Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yorğunluqla mübarizənin ən dadlı və asan yolu

Bu 6 maddə ilə halsızlığa qalib gələcək, xəstəliklərə qarşı mübariz olacaq və gücünüzü bərpa etmiş olacaqsınız.

DƏMİR
Gündəlik 18 mq-a dəmirə ehtiyacımız var. Bu, bədəndə oksigenin daşınmasına kömək edir. Ətsiz qidanlamağa başlayanda, dəmir əksikliyi özünü göstərməyə başlayır. Dəmir ətlə yanaşı tərəvəzlərdə, meyvələrdə olsa da, ətlə bədənə daha çox ötürülür.

SİNK
Gündəlik 10 mq sinkə ehtiyacımız var. O, metabolizmı tənzimləyir. Böyümə və inkişafda, yaraların sağalmasında, immunitetin güclənməsində, göz sağlamlığında önəmlidir. Dəniz məhsulları, ətlər, quru paxlalılar və göbələk sinkin əsas mənbəyidir.

MAQNEZİUM
Günlük tələbat 320 mq-dır. Bədənin enerjisi, əzələ və sinir sistemi üçün vacibdir. Əgər maqnezium çatışmazlığı olarsa, bu, böyümənin ləngiməsinə, narahatlığa, əsəbilik və əzələlərin fəaliyyətində fəsadlarla özünü biruzə verə bilər. Günəbaxan tumu, balqabaq toxumu, badam, brokoli, kartof, lobya, ət, süd, balıq, paxla, şokolad maqnezium qaynağı hesab edilir.

KALİUM
Günlük tələbat- 3.5 qramdır. Normal ürək döyüntüsü, qan təzyiqinin tənzimlənməsi, əzələlərin hərəkəti üçün kalium önəmlidir. Bu maddə tərləyəndə, maye və mineral müvazinətini saxlayır. Kifayət qədər meyvə-tərəvəz qəbul etməyəndə, onun çatışmazlığı hiss edilməyə başlayır. Portağal şirəsi, kartof, qovun, banan, alça, quru meyvələr, süd kalium mənbəyi hesab edilir.

E VİTAMİNİ
Gündəlik 15 mq. E vitamini ürək xəstəliklərindən qoruyur və yaxşı antioksidandır. İmmuniteti gücləndirir. Yağların tərkibində olur. Bunun üçün də gündəlik qida rasionunda mütləq yağ olmalıdır. Bitki yağları, günəbaxan tumu, yer fıstığı, yaşıl tərəvəzlər E vitamini ilə boldur.


Tarix: 21.01.2015 / 13:22 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Qidalanma və Dieta
loading...