Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Y hərfiYIRTMAQ

Yuxuda hirslənib öz paltarını, geyimini cırıb-tökmək-röya sahibi dindardırsa, mövqeyində yüksələcək, dindar deyilsə, qayğıya, sıxıntıya düçar olacaq. Ardı »

Y hərfiYuxuda Yalançı görmək

Yuxuda yalançı hesab etdiyiniz insanları görmək mühüm saydığınız bir işdə etibarı itirəcəyinizə işarədir. Qadın yuxuda sevgilisinin yalançı olduğunu fikirləşirsə, bu xəbərdarlıqdır: ola bilsin, onun nalayiq hərəkəti yaxın dostunu itirməsinə səbəb olacaq. Yuxuda kimsə sizi yalançı adlandırıbsa, bu, yalançı dostlarınızın xəyanəti ilə bağlı sizi gözləyən xoşagəlməz hadisələrə işarədir Ardı »

Y hərfiYAZI YAZMAQ

Röyada yazı yazma-hiyləni; yazı yazanı görmək isə-hiyləgər bir adamı ifadə edir. Öz yazısını çirkin olduğunu görən adam günahlarından tövbə edər. Kitab yazdığını görən, lakin onu tamamlaya bilməyən kimsənin işləri yarımçıq qalar. Yuxuda yazı yazmağa çalışmaq, lakin gözəl xətlə yaza bilməmək-röya sahibi qorxu və zəhmət içində olsa da, sonda gözəl nəticələr əldə edəcək. Bir kağız üzərində yazı yazmaq-mirasa qovuşmaqdır. Yuxuda sol əliylə yazı yazan adamın zina yoluyla bir cocuğu doğulacaq və bu uşaq böyüyüb şair olacaqdır. Röyada kitab yazdığını görən kimsə yüngül bir xəstəlik keçirəcəkdir. Ardı »

Y hərfiYUYUNUB-YAXALANMAQ

Tasa və sıxıntılardan qurtulmağa; qulağını yumaq-xoş xəbərlərə; başını yumaq-düşməninizdən üstün olmağa yozulur. Ardı »

Y hərfiYERƏ BATMAQ

Röyada yerə batmaq-hökmdar tərəfindən meydana gələcək qorxu və təhdidə yozulur. Yerə batdığını görən adam əzaba düşəcək. Heç bir çuxur olmasa da, yerə batdığını və çox dərinə getdiyini görən və ordan çıxa bilməyəcəyini anlayan adam aldadılacaqdır. Ardı »

Y hərfiYuxuda Yarpaq görmək

Yuxuda yarpaq görmək xoşbəxtlik və biznesinizin yaxşılaşacağına işarədir. Solmuş yarpaqlar yalançı ümidlər və gələcək haqqında sizi həyəcanlandıracaq qəmgin xəbərlərə işarədir. Gənc qadın yuxuda solğun yarpaqlar görübsə, sevgilisi onu toy ərəfəsində tərk edəcək. Bəzən bu, ölümə işarədir. Yarpaqlar yaşıl və təzədirsə, o, miras alacaq və varlı bir insana ərə gedəcək. Ayaqlarınızın altında, başınızın üstündə qızıl yarpaqlar həsəd oyadan gələcəyə işarədir. Ardı »