beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaret əvəzinə çərəzlərdən istifadə edin

Bildiyimiz kimi, çərəzlər sağlamlığa yaxşı təsir göstərir. Təkcə siqaret problemini həll etmir, həmçinin insanda yaranan stress və depressiya hallarına da kömək edir. Xüsusi ilə qoz-fındıq, ağ ləbləbi, balqabaq nüvəsi, acı badam, qabığı soyulmuş əncir, quru üzüm və s.

Bəzi ekspertlərin fikrincə ağ ləbləbi mədə suyunu çəkmədə və arıqlamaq istəyənlərin aclıqlarını qarşısını almaqda təsirlidir. Türkiyənin Adapazarı tərəfində yetişdirilən daxili balqabaq nüvəsi isə, prostat xəstələri və bağırsağında problemləri olanlar üçün ac qarınına istifadə olunduğunda faydalıdır.

Acı badam, şəkər xəstələrinə təsirlidir. Qurudulmuş ərik, qabığı soyulmuş əncir isə bağırsağında problemi olanlara faydalıdır. Ərik qaraciyər üçün xeyirli hesab olunur. Qara üzüm isə uşaqlara və xanımlara təsirlidir.

Fındıq insan üçün enerji mənbəyidir. Tərkibində olan kalium və kalsium natriumla birlikdə sümük quruluşunun effektiv inkişafına və yüksək qan təzyiqinin qarşısının alınmasına gətirib çıxardır. Fındıqdan istifadə qanda xolesterinin artmasının, qan-damar xəstəlikərinin yaranmasının qarşısını alır, həmçinin inkişaf edən orqanizm üçün də çox lazımlıdır.

Qozun həm ləpəsindən, həm ağacından, həm qabığından, həm də yarpağından istifadə etmək mümkündür.

İnsan beyninin kiçik formasını xatırladan qoz vitamin, mineral, proteinlə zəngindir. Kalori dəyəri yüksək olan qozda sağlamlığımız üçün doymamış yağ var.
Gündə 3-5 ədəd qoz yemək məsləhət görülür. Qoz qandakı xolesterolun səviyyəsini azaldır, ürək döyüntüsünü tənzimləyir. Onun tərkibindəki maddələr qalın bağırsaq, süd vəzi və prostat xərçəngi kimi xəstəliklərdən müdafiə edir, immuniteti gücləndirir, qan-damar sistemini rahatlaşdırır, ürək xəstəlikləri riskini azaldır. Tərkibindəki melatonin gecə çalışan və yuxu pozğunluğundan əziyyət çəkənlər üçün faydalıdır.

Onuda qeyd etmək lazımdır ki, keyfiyyətli çərəzlər Türkiyədən, başda Avropa ölkələri daxil olmaq üzrə bir çox Ərəb ölkələrində Silifke, Anamur və Osmaniye'dən də ixrac olunur.


Tarix: 21.01.2015 / 17:41 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Qidalanma və Dieta