beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu qidalar antibiotik təsirə malikdir

Sarımsağın tərkibində "allicin" maddəsi xəstəliklərə qarşı təsirlidir. Antibiotik təsirə malik bu qida, yaraların infeksiyalaşmasına maneə törədərək, mikrob nəticəsində yaranan qan zəhərlənməsini önləməyə kömək edir. Daha çox bu üsuldan Böyük Vətən müharibələrində yaralanan əsgərlərə yardım məqsədi ilə istifadə edilib.

Sarımsaq kimi soğanda böcək və heyvan dişləmələrində dezinfeksiyaedici olaraq işlədilir.

Antibiotik təsirə malik zəncəfil 200 ildən çox alternativ tibb sahəsində şəfalı hesab olunan əsas maddələrdən biri kimi tanınır. Həmçinin antiimflamatuvar və antibakterial xüsusiyyətləri var. Ürək sağlamlığı, qan dövranı, şəkər tarazlığı kimi sağlamlıq problemlərinə təsirlidir. Ağrı kəsici kimi istifadə edilə bilər.

Faydalı ədviyatlardan olan zərdəçal isə bədəni bakteriyalardan qorumağa kömək edir. Dəri xəstəlikləri ilə birlikdə yüngül kəsikləri yaxşılaşdırmağa xeyirlidir.
Bəzi məlumatlarda bildirilir ki, bu ədviyyat qaraciyər, ürək və həzm sistemi üçün şəfalı təsirə malikdir.

Sağlamlıq üçün böyük əhəmiyyətə malik olan bal, antiviral, antiseptik, antienflamatik və antibakterial xüsusiyyət ilə bakteriyaların böyüməsinin qarşısını almağa təsirlidir.

Yaşıl çayda orqanizm üçün faydalıdır. Northwestern Universiteti'nin araşdırmaçıları yaşıl çayın tərkibində olan bəzi birləşmələrin bədənə zərər verməyən antibiotik xüsusiyyətini üzə çıxarıbar. Bu çay, immunitet sisteminə, infeksiyalara və bədənin müdafiə sisteminə təsirlidir.


Tarix: 21.01.2015 / 17:41 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Qidalanma və Dieta