Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Y hərfiYuxuda Yalançı görmək

Yuxuda yalançı hesab etdiyiniz insanları görmək mühüm saydığınız bir işdə etibarı itirəcəyinizə işarədir. Qadın yuxuda sevgilisinin yalançı olduğunu fikirləşirsə, bu xəbərdarlıqdır: ola bilsin, onun nalayiq hərəkəti yaxın dostunu itirməsinə səbəb olacaq. Yuxuda kimsə sizi yalançı adlandırıbsa, bu, yalançı dostlarınızın xəyanəti ilə bağlı sizi gözləyən xoşagəlməz hadisələrə işarədir Ardı »

Y hərfiYuxuda Yumurta sarısı görmək

Əgər yuxuda yumurta sındırmısınızsa və içində sarısı yoxdursa, sizi uğursuzluqlar gözləyir. Qadın belə yuxu görübsə onu qısqanclıq səhnələri gözləyir.Yumurtanı şəkərlə çalmaq əməyə görə təltif olunmağa işarədir. Yumurtanın sarısını ağından ayırmaq həyat yoldaşı ilə ola bilsin ki, məhkəmə prosesi və ya boşanmaya işarədir. Gənc qız üçün belə yuxu onun kaprizlərinə görə pərəstişkarlarından məhrum olacağına işarədir. Ardı »

Y hərfiYuxuda Yolka görmək

(Yeni il yolkası) Yuxuda yeni il yolkası görmək sevincli hadisələr və xoşbəxt taleyə işarədir. Yuxuda bəzədilməmiş yolka görmək o deməkdir ki, bayramdan sonra xoşagəlməz hadisələr ola bilər. Ardı »

Y hərfiYEMƏK YEMƏ

Röyada xörək yemək-nə cavanlar üçün, nə də yaşlılar üçün yaxşı röya sayılır. Bəzi xırda-para narazılıqları ifadə edir. Çeşid-çeşid yemək görmək-sosial durumda bir dəyişikliyə; ət yeməkləri-yoxsulluqdan qurtulub zəngin olmağa; bəyaz, səbzəli yeməklər-ərzağa, yeyəcək şeylərinə; turş və sarı rəngli yeməklər-xəstəliyə işarə sayılır. Ardı »

Y hərfiYuxuda Yuva görmək

Yuxuda quş yuvasına baxmaq o deməkdir ki, uğurlu sahibkarlıqla maraqlanacaqsınız. Gənc qadına bu yuxu yaşayış yerini dəyişməkdən xəbər verir. Boş yuva görmək dostunuzla ayrılığa işarədir. Yuvada quşun kült yataraq bala çıxarması o deməkdir ki, ailə münasibətləriniz qaydasına düşəcək, uşaqlarınız isə şən və sözəbaxan olacaqlar.Yuvada sınıq yumurtalar görmək uğursuzluq və kədərə işarədir. Boş yuva iş həyatınızda uğursuzluğa işarədir. Lakin yumurtalarla dolu quş yuvası uğurlu səyahətə işarədir. Yuvada quş balası görmək qarşıda sizi qəm və kədərin gözləyəcəyinə işarədir. Ardı »