beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidalanma forması cinsi sağlamlığa təsir edir

Qidalanma tərzinin cinsi sağlamlıq üzərində təsirini qeyd edən pəhriz mütəxəssisi Şeber, bəzi qidaların cinsi enerjini artırdığını ifadə edib.
Onun sözlərinə görə libidonu artırmaq üçün testosteron səviyyəsini yüksəldən qidalardan gündəlik istifadə etmək lazımdır. Bununla şəkər xəstəliyi, hipertoniya, yüksək xolesterol kimi xəstəliklərdən qorunmaq və sağlam bədənə sahib olmaq olar. İnsan sağlamlığı üçün düzgün qidalanma nə qədər əhəmiyyətlidirsə, cinsi sağlamlıq üzərində bir o qədər təsirlidir.
Şeber, cinsi istəyi artırmağa kömək edən qidalardan (libido artırıcı qidalara) 4 həftə ərzində nizamlı istifadənin qadınlara təsir etdiyini bildirib. Həmçinin libidonu artırmaq üçün tərkibi zülal və sinkdən ibarət qidalara üstünlük verməyi məsləhət görüb.
Tərkibi zülalla zəngin qidalar
Məlumata görə cinsi istəyi artırmaq üçün gündəlik alınan kalorinin ən az 25%-i zülaldan təşkil edilməlidir. Bunu gündə ən azı 100 qram ət, toyuq və ya balıq və 1-2 stəkan süd məhsullarından istifadə ilə təmin etmək olar. Libidonu artırmaq üçün qatıqdan hazırlanan içkilərindən 400 ml istifadə yetərlidir.
Sink
Sinkin lazımi miqdarda alışı cinsi sağlamlıq baxımından çox əhəmiyyətlidir. Bu mineral pendir, yumurta sarısı, balıq, çərəz növlərində, toyuqda, yulafda, çovdar, tam buğda kimi taxıllarda var.
Cinsi istəyi artıran qidalara meyvələrdən banan, ərik, əncir, kök, bitkilərdən quşqonmaz bitkisi, qırmızı bibər, paxlalılardan mərcimək və lobyalar daxildir.
Çərəzlər, şokalad, bəhməz, sarımsaq, istifadəyə və s. qidalar da faydalıdır. Xüsusilə quşqonmaz bitkisinin cinsiyyət hormonlarını hərəkətə gətirdiyi söylənilir.
Bu tərəvəzin tərkibində olan E vitamini afrodizyak təsirə malikdir.
Bu qidalar təkcə cinsəl arzuları artırmır, həm də hormonların canlanmasına səbəb olur.


Tarix: 21.01.2015 / 17:25 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Qidalanma və Dieta