Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Y hərfiYANAQ

Yanaq yuxuda-xeyrə, bolluğa və bərəkətə, bəzən də üzüntüyə, kədərə və xəstəliyə işarədir. Qırmızı və ətli yanaq-rütbə və məqama, xəstəlikdən qurtulmağa, qismətə, sevincə yozulur. İki yanaq-gözəlliyi və ya sevimli bir şeyi, ya da o yanaqları öpəcək adamı ifadə edir. Sarı və ya qara yanaq-qorxu, üzüntü və etibardan düşmək anlamındadır. Ardı »

Y hərfiYuxuda Yepiskop görmək

Müəllimlər və yazıçılar üçün yuxuda yepiskop görmək əziyyət və qarışıq işlərlə bağlı böyük ürəkağrıları deməkdir. Ticarətçi üçün ona böyük miqdarda pul itkisi verən boş, mənasız alış-verişə işarədir. Yuxuda yepiskop görən adamı xəstəliklər, ağır işlər gözləyir. Əgər yepiskop sizi yuxuda tərifləyirsə, sizi bütün işlərdə, o cümlədən sevgidə uğur gözləyir. Ardı »

Y hərfiYuxuda Yad adamlar görmək

Yuxuda yad adam çətin tapmacalar təqdim edə bilər.Əksər hallarda bu sadəcə üzdən tanıdığımız və yaxud da adını bildiyimiz adamlar ola bilər.Yad adam obrazı bizim dünyanı necə qəbul etməyimizlə bağlı gözlərimizi aça bilər. Müxtəlif nəzəriyyəçilər onların kim olduğu və ürəyimizə necə girməklə bağlı çoxsaylı izahlar verə bilərlər.İstənilən yuxunu yozmaq üçün həmin yuxuda iştirak edən iştirakçıların siyahısını dəqiqləşdirmək lazımdır. Karl Yunq nəzəriyyəsinə görə, Mən sözündə kişi şəxsiyyətinə qadın əlavəsi və qadın şəxsiyyətinə kişi əlavəsi var.Bu əlavələr yuxularımıza girən psixi proyeksiyalardır.Kişinin yuxusuna yad adam girəndə, onun hərəkəti xəyal edən adamın şəxsiyyətinin proyeksiyası ola bilər.Bu yuxularına kişi cinsindən olan yad adamların girdiyi qadınlar üçün ədalətlidir. Ardı »

Y hərfiYALTAQ, YALANÇI

Ətrafınızı saran yalançı, hiyləgər və şarlatan adamların pisliklərindən özünüzü qorumağın vacibliyinə işarədir. Ardı »

Y hərfiYuxuda Yırğalanan kreslo görmək

Yuxuda yırğalanan kreslo görmüsünüzsə, yaxşı əlamətdir. İstənilən şəraitdə özünüzə inam, rahatlıq və mehribanlıq tapacaqsınız. Yuxuda ananızın, həyat yoldaşınızın, yaxud sevgilinizin yırğalanan kresloda əyləşdiyini görmüsünüzsə yaxşı əlamətdir. Sizi sevinc gözləyir. Əgər boş kreslo görmüsünüzsə, ağır itki və tənhalığa işarədir. Belə yuxunu görən hər bir kəsi hansısa bədbəxtlik gözləyir.
Yuxuda boşluqda, yəni havada yırğalanmaq, sanki uçmaq-həyatda birdən-birə yüksələcəyinizə, etibarınızın artacağına işarədir. – Üzmədən suyun üzərində ləngərlənib yırğalanmaq-könül xoşluğuna, fərəhə və səadətə əlamət sayılır. Ardı »

Y hərfiYELKƏN

Yuxuda gəmi yelkəni görmək-röya sahibinin səltənət və ya dövlət başqanlığıyla ilgili olmasına işarədir. Özünə yelkən hazırlandığını görmək-röya sahibi səltənətə, qüdrətə və şərəfə yetişəcək. Bu yuxunu görən hökmdardırsa, o, qüvvətli bir ordu yaradaraq güclü bir düşməndən əmin olacaq, vara, qüdrətə, ucalığa yetişəcəkdir. Ardı »

Y hərfiYuxuda Yeraltı mağara, zirzəmi görmək

Yuxuda yerin altında yaşamaq sizin etibarınız və adınıza xələl gətirəcək təhlükəyə işarədir. Yuxuda yeraltı dəmir yolu ilə gedirsinizsə, bu o deməkdir ki, tezliklə sizin üçün kədərli hadisələrə səbəb olacaq qeyri-adi işlərə cəlb olunacaqsınız. Ardı »

Y hərfiYEMƏK BORUSU

Bir müddət sıxıntı keçirdikdən sonra bolluğa qovuşacağınıza işarə sayılır. Ardı »