Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SurelerALI IMRAN

1 Əlif, Lam, Mim!
2 Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur.
3 Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Quranı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi.
4 Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir!
5 Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz.
6 Bətnlərdə (anaların bətnində) sizə istədiyi surəti verən Odur! O qüdrət, hikmət sahibindən başqa heç bir tanrı yoxdur!
7 (Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) Ardı »

SurelerƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 16-30 Ayələr

(16) “Aranızda belə yaramaz iş tutanların hər ikisinə əziyyət verin. Əgər tövbə edib əməllərini islah etsələr, onlardan əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir”.

Əgər müsəlman kişi və müsəlman qadın belə bir rəzil əmələ yol verərlərsə, onların hər ikisi cəzalandırılmalıdır. Onları qınamaq, rüsvay etmək və cismani cəzaya məruz qoymaq lazımdır ki, belə cinayəti təkrarlamaqdan əl çəksinlər.
Deyilənlərdən aydın olur ki, əzəldən zinakarlıq edən kişiləri cəzalandırardılar, qadınları isə ev dustağı edərdilər. Ev dustağının müddəti qadın ölənədək davam edirdi, kişini isə cəzalandırmaqda davam edər və onu o tövbə edənə və əməlisaleh insan olana qədər qınayardılar. Əgər hər iki zinakar etdikləri cinayətlə əlaqədar tövbə etsəydilər, Ardı »

SurelerƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 97-106 Ayələr

(97) “Özlərinə zülm etmişlərin canını alan zaman mələklər onlardan soruşacaqlar: “Siz hansı vəziyyətdə idiniz?” Onlar belə cavab verəcəklər: “Biz zəif idik və yerdə incidilirdik”. Onlar soruşacaqlar: “Məgər Allahın ərazisi o qədər geniş deyildi ki, siz başqa bir yerə hicrət edəydiniz?” Onların sığınacağı Cəhənnəm olacaqdır. Ora necə də olduqca pis dönüş yeridir!”

Bu sərt hədə, imkanı olduğu halda hicrət etməkdən boyun qaçıran və bu vəziyyətdə də ölənlərə ünvanlanmışdır. Mələklər onların canını almağa gələndə onları ən qorxunc tərzdə qınamağa başlayacaqlar. Onlar soruşacaqlar: “Siz hansı vəziyyətdə idiniz? Müşriklərdən hansı cəhətinizlə fərqlənirdiniz? Siz onların sıralarını artırırdınız və hətta möminlərin əleyhinə onlara kömək edirdiniz. Siz Allahın Elçisi Ardı »

SurelerƏL-ƏRAF (SƏDD) SURƏSİNİN ŞƏRHİ 199-206

(7.199) “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!”

Bu ayə müsəlmanlara ünsiyyət zamanı insanlara ehtiramla yanaşmağı əmr edir və onlarla necə davranmağı öyrədir. İnsanlara qarşı münasibətdə yumşaq və mərhəmətli olmaq, ətrafdakıları onlar üçün çətin olmayan əməllərə və əxlaqi keyfiyyətlərə dəvət etmək lazımdır. İnsanlara bacarmadıqları işi həvalə etməyə yol vermək olmaz. Əksinə, xeyirxah əməlləri və sözlərinə görə bəzi cüzi qüsurlarını onlara bağışlamalı və bəzi çatışmazlıqlarına göz ymulmalıdır. Kiçiklər qarşısında onların azyaşlılığına, zəif ağıllılar qarşısında onların ağıllarının çatışmazlığına və həmçinin kasıblar qarşısında onların aztəminatlılığına görə təkəbbür göstərilməməlidir. Əksinə, hər kəsə xeyirxahlıqla – şəraitin tələb etdiyi tərzdə yanaşılmalıdır və Ardı »

SurelerƏŞ-ŞƏRH” surəsinin təfsiri

Məkkə surələrindəndir.

Bismilləhir Rəhmanir Rəhim

1) Məgər Biz sənin köksünü açmadıqmı
2) Biz yükünü səndən götürdük.
3) Hansı ki, sənin belini bükürdü.
4) Ad-sanını ucaltdıq.
5) Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!
6) Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!
7) Elə ki qurtardın, qalx!
8) Və Rəbbinə üz tut!

Allah təata buyurur: “Məgər Biz sənin köksünü açmadıqmı?!” Yəni sənin köksünü açıb nurlandırdıq, geniş və rahat etdik. Allah təala başqa bir ayədə buyurur ki, “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar”. (əl-Ənam, 125) Uca Allah onun (Ona Allahın salavatı və salamı Ardı »

SurelerENAM

1 Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür və tərif) olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar.
2 Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın) yanında məlum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!
3 Göylərdə də, yerdə də (ibadətə layiq olan) yalnız O Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir!
4 Onlara (Məkkə müşriklərinə) Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlardan üz çevirməsinlər!
5 Onlara haqq Ardı »

SurelerMÜQƏDDƏS QURANIN TƏFSİRİ (“ƏL-BƏQƏRƏ” (“İNƏK”) SURƏSİNİN ŞƏRHİ ) 161-200 ayələr

(161) “Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”

İnsan iman gətirməkdən boyun qaçıraraq ölənə qədər kafirliyə sitayiş edirsə, törətdiyi cinayətləri üçün peşmançılıq çəkmir və Rəbbinin yoluna qayıtmırsa, onda o, Allahın, mələklərin və bütün insanların lənətinə layiq görülür. Kafirlik belə insanın ayrılmaz keyfiyyətidir və buna görə əbədi lənət onun üçün labüd qismətə çevrilir. Bu onunla izah olunur ki, istənilən hökm, səbəbi qalana qədər öz qüvvəsini saxlayır. Səbəb yox olduqda hökm də öz qüvvəsini itirir.


(162) “Onlar bu lənətin içərisində həmişəlik qalarlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət verilməyəcəkdir”.

Cəhənnəm əzabkeşlərinin lənəti və cəzası əbədi olaraq davam edəcək. Onların Ardı »

SurelerFURQAN

1 Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)
2 O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.
3 (Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və (öləndən sonra qiyamət günü) yenidən Ardı »