beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yumurtanın daha bir faydası məlum oldu

Zülal anbarı olan yumurta refleksləri sürətləndirir və beyni gücləndirir.
Məlumata görə Hollandiyanın Leiden və Amsterdam universitetinin elm adamları bu istiqamətdə tədqiqatlar aparıblar.
Aparılan araşdırmada iştirakçıların televiziya qarşısında reflekslərinin sürəti tədqiq edilib.

İştirakçılardan ekranda yaşıl bir ox gördüklərində mümkün olduğunca sürətli bir şəkildə düyməni basmaları, qırmızı ox gördükləri zaman reaksiya verməmələri istənilib. İlk mərhələdə, iştirakçılara müxtəlif içkilər də verilib. Tərkibində tirozin maddəsi olan qida və içkilər istifadə edənlərdə reflekslər daha sürətli olub.
Elm adamları, bu cür qidalardan istifadə edənlərdə reflekslərin güclü olduğunu, depressiya hallarının az olduğunu bildiriblər.

Tirozin, yumurta və soyandan başqa parmesan pendiri ilə badamda da var. Bundan başqa tirozinin depressiyaya da təsirli olduğu bilinir.
Tədqiqat ''Neuropsychologia '' jurnalında dərc olunub.


Tarix: 21.01.2015 / 17:26 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Qidalanma və Dieta