdən ayrıldı. Qəznəvilərdə daxili ziddiyyətlər kəskinləşdi, səlcuqların Qəznəvi dövlətini sıxışdırması da gücləndi. Bütün bunlar dövlətin zəifləyib iflas etməsi ilə nəticələndi. 1040-cı ildə Dəndənəkan döyüşündə səlcuqlar qəznəvilərə qalib gəldilər. Bundan sonra Qəznəvi dövlətinin tərkibində ancaq Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. Ordu Məsudun məğlubiyyətindən narahat olaraq onu Məhəmməd Qəznəvi ilə dəyişdilər. Sultanın qızı Hürreyi Xuttali Məhəmməd Qəznəvinin oğlu Əhməd Qəznəvi ilə evləndirildi. Məsud həbs olunduğu qalada sui-qəsd nəticəsində öldürüldü Ardı »

Dunya ve tarixiII Əhməd

Sultan II Əhməd (1691-1695)

Sultan İbrahimin oğludur. 1643-cü ildə anadan olub. 21 İyun 1691 də taxta çıxdığı zaman 49 yaşında idi. Sultan II Əhməd, taxta çıxdıqdan sonra ilk olaraq, Avstriya üzərinə gedən Sərdar Fazıl Mustafa Paşaya fərman göndərərək sədarətinin və səfərin iddiamını dilədi. Fazıl Mustafa Paşa, 20 iyulda Belqradaya çatan Osmanlı Ordusunu, Krım qüvvələrinin gəlməsini gözləmədən və hərb məclisinin qərarına zidd olaraq Petervaradin önlərində olan Avstriya Ordusu üzərinə apardı. Şiddətli keçən hərbin ilk anlarında Osmanlı Ordusu üstün vəziyyətdə ikən sərdarın vurularaq şəhid düşməsi səbəbindən, vəziyyət Osmanlılar əleyhinə döndü. Beləcə Salankamen döyüşü uduzuldu. Bu döyüşdə tarixçilərin, alim, dindar, alicənab, ağır və ədalətli bir Ardı »

Dunya ve tarixiÇingiz xan

Çingiz Xan (monq. Чингис Хаан; d. 1162 - ö. 11 avqust 1227) - görkəmli Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında biləşdirərək, insanlıq tarixində ən böyük dövlət olmuş Böyük Monqol imperiyasını (1206-1368) qurmuşdur.Mündəricat [gizlə]
1 Arxa plan
2 Yesugey xan və Çingizin anadan olması
3 Uşaqlığı
4 Evliliyi
5 Xan olması
6 Dini görüşü
7 Xarici keçidlər

[redaktə]
Arxa plan

Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə – bozqır aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər ölkələrdəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nurvə Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman Ardı »

Dunya ve tarixiCahanşah dövrü

1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən şirvanşah 1 Xəlilullahın köməyinə Şahrux gəlir. Cahanşah da qardaşına qarşı çıxış edir. İskəndər birləşmiş qoşunların təzyiqinə davam gətirməyərək, Şirvandan baş götürüb qaçır. 1435-ci ildə İskəndərin məğlubiyyətindən sonra Şahrux Azərbaycan hakimliyini Cahanşaha tapşırır. İskəndər növbəti dəfə öz hakimiyyətini bərqərar etmək məqsədilə Təbrizi tutmaq istəyir, ancaq Cahanşahla Şirvan əmirlərinin birləşmiş qoşunları onun ordusunu darmadağın edirlər. O, Naxçıvan yaxınlığındakı Əlincə qalasına qaçır Ardı »

Dunya ve tarixiOsmanlı İmperiyası

Osmanlı İmperiyası [1] (Osmanlıca: دولت عالیه عثمانیه, Devlet-i Âliyye-i Osmaniyye [2]) — çoxmillətli və çoxdinli Türk dövləti. 1922-ci ildə səltənətin qaldırılması ve monarxiyadan respublikaya keçidin rəsmiləşməsindən sonra Türkiyə dövlətinin tarixində Osmanlı dönəmi bitmiş, dövlət mövcudiyyətinə cumhuriyyət olaraq davam etmişdir.

Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik ilinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirmiş və öz paytaxtına çevirmişdir. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlətin qurucusu və Osmanlı sülaləsinin banisi olan Osman bəy Oğuzların Kayı boyundandır. Osmanlı mahiyyətcə əsası 1077-ci ildə Selcuqlular tərəfindən Ardı »

Dunya ve tarixiElxanilər dövləti

Elxanilər dövləti və ya Hülakular – 1256-cı ildə Çingiz xanın nəvəsi Hülaku xan (1256-1265) özünün Hülakular dövlətini (1256-1353) yaradır. Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. "Elxani" adı; "Böyük Xaqanlıq" mənasını verir. Belə ki, Elxanilərin öz bayraqları və pul vahidləri olsa da, əyalət sayılırdı və monqolların Böyük Xaqanına tabe idi. "Elxani" sözünün digər izahı – El – İl – əyalət – vilayət xanıdır (Elxani: Xana tabe olan torpaqlar). Dövlətin çox böyük və sürətli ordusu vardı.

1231-ci ildə monqollar Çormoğonun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Yerli əhalinin şiddətli müqavimətinə baxmayaraq, 1239-cu il üçün Azərbaycan bütövlüklə monqollar tərəfindən Ardı »