Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dunya ve tarixiSultan Mahmud haqqında rəvayətlər

Yeni hakimiyyət altına alınan bir Tacik qəsəbəsindən biri bir gün gəlib Sultan Mahmud ilə görüşmək istədiyini deyir, ancaq cangüdənlər təhlükəsizlik amilini nəzərə alıb onu Mahmudun yanına getməyə qoymurlar. Tacik təkid edir və səsini ucaldır. Səsi eşidən Mahmud Qəznəvi otağından çıxır və məsələnin nə olduğunu soruşur, vəziyyəti ona deyirlər. Taciki yanına gətizdirir və "Dərdin nədir?" -deyir. Tacik də, "Onu sənə burada deyə bilmərəm, xəcalət çəkirəm, biraz bunların yanından aralanaq"-deyir. Biraz aralanan kimi Tacik başlayır başına gələnləri deməyə.

"Siz buranı tutandan bir neçə gün sonra bu boyda, bu buxunda, bu yaşlarda olan bir əsgəriniz gəlib məni evdən çıxartdı, balaca uşaqlarım və yoldaşımla bir müddət Ardı »

Dunya ve tarixiQara Əhməd Paşa

Qara Əhməd Paşa - Qanuni Sultan Süleyman səltənəti dövründə (1553-1555) Osmanlı dövlətinin Sədrəzəmi.

Alban yığmalarından olub, sarayda yetişmişdir. Qapıçıbaşı olaraq çölə çıxıb sonra yeniçəri ağası, Rumeli Bəylərbəyi olmuş və ikinci vəzir ikən 27 İyul 1552-ci ildə Temeşvarı zəbt etmişdir. Qara Əhməd Paşa, Osmanlı tarixində Temeşvar Fatehi olaraq tanınmış qiymətli bir şəxsdir. Ayrıca, Macarıstan və İran səfərlərində və Gürcüstanın zəbtində böyük xidmətləri olmuşdur. Yavuz Sultan Səlimin qızı Fatma Sultan ilə evlənmişdir.

İkinci vəzir olaraq Şərqi Anadolu və Gürcüstan tərəflərində fəthlərdə olmuşdur. Ərzincan Kemahda İranlıları böyük bir məğlubiyyətə uğratdı (1549). Sokullu Məhməd Paşanın yerinə Macarıstan sərdarlığına gətirildi (1552). Tımaşvarı aldı. Əyri Qalasını mühasirə etdi ancaq Ardı »

Dunya ve tarixiVifiniya

Vifiniya (Yunanca Bithinia (Βιθυνια), Bithinis (Βιθυνις)), Kiçik Asiyanın şimali-qərbində, şimalında Qaradəniz, cənubunda Frikiya, Qalatiya, qərbində Propontis, şərqində Paflagoniya və Qalatiya ilə hüdudlanmış, bugünkü Kocaeli, Sakarya, Biləcik, İznik, Düzcə, Yalova, Bolu, Kastamonu, Bursa, Bartın və Zonquldak illərinin yerləşdiyi coğrafi sahənin, antik çağ ve sonrasındaki adı olub [1] miladdan öncə 2.000 ilin ortalarında Trakyadan köç edən[2] Bittni adlı etnos tərəfindən işgal edilmiş və miladdan əvvəl 2-ci yüzildə bir çarlığa dönüşmüşsə də, miladdan əvvəl 74 ildə Roma İmperiyasının əsarəti altına düşmüşdür [3].Mündəricat [gizlə]
1 Coğrafiya
2 Tarix
3 İstinadlar
4 Xarici keçidlər

[redaktə]
Coğrafiya

Qədim dövr və Roma İmperiyası dönəmində Propontis (Mərmərə dənizi)ni çevrələyən Nikomediya, Xalkedon, Cius və Apameya Ardı »

Dunya ve tarixiKösəm sultan

Kösəm sultan (1590-2 sentyabr 1651[1]) Validə Sultan

Sultan I Əhmədin xanımı, Sultan IV Murad və Sultan I İbrahimin annalarıdır. Osmanlı tarixinin ünlü və təsirli qadınlarından olan Kösəm Sultan, 1590-cı ildə Bosniyada Anastasya adıyla doğuldu. Bosniya Bəylərbəyi tərəfindən İstanbula qızlarağasına göndərildi 15 yaşındaykən Sultan I Əhmədə xasəki oldu. Keskin zəkasıyla padişahı təsiri altına aldı və bütün saraya nüfuzunu qəbul etdirdi.Mündəricat [gizlə]
1 Həyatı
2 İlk görüşdəcə vuruldu
3 Osmanın planları böyük idi
4 Köşəm muradına çatır
5 IV Murad anasını neytrallaşdırır
6 Köşəm siyasətə qayıdır
7 Dövləti yenidən dirçəldən oğlunu öldürtdürür
8 Kösəm bu dəfə nəvələrini hədəfə götürür
9 İstinadlar
10 Həmçinin bax
11 Xarici keçidlər

[redaktə]
Həyatı

Osmanlının zəifləməsinin və çökməsinin günahkarları axtarılan zaman Ardı »

Dunya ve tarixiOsmanlı sülaləsi

Osmanlı sülaləsi, Osmanlı imperiyasını təqribən 600 il idarə edən xanədandır. Osmanlılar, Osmanoğulları, Âl-i Osman və Hanədan-ı Âl-i Osman olaraq da bilinir. Sülalə adını, Osmanlı bəyliyinin qurucusu olan Osman bəydən alıb. Osmanlı sülaləsinin 1299-cu ildə başlayan idarəsi, 1922-ci ildə Ankara hökümətii ləğv etmişdir.Mündəricat [gizlə]
1 Tarixi
2 Sultanları
2.1 Osman bəy
2.2 Orxan bəy
2.3 Sultan I Murad
2.4 I İldırım Bayazid
2.5 Sultan I Mehmed
2.6 Sultan II Murad
2.7 Sultan II Mehmed
3 Soykökü
4 İstinadlar
5 Həmçinin bax
6 Xarici keçidlər

[redaktə]
Tarixi

Osmanlı xanədanı Oğuzların Qayı boyuna mənsub idi. Bir uc bəyliyi olaraq tarix səhnəsinə çıxışından etibarən lazım olan dini, ictimai və iqtisadi dəyişiklikləri etməkdən çəkinməyən Osmanlı bəyliyi qısa bir müddət Ardı »

Dunya ve tarixiQaraqoyunlu dövlətinin süqutu

Həmin vaxtlarda gün-gündən möhkəmlənən və görkəmli sərkərdə və siyasi xadim Uzun Həsənin idarə etdiyi Ağqoyunlu dövləti formalaşırdı. Uzun Həsən tez-tez Cahanşahdan vassal asılılığında olan torpaqlara hücum çəkirdi. Onun fəallaşdığını görən Cahanşah Osmanlı sultanının məsləhəti ilə qəti qərar verir. Qoşun toplayaraq, onu Ağqoyunluların paytaxtı Diyarbəkirə yönəldir. Lakin yaxın adamlarının təkidi ilə o, döyüşə girmir və qoşunu qışlamağa göndərir. Bundan istifadə edən Uzun Həsən 1467-ci ilin yazında Ermənistanın cənubundakı Muş düzənliyində qəflətən Cahanşahın qoşunlarına hücum çəkir və onu məğlub edir. Az sonra o, qoşunlarından xəbərsiz halda (Səncəq) Çubuqcur adlanan yerdə əyanları ilə ziyafət keçirən Cahanşahın üzərinə yeriyir və İskəndər adlı bir döyüşçü Cahanşahı Ardı »

Dunya ve tarixiAxeya (Roma əyaləti)

Axeya, adını müasir Mora yarımadasındakı antik şəhərdən alan Roma imperiyasının bir əyaləti.

Ətrafı Makedoniya və Efir şəhərləri ilə çevrili olub eradan əvvəl 146-cı ildə Roma imperiyasının sərhədlərinə qatılmış və eradan əvvəl 27-ci ildə bir əyalət halına gətirilmişdir. Ardı »

Dunya ve tarixiErməni terror dəstələri

XIX əsrin sonu XX əsrin əvvəllərində ermənilər terror dəstələri yaradaraq Osmanlı Dövlətinin əraziləri hesabına özlərinin dövlətini yaratmaq istəyirdilər. Bu işdə ermənilərə Osmanlı dövlətinin mövcudluğunu istəməyən böyük dövlətlər tərəfindən köməklik edilirdi. Erməni terror dəstələrinin yaradılması və fəaliyyəti haqqında yazılmış ədəbiyyat və faktlarla tanış olmadan öncə türk-erməni, rus-erməni və türk-rus münasibətlərini nəzərdən keçirməyimiz məqsədə uyğundur.

Səlcuq türkləri tərəfindən Anadolu fəth edildikdən sonra ermənilərə geniş hürriyyət, dini inam və ibadətlərində sərbəstlik verildi.

Osmanlı idarəçiliyi dövründə də ermənilərə qarşı münasibət dəyişməmişdir. Sultan Mehmet Fateh İstanbulu fəth etdikdən sonra 1461-ci ildə Bursadakı erməni patriarxı Avakimi bir sıra erməni ailəsi ilə birlikdə İstanbula dəvət etmiş və Samatyadakı "Sulmanastır" adlanan Ardı »