Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SurelerƏL-İNŞİQAQ surəsinin təfsiri

Məkkə surələrindəndir.


Malik, Abdulla ibn Yezid vasitəsilə Əbu Sələmədən rəvayət edir ki, Əbu Hureyrə onlara “Göy yarılacağı zaman” (əl-İnşiqaq surəsi) surəsini oxudu və səcdə etdi. Səcdədən qalxdıqdan sonra, onlara Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) bu surəni oxuyarkən səcdə etdiyini bildirdi.

Hədisi Muslim və Nəsai Malik vasitəsi ilə nəql etmişlər. Buxari deyir: Əbu Neman, Mutəmir vasitəsilə atasından, o da Bəkrdən Əbu Rafinin belə dediyini nəql edir: “Əbu Hureyrə ilə birlikdə namaz qıldım. O, “Göy yarılacağı zaman” surəsini oxudu və səcdə etdi. Mən bu haqda ondan soruşduqda, mənə belə cavab verdi: “Əbul Qasimin ( Peyğəmbəri (Ona Allahın salavatı və salamı olsun!) nəzərdə Ardı »

SurelerHUD SURƏSİNIN ŞƏRHİ 41-60

(11.41) “Nuh dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir”.

Nuh (ə) əmr aldıqdan sonra dedi: “Gəmiyə minin! Bu gün o, Allahın adı ilə üzəcək və Onun iradəsi ilə dayanacaqdır. Həqiqətən, mənim Rəbbim – Bağışlayan və Rəhmedəndir. O, bizi bağışlamış, bizə rəhm etmiş və ədalətsiz xalqın əlindən xilas etmişdir”.



(11.42) “Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu (Kənanı) haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”

Allah gəminin hərəkətini elə təsvir etdi ki, sanki biz öz gözümüzlə onu müşahidə edirdik. Nuh (ə) və onunla birlikdə Ardı »

SurelerƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 71- 85 Ayələr

(71) “Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin, düşmənə qarşı ya bölüklərlə, ya da hamınız birgə çıxın”.

Uca Allah mömin qullarına kafir düşmənlərdən qorunmağı tapşırır. Bu o deməkdir ki, onlar istənilən imkandan istifadə edərək onlarla döyüşə və onların təcavüzünü dəf etməyə hazırlaşmalıdırlar. Bu tədbirlər qalaların tikilməsindən, səngərlərin qazılmasından, atış təlimindən və at sürməkdən, hərbi sənayeni inkişaf etdirməkdən, rəqibin ehtimal edilən hücum və geri çəkilmə yollarının öyrənilməsindən, onların planlarının aşkar edilməsindən və Allah yolunda qoşun səfərbərliyindən ibarətdir.
Məhz buna görə, müsəlmanlara, ya ayrı-ayrı dəstələr tərkibində qoşunların bir hissəsi ilə müharibəyə getmək, müsəlmanların digərlərinə evdə qalmaq, ya da hamılıqla birlikdə hərbi səfərlərə çıxmaq əmr olun-muşdur. Onlar Ardı »

SurelerRAD

1 Əlif, Lam, Mim, Ra! Bunlar Kitabın (Quranın) ayələridir. Rəbbindən sənə nazil olan (Quran) haqdır, lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (ona) inanmaz.
2 Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan (ərş üzərində bərqərar olan), müəyyən vaxta (dünyanın axırına – qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!
3 Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün) döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-meyxoş və s. olmaqla) Ardı »

SurelerNEMI

1 Ta, Sin! Bu, Quranın və (haqqı batildən ayıran) açıq-aydın bir Kitabın ayələridir!
2 Möminlərə (doğru yol göstərən) rəhbər və (Cənnətlə) müjdədir.
3 O kəslər ki, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, zəkat verir və axirətə möhkəm inanırlar.
4 Həqiqətən, axirətə inanmayanların (pis) əməllərini özlərinə yaxşı göstərdik. Onlar (öz azğınlıqları içərisində) şaşqın bir vəziyyətdədirlər.
5 Onları (dünyada) çox pis əzab gözləyir, (imanı küfrə dəyişdirməklərinə görə) axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır!
6 (Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy təlim) olunur.
7 Bir zaman Musa (Mədyəndən Misirə gedərkən) ailəsinə demişdi: “Mən bir od gördüm, (siz burada durun) mən də Ardı »

SurelerƏL-ƏNFAL(“QƏNİMƏTLƏR”)SURƏSİNİN ŞƏRHİ 41-60

(8.41) “(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!”

Əgər müsəlmanlar kafirlərin əmlakını, haqları olduğu halda, ələ keçiriblərsə, onda onun kəmiyyətindən asılı olmayaraq, beşdə dörd hissəsi hərbi qəniməti ələ keçirən müsəlmanlara çatır. Allah hərbi qəniməti zəbt edənləri onun (beşdə bir hissəsi istisna edilməklə) mülkiyyətçisi elan etmişdir. Deməli, hərbi qənimətin beşdə dörd hissəsi döyüş iştirakçıları arasında bölüşdürülməlidir, özü də Ardı »

SurelerHUD SURƏSİNIN ŞƏRHİ 1-20

Mərhəmətli və Rəhmli Allahın adı ilə!


(11.1) “Əlif. Ləm. Ra. Bu, Müdrik və Xəbərdar olan tərəfindən ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır”.

Fövqəluca Allah Müqəddəs Quranı ayələri gözəl və kamil olan Böyük Kitab və Mübarək Vəhy adlandırmışdır. Onda həqiqi tarixi hekayətlər, ədalətli hökmlər və qadağalar öz əksini tapmışdır. Onun sözləri bəlağətli, onların mənası isə çox gözəldir. Allah bu ayələrin məzmununu ən mükəmməl surətdə izah etmişdir, axı Onun adları arasında Müdrik və Hər şeyi Bilən adları vardır. O, hər şeyi öz yerində yerləşdirir, aşkar və qeybə aid olan hər şey haqqında biliyə malikdir, Onun hökmləri və qadağaları ilahi hikmətinə həmişə uyğun Ardı »

SurelerLOGMAN

[b][color=#c238dd]1 Əlif, Lam, Mim!
2 Bu hikmətli Kitabın (Quranın) ayələridir.
3 (O Quran) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir.
4 O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar.
5 Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da (axirət əzabından qurtarıb savaba yetişənlər də) onlardır!
6 İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.
7 Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə arxasını Ardı »