beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dilimlənmiş ya da kəsilmiş qidalar uşaqları rahatlaşdırır

Məlumata görə ABŞ-ın Cornell Üniversitetinin elm adamları 6-10 yaşlarında olan uşaqlar arasında tədqiqat aparıblar.
İştirakçılara dilimlənmiş qidalar (meyvələr, toyuq və s.) verilib. Araşdırma nəticələri müəyyən edib ki, bu cür qidalanma bəzi uşaqlarda yaranan aqressiya hallarını azaldır. Tədqiqatçılardan Brian Wansik bu münasibətlə iştirakçı olan uşaqların valideyinləri ilə görüşüb və onlara öz məsləhətərini verib.
Araşdırmaya imza atanlardan biri hesab olunan bu tədqiqatçı, diqqəti daha çox yemək vaxtı edilən xidmət işlərinə yönəldib.
Onun fikrincə xüsusi ilə yemək masasında uşaqların xoş vaxt keçirməsi üçün qidalar dilimlənmiş olmalıdır. Bu iştahı olmayan uşaqlara da yaxşı təsir göstərir.
Xüsusi ilə meyvələrdən dilimlənmiş kivi iştahı açmağa və görmə qabiliyyətini inkişaf etdirməyə təsirlidir.
Tərkibində antioksidant olduğu bildirilən bu meyvədə, turşular və vitaminlər də var. Xüsusi ilə lutein turşusunun görmə zəifliyinə təsir etdiyi bildirilir.
Bəzi məlumat mənbələrində nar dənələri və üzümün də əhvalı düzəltdiyi, qan dövarnını yaxşılaşdırdığı qeyd olunur.
Nar dənələrində qan hüceyrələrinə xeyirli maddələr var. Üzüm dənələri isə sağlamlığa yaxşı təsir göstərir.
Məlumatda oda bildirilir ki, tədqiqat nəticələri "Eating behaviors" jurnalında dərc olunub.


Tarix: 21.01.2015 / 17:31 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Qidalanma və Dieta