Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SurelerƏBƏSƏ surəsinin təfsiri

ƏBƏSƏ surəsi
Məkkə surələrindəndir.
Bismilləhir Rəhmani Rəhim!

1) Qaşqabağını töküb üzünü çevirdi. 2) Yanına kor gəldi deyə; 3) Nə bilirsən, bəlkə də, o təmizlənəcək! 4) Yaxud öyüd alacaq və öyüd ona fayda verəcək. 5) Ehtiyacsız olduğunu hesab edənə gəlincə;

6) Sən ona tərəf çevrilirsən. 7) Onun təmizlənməməsi sənlik deyil! 8) Sənin yanına qaçaraq gələn; 9) Və qorxan kimsəyə gəldikdə isə; 10) Sən onunla maraqlanmırsan. 11) Xeyr! Həqiqətən, bu bir öyüddür! 12) İstəyən ondan öyüd alar. 13) Əzəmətli səhifələrdə; 14) Yüksək, tərtəmiz! 15) Elçilərin əlləri ilə! 16) Çox dəyərli, çox möhtərəmdirlər.

Bir çox təfsir alimləri qeyd edirlər ki, bir gün Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Ardı »

SurelerNISA

[b]1 Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!
2 Yetimlərin mallarını (həddi-buluğa çatdıqda) özlərinə verin və pisi (haramı) yaxşı ilə (halalla) dəyişdirməyin! (Yetimlərin malı sizə haram, öz malınız isə halal olduğu halda, onları bir-birilə dəyişməyin!) Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.
3 Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və Ardı »

Sureler“ALİ-İMRAN” (“İMRANIN AİLƏSİ”)SURƏSİNİN TƏFSİRİ 51-101ayələr

(51) “Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! Çünki bu, düz yoldur”.

Allah, əvvəlki səmavi Kitablara bənzəyən Kitabı Məsihə təlim etdi, ona insanlar arasında ədalətlə mühakimə yürütməyi öyrətdi və peyğəmbərlik verdi. Allah onu İsrail oğullarının yanına göndərdi və açıq-aşkar ayələrinin və inandırıcı dəlillərinin köməyi ilə ona yardım etdi. Onların sayəsində o, insanlara özünün, həqiqətən, Allahın elçisi olduğunu sübut edən möcüzələr göstərdi. Allahın iradəsi ilə gildən quşabənzər bir şey düzəldib ona üfürən kimi, o şey canlı quşa çevrildi. Allahın iradəsi ilə, o, nəinki görməkdən, hətta gözdən məhrum olan insanlara da görmə qabiliyyəti qaytarır və cüzamlıları sağaldırdı. Allahın iradəsi ilə Ardı »

Sureler“ƏZ-ZƏLZƏLƏ” SURƏSİNİN TƏFSİRİ

Məkkə surələrindəndir.

İmam Əhməd deyir: Bizə Əbu Əbdürrəhman Abdulla ibn Amrdan belə nəql edir ki, bir nəfər Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına gəlib dedi: “Oxut mənə, ey Allahın elçisi!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ona dedi: “Əlif, Ləm, Ra ilə başlayan üç surə oxu!” Həmin adam Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) dedi: “Yaşım adlayıb, qəlbim yab gətirmir, dilim də ağırlaşıb”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Hə-mim hərfləri olan surələrdən oxu!” Həmin adam əvvəlki sözlərini bir daha təkrarladı. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dedi: “Təsbehat ilə başlayan üç surə oxu!” Ardı »

Sureler“ƏL-KÖVSƏR” surəsinin təfsiri

Məkkə surələrindəndir.

Bismilləhir Rahmənir Rahim!

1) Həqiqətən, Biz sənə Kövsər əta etdik.
2) Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!
3) Sənin düşməninin özü sonsuzdur!

İmam Əhməd deyir: Bizə Məhəmməd ibn Fudeyl Ənəs ibn Malikin belə dediyini nəql etmişdir: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bir balaca yuxuya getdi və başını qaldırıb gülümsədi. Ya o, ya da ona “niyə güldün?” deyə sual edildi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Bir qədər əvvəl mənə bir surə nazil oldu”. Və oxumağa başladı: “Mərhəmətli və Rəhimli Allahın adı ilə! Həqiqətən, Biz sənə Kövsər əta etdik”. O, surəni sonadək oxudu və dedi: Ardı »

SurelerERAF

[*]1 Əlif, Lam, Mim, Sad.
2 Bu, (kafirləri cəhənnəm əzabı ilə) qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. (Ya Rəsulum!) Ondan (onun təbliğindən) ötrü ürəyində bir sıxıntı olmasın!
3 Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!
4 Biz neçə-neçə məmləkətləri (onların əhalisini) məhv etdik. Əzabımız onlara (Lut peyğəmbərin qövmünə) gecə (yatarkən), yaxud (Şüeyb peyğəmbərin qövmünə) günün günorta çağı (istirahət edərkən) gəldi.
5 Əzabımıza düçar olduqları zaman onların: “Biz həqiqətən, zalım olmuşuq!” – deməkdən başqa heç bir sözləri olmamışdır.
6 (Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də Ardı »

Sureler“ƏL-MƏUN” surəsinin təfsiri

Bismilləhir Rahmənir Rahim!

Məkkə surələrindəndir.

1) Dini yalan hesab edəni gördünmü?
2) O elə biridir ki, yetimi itələyib qovar;
3) Və yoxsulu yedirtməyə rəğbətləndirməz.
4) Vay halına o namaz qılanların ki,
5) Onlar öz namazlarından qafildirlər;
6) Onlar riyakarlıq edər,
7) Və (məun) zəkat verməyi qadağan edərlər.

Allah təala buyurur ki, “Ey Məhəmməd, sən dini, yəni qayıdış gününü, o gün mükafat və ya cəza alınacağını yalan sayanı gördünmü? “O elə biridir ki, yetimi itələyib qovar”. O, yetimə təzyiq göstərib zülm edən, haqqını alıb, yedirməyən və ona əl tutmayan biridir. “Və yoxsulu yedirtməyə rəğbətləndirməz”. Allah təala başqa bir ayədə buyurur ki, “Xeyr! Doğrusu, siz özünüz Ardı »

SurelerIBRAHIM

1 Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) – yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik.
2 Elə bir Allah ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur. Düçar olacaqları şiddətli əzabdan ötrü vay kafirlərin halına!
3 O kəslər ki, dünyanı (fani dünya malını) axirətdən (axirət nemətlərindən) üstün tutur, (insanları) Allah yolundan döndərir (islam dinini qəbul etməyə mane olur) və o yolu əyri hala salmaq istəyirlər. Onlar (haqq yoldan) azıb uzaq düşmüşlər.
4 Biz hər bir peyğəmbəri yalnız öz Ardı »